Məhkəmə qərarları › İş №3(009)-2126/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2126/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2126/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyytada olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində Plois Bölməsinə dəvət olunmuş, səmimi etiraf edərək üzərində narkotik vasitənin olmasını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu, bildirmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. İş üzrə Səbail rayon 39-cu Polis Bölməsinin təhqiqatşısı Kamran Ramazanlının xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, hadisə törətmiş Məmmədov X4 əməlində AR İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirləri görülməsi üçün qəbul edilmiş qərar aidiyyəti əməkdaşlara həvalə edilsin. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində Şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,20 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş Ambulator Məcburi- Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 5149 saylı rəyinə əsasən Məmmədov X1 və Psixostimulyatorların birgə qəbulu nəticəsində aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri, NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş üzrə İnzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olması iş materiallarından olan sübutlarla tam təsdiq olunduğundan, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. AR İXM-nın 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əvvəllər narkotik vasitələrin qəbulu ilə bağlı dəfələrlə məsuliyyətə cəlb olunmasını, lakin təkrar hadisə törətməsini və törədilən əməlin ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəlli xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və onun barəsində AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar