Məhkəmə qərarları › İş №3(009)-2127/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2127/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2127/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin böyük icra məmuru X2 və Səbail rayon İcra şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Keşlə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail Rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 05 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 05 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli 3(009)-2128/2023 saylı qərardadı ilə 3(009)-2128/2023, 3(009)-2127/2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilmiş, həmin işlərə 3(009)-2127/2023 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması və iş başqa işə birləşdiyindən 3(009)-2128/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokollardan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-602/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi və Səbail Rayon Məhkəməsinin 3(009)-267/2023 saylı, 21,02.2023-cü il tarixli icra sənədini üzrə tələbi icra etməyən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-602/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 85000 manat tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə Səbail rayon İcra şöbəsində olmuş, tələbin könüllü icrası ilə bağlı bildiriş və qərar borcluya rəsmi qaydada təqdim olunmuşdur və izahat alınmışdır. Borclu izahatında borc tələbindən xəbəri olduğunu və tələbkarla qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Sonrakı dövr ərzində borclu icra sənədində göstərilən tələbi yerinə yetirməmiş və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və Səbail rayon Polis idarəsi tərəfindən şöbəyə daxil olmuş məktubda Şəxs barəsində xx.xx.2023-cü il 20986/23 nömrəli axtarış işinin açıldığı göstərilmişdir. Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə birlikdə borclu Şəxs Səbail rayon icra şöbəsinə təhvil vermişdir. Borclu Şəxs icra sənədinin icarsı ilə bağlı təkrarən yazılı izahat alınmışdır.O verdiyin izahatında icra sənədində göstərilən borc məbləğindən heç bir ödəniş etmədiyini, hal-hazırda borc məbləğini ödəyə bilməyəcəyini, yalnız hər ay hissə-hissə olmaqla ödəniş edəcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-2918/2021 saylı, xx.xx.2021- ci il tarixli icra sənədinə əsasən borclu Şəxs "xxxx" MMC-nin xeyrinə 3493.82 manat borc və 54.93 manat dövlət rüsumu tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. Belə olan halda icra sənədi üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması barədə qərar” qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixdə borclu şöbəyə təhvil verilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixli izahatında borc məbləğini xx.xx.2022-ci il tarixinədək tam şəkildə ödəyə biləcəyini bildirərək tələbkarla razılıq əldə etmiş, tələbkar tərəfindən bu barədə müvafiq ərizə təqdim olunmuşdur.Lakin əldə olunmuş razılığa əməl olunmadığından məcburi icra tədbirləri davam etdirilərək borclu şöbəyə dəvət edilmişdir. Borclu Şəxs icra məmurunun tələbi ilə çağırış üzrə gəlməkdən yayındığından barəsində “borclunun məcburi gətirilməsi barədə” qərar qəbul edilərək borcluya göndərilmişdir.Qərarda göstərilən tələb təmin edilmədiyindən məhkəməyə təqdimatla müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 8(009)-406/2022saylı, xx.xx.2022-ci qərardadına əsasən borclu Şəxs məcburi gətirilməsi qərara alınmışdır. Qərardad icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmiş və Səbail rayon məhkəməsinə verilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(009)- 267/2023 cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Sonrakı dövr ərzində borclu icra sənədində göstərilən tələbi yerinə yetirməmiş və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmiş və Səbail rayon Polis idarəsi tərəfindən şöbəyə daxil olmuş məktubda Şəxs barəsində xx.xx.2023-cü il 20986/23 nömrəli axtarış işinin açıldığı göstərilmişdir. Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə birlikdə borclu Şəxs Səbail rayon icra şöbəsinə təhvil vermişdir. Borclu izahatında borc məbləğinin ödənilməsini təmin edə bilmədiyini, ona vaxt veriləcəyi halda bankdan kredit alaraq ödəniş edəcəyini bildirmişdir. Borclu barəsində xx.xx.2023-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(009)- 267/2023 cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1—ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Borclu barəsində olan hər iki icra sənədi xx.xx.2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Beləliklə, borclu Şəxs hərəkətlərində tarixində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta aşkar edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 3(009)-267/2023 saylı, 21,02.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Aparılmış məcburi icra hərəkətləri nəticəsində tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Borclu qeydiyyat ünvanında yaşamadığından barəsində xx.xx.2023-cü il tarixli axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş, borclu barəsində 20986 axtarış işi açılmışdır. Borclu xx.xx.2023-cü il tarixində polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra izahatında, hazırda cərimə məbləğini ödəyə bilmədiyini, lakin vaxt verilərsə bankdan kredit götürərək cərimə məbləğini ödəyəcəyini bildirmişdir. Beləliklə, borclu Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında icra sənədində göstərilən borc məbləğini hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X3 bildirmişdir ki. 1078 manat aliment borcunun yalnız 200 manat məbləği ödənilmişdir. Borcun tam ödənilməsini tələb edərək Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-602/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 85000 manat tutularaq X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-2918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs "xxxx" MMC-nin xeyrinə 3493.82 manat borc və 54.93 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan bir neçə icra sənədinin ümumi icraata birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu barəsində olan Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-602/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi və Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-2918/2021 saylı, xx.xx.2021- ci il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədlərini icra etməmiş və izahatında maddi imkanı olmadığından ödəniş edə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1. bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzabati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 23 (iyirmi üç) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar