Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2128/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1975-ci ildə Ermənistan Respublikasının Amasya şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 22 avqust 2025-ci ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsində və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 3-53-1-1/2-253/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 21 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsində və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli 21 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, fiziki şəxs Şəxs 20 avqust 2025-ci ildə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 49-cu küçə ünvanında sayğacdan kənar xəttə qoşulma, yəni su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması, az miqdarda ziyan boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2-3 aydır ki, protokolda qeyd edilən ərazidəki borudan su doluraraq satdığını, aylıq olaraq 175 manat su pulu ödədiyini, bunun qanunsuz olduğundan xəbərsiz olduğunu, təqsirini qəbul edərək barəsində qanuni qərər qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsində və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında barəsində protokol tərtib edilmiş şəxsin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsində və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları –baş məs. müf. T.N.Həsənzadənin, mühəndislər T.Ə.Əliyevin, V.R.Cəfərovun və Şəxs iştirakı ilə tərtib edilmiş 20 avqust 2025ci il tarixli 000233 nömrəli Aktdan görünür ki, inzibati ərazi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarının, Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinin yoxlanılması məqsədilə Bölmənin xx.xx.2025-ci il tarixli, 028 nömrəli sərəncamına əsasən Səbail rayonu ərazisi üzrə monitorinq nəzarət tədbirləri keçirilmiş, Badamdar qəsəbəsi, 3-cü massiv, 49-cu küçə ünvanında keçirilən monitorinq zamanı fərdi yaşayış evinin sayğacına su xəttinə 25 mm-lik plastik boru vasitəsilə kənar qoşulmanın, yəni qanunsuz qoşulmanın olması və “Ford Cargo” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə su satışının həyata keçirilməsi faktı aşkar olunmuş, araşdırma zamanı sözügedən işlərin Şəxs tərəfindən görüldüyü müəyyən edilmiş və buna dair Akt tərtib olunmuş və aktın doğruluğu bütün iştirakçılar, o cümlədən fiziki şəxs Şəxs tərəfindən imzalanmışdır. Eyni zamanda baxış zamanı video çəkilişdən istifadə edilmiş və videofayl akta əlavə edilmişdir. -Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsində və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 120822 nömrəli aktdan görünür ki, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1A ünvanda yerləşən evdə d-20 mm boru vasitəsilə su xəttinin mövcud olması, sayğacdan kənar d-25 mm-lik boru ilə sudan qanunsuz istifadə halı aşkarlanmış, sudan həm məişət həmdə maşınla daşınmaqla satış məqsədilə istifadə olunmuş, qanunsuz xətt əməkdaşlar tərəfindən kəsilərək ləğv olunmuş və 2025-ci il Avqust ayında istifadə olunmu su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi 480 manat təşkil edir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 11-ci maddəsinə əsasən su münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, su obyektlərinin istifadəçiləri və su istehlakçılarıdır “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin birinci hissəsinə əsasən bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 72ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 3.1-ci maddəsinə görə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göründüyü kimi qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 49-cu küçə ünvanında yerləşən evin sahibi Şəxs sözügedən evdə d-25 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddəsində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. Məhkəmə hesab edir ki, cərimənin məbləği 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(009)-2128/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2128/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver