Məhkəmə qərarları › İş №3(009)-2130/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2130/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2130/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Bakı şəhər X5 İdarəsinin TP ******* saylı, 25 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər X5 İdarəsinin TP ******* saylı, 25 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə səhər saat 08.00 radələrində Səməd Vurğun küçəsi ilə hərəkət edərkən barəsində İXP5687547 saylı inzibati protokol tərtib edilmiş, bunun da əsasında xx.xx.2023-cü il tarixdə TP ******* saylı qərar qəbul olunmuşdur. Əsas kimi inzibati xətalar məcəlləsinin 327.2 maddəsi göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin protokolun tərtib olunmasını əsassız hesab edir. Belə ki, o, protokolun tərtib olunduğu vaxt və yerdə yolun boş olmasından yararlanaraq qanunla icazə verilmiş maksimal sürətlə hərəkət etmişəm. Svetofora çatarkən yaşıl işığın sönüb yandığını görüb hərəkəti davam etmişəm. Avtomobilin çəkisinin 3 tondan artıq olmasını, avtomobilin yuyulmadan çıxdığını və əyləc sisteminin yaş olmasını, yolun da həmin vaxt yaş və sürüşkən olmasını nəzərə alıb Yol hərəkəti haqqında qanunun 60-cı maddəsinin İV hissəsinin icazə verdiyi qaydada hərəkət etmişdir. Yol hərəkəti haqqında qanunun qeyd olunan maddəsin əsasən “Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.”, həmin maddənin 3-cü hissəsində isə hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratma nəzərdə tutulub. Onun həmin vaxt avtomobili saxlamağı yalnız qəfil tormozlanma nəticəsində baş verə bilərdi. Adi halda 65 km\s sürətlə hərəkət edən avtomobilin əyləc yolu 22 m, dayanma məsafəsi isə 38 mdir, yolun səthinin yaş olmasını nəzərə alsaq əyləc yolunun uzunluğu 41 metrə qədər arta bilir. Dayanma qərarının qəbul olunmasına orta hesabla 1 saniyə, avtomobilin əyləc sisteminin işə düşməsinə 0.2 saniyə vaxt tələb olunduğunu nəzərə alsaq avtomobilin bu vaxt ərzində keçdiyi məsafə 20 m bərabərdir. Adi hesablama ilə müəyyən olunur ki. hərəkətin edildiyi anda qəbul etdiyim qərar həmin an üçün ən optimal və düzgündür, çünki həmin vaxt mənim avtomobili saxlamaq çəhdim digər hərəkət iştirakçıları üçün təhlükə yaranması anlamına gəlir. Göründüyü kimi yol hərəkəti haqqında qanun bu halları nəzərə alaraq svetoforun sarı işiğmda hərəkətin davam etməsinə icazə verir. Yəni qanunun 60-cı maddəsinin 4-cii hissəsi bu halda da tətbiq olunmayacaqsa, onda hansı hala görə nəzərdə tutulub?!. Bundan əlavə Yol hərəkəti haqında qanunun qeyd olunan maddəsi ilə yanaşı İXM-in 19-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq da onun hərəkəti inzibati xəta hesab olunmur. Göstərilənlərin nəzərə alınıb, məhkəmədən, Bakı şəhər DYP tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv olunmasına, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər X5 İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Bakı şəhər X5 İdarəsinin səlahiyyətli nümayəndəsi və barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X2 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan, X2 xx.xx.2023-cü il tarixdə saat 07:45-də Mercedes Benz G63 AMG minik markalı, 10KK222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 07:45-də Mercedes Benz G63 AMG minik markalı, 10KK222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati tənbeh vermə haqqında qərarda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhər X5 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1 inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı şəhər X5 İdarəsinin TP ******* saylı, 25 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər X5 İdarəsinin TP ******* saylı, 25 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar