Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2132/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, X1 DİN-nin Səbail Rayon Dövlət X6 16.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayətlə məhkəməyə müraciət edərək mülkiyyətində olan “KHAZAR LX” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı DİN-nin Səbail Rayon Dövlət X6 TP ******* saylı, 16.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, ona dəymiş 1000 manat məbləğində ziyanı Polis Serjantının üzrərinə qoyulmasını və haqqında ciddi tədbirin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 16.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərardan görünür ki, X3, 16.12.2020-ci il tarixdə, saat 21:39 radələrində Bakı şəhəri, Neftçilər prospekti 39 küçəsində “KHAZAR LX” markalı, **- SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar “KHAZAR LX” markalı, **-SS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 barəsində çıxarılmışdır. Hazırki işdə isə həmin qərarlardan şikayət X3 tərəfindən deyil, barəsində heç bir inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməmiş şəxs X2 tərəfindən verilmişdir. Halbuki, X1 həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 3(009)-2039/2021 saylı qərardadı ilə X1 DİN-nin Səbail Rayon Dövlət X6 TP ******* saylı, 16.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında inzibati qərarından verdiyi şikayət geri qaytarılmış və qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırılmadan, təkrar eyni şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-nin Səbail Rayon Dövlət X6 16.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün subyektiv hüququ müəyyən edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 128 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN-nin Səbail Rayon Dövlət X6 16.12.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2132/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2132/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver