Məhkəmə qərarları › İş №3(009)-2133/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2133/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2133/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhəri X13 İdarəsinin 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri X13 İdarəsinin 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Baş X13 İdarəsinin polis mayoru X4 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.4-cü maddəsi ilə 150 manat məbləğində cərimə və 1 bal növündə inzibati tənbeh olunmuşdur. Qeyd edir ki, o sözü gedən qərarı 11 sentyabr 2024-cü il tarixdə rəsmi qəbul edib. Bildirir ki, Həmin qərar qanunsuz və əsassızdır və qəbul edilmiş həmin qərarla razı deyil. Qeyd edir ki, 15 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, S.Ələkbərova küçəsində hərəkətdə olarkən heç bir əsas olmadan ona İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edir ki, o heç bir inzibati xəta pozuntusuna yol verməmişdir. Bakı şəhəri Baş X13 İdarəsinin əməkdaşı onu saxlamadan inzibati xəta haqqında əsassız və qanunsuz protokol tərtib edilmişdir. Protokol tərtib olunandan sonra polis əməkdaşı ona dəfələrlə zəng etmiş və ona protokolun qeyri prosessual formada həll edilməsini bildirmişdir. Lakin o həmin əməkdaşa heç bir inzibati xəta pozuntusuna yol verməyini bildirirərək tərtib etdiyi protokolun qanunsuz və əsassız olduğunu bildirmişdir. Bundan 1-21 gün sonra onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin onun bundan heç bir məlumatı olmamışdır. İnzibati tənbeh vermə haqqında qərarı yaxınlaşıb rəsmi şəkildə Bakı şəhəri Baş X13 İdarəsindən götürən zaman yol polisinin əməkdaşı bildirmişdir ki, guya ona inzibati xəta haqqında protokol ona görə tətbiq olunmuşdur ki, elekton vasitələrlə, yəni video görüntü vasitəsilə onun inzibati xəta törətdiyi aşkar edilmişdir. O isə əməkdaşa bildirdi ki, tərtib etdiyi protokol və qərar müvafiq qanunvericiliyə ziddir. Yəni polis əməkdaşı saxlayıb bilavasitə yerinə barəsində inzibati xəta haqqında protokol tərtib etməmişdir. Əgər polis əməkdaşı onun barəsində onun iştirakı ilə inzibati xəta haqqında protokol tərtib etsəydi, onu əyani şəkildə saxlayacağı üçün bundan onun məlumatı olacaq idi. Bu səbəbdən də hesab edir ki, barəsində tərtib edilmiş protokol video görüntü vasitəsilə aşkar edilmişdir. Ancaq qeyd edir ki, əgər o inzibati xəta etsə belə və bu xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı idi. Bu səbəbdən də tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Həmçinin qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 3(009)-1607/2024 saylı qərarına əsasən həmin qərar ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər X12 İdarəsinə göndərilmişdir. Həmin idarənin polis mayoru X6 tərəfindən heç bir araşdırma aparılmadan barəsində yenidən 1 bal və 150 Azn məbləğində inzibati cərimə növündə inzabati tənbəh vermə haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, ilkin məhkəmə araşdırma zamanı, səlahiyyətli orqan tərəfindən inzibati cərimə növündə inzibati tənbeh olunduğu işlə bağlı birinci instansiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə də bu əsasla, yəni işin faktiki halları üzrə tam və hərtərəfli araşdırma aparılmadığı üçün barəsində müvafiq səlahiyətli orqan tərəfindən qəbul edilmiş qərar ləğv olunmuşdur. Əfsuslar olsun ki, səlahiyətli orqan məhkəmənin qeyd etdiyi nüansların heç birini nəzərə almadan yenidən oxşar qərar qəbul etmişdir. Bu isə özündə birbaşa X3 pozulmasını ehtiva edir. Yəni səlahiyyətli orqan heç bir obyektiv araşdırmanı həyata keçirməmişdir. Nəinki obyektiv araşdırma etməmiş, ümumiyyətlə heç bir araşdırma etməmişdir. Sadəcə olaraq inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi dəyişdirilmişdir. Yəni səlahiyyətli orqanın qanunvericiliklə ehtiva olunan obyektiv araşdırması inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi dəyişdirilməsindən ibarət olmuşdur. Bu səbəbdəndə hesab edir ki, tərtib olunmuş inzabati tənbeh vermə haqqında qərar tam şəkildə qanunsuz və absurddur. Ona görə də düşünür ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri X13 İdarəsinin TP ******* saylı, 15 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 15 aprel 2024-cü il tarixdə saat 07:45 radələrində idarə etdiyi “X11” markalı, **-SL-*** nömrə nişanlı ünvan 1 ünvanında nəqliyyat vasitısini idarə edrəkən üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib, 150 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinin pozuntusunun baş verməsi əsaslandırılmamış, qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, sürücü X7 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi sübut edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsaəsn hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar X5 inzibati xəta törədilməsi sübuta yetirilmədiyindən X5 verdiyi şikayət təmin edilməli və X13 İdarəsinin 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,112,114,126,128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Bakı şəhəri X13 İdarəsinin 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar