Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2133/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, X1 Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29273423 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zaman baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29273423 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı şikayətin geri qaytarılması üçün əsaslar müəyyən etmişdir. X3 şikayət ərizəsinə inzibati tənbeh tətbiq etmə haqqında qərarın hansı vaxtda onun tərəfindən əldə edilməsini təsdiq edən sənəd əlavə etmədiyindən şikayətin vaxtında verilibverilməməsini məhkəmə tərəfindən müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Göründüyü kimi, indiki halda inzibati tənbeh tətbiq etmə barədə qərardan vaxtında şikayətin verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd olunan səbəbdən şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmalıdır. Buna baxmayaraq, X3 tərəfindən müvafiq təsdiqedici sənəd məhkəməyə təqdim edilərsə (müddət üzrlü səbəblərdən buraxıldığı halda isə müdddətin bərpası haqqında vəsatət əlavə edilməklə) işin sonrakı gedişindən asılı olaraq yenidən şikayətlə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İXM-in 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan aktlar siyahısına aid olmamasını və inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun İXM-də nəzərdə tutulmamasını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət edə bilmək hüququ ona izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2133/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2133/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver