Məhkəmə qərarları › İş №3(009)-2134/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2134/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2134/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024cü il tarixli inzibati tənbehvermə barədə qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Baş X9 İdarəsinin polis mayoru X2 15 avqust 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.4-cü maddəsi ilə 150 manat məbləğində cərimə və 1 bal növündə inzibati tənbeh olunmuşdur. Sözügedən qərarı 11 sentyabr 2024-cü il tarixdə qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır və qəbul edilmiş həmin qərarla razı deyildir. Qeyd edir ki, 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, S.Ələkbərova küçəsində hərəkətdə olarkən heç bir əsas olmadan ona İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edir ki, o, heç bir inzibati xəta pozuntusuna yol verməmişdir. Bakı şəhəri Baş X9 İdarəsinin əməkdaşı onu saxlamadan inzibati xəta haqqında əsassız və qanunsuz protokol tərtib edilmişdir. Protokol tərtib olunandan sonra polis əməkdaşı ona dəfələrlə zəg etmiş və protokolun qeyri-prosessual formada həll edilməsini bildirmişdir. Lakin o, həmin əməkdaşa heç bir inzibati xəta pozuntusuna yol verməyini bildirirərək tərtib etdiyi protokolun qanunsuz və əsassız olduğunu bildirmişdir. Bundan 107 gün sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin bundan heç bir məlumatı olmamışdır. İnzibati tənbeh vermə haqqında qərarı yaxınlaşıb rəsmi səkildə Bakı şəhəri Baş X9 İdarəsindən götürən zaman yol polisi əməkdaşı bildirmişdir ki, guya ona inzibati xəta haqqında protokol ona görə tətbiq vurmuşdur ki, elektron vasitələrlə, yəni video görüntü vasitəsilə inzibati xəta törətdiyi aşkar edilmişdir. O isə əməkdaşa bildirmişdir ki, tərtib etdikləri protokol və qərar müvafiq qanunvericiliyə ziddir. Yəni polis əməkdaşı saxlayıb bilavasitə yerində barəsində inzibati xəta haqqında protokol tərtib etməmişdir. Əgər polis əməkdaşı barəsində onun iştirakı ilə inzibati xəta haqqında protokol tərtib etsəydi, onu əyani şəkildə saxlayacağı üçün bundan məlumatı olardı. Bu səbəbdən də hesab edir ki, barəsində tərtib edilmiş protokol videogörüntü vasitəsilə aşkar edilmişdir. Ancaq qeyd edir ki, əgər inzibati xəta etsə və bu xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı idi. Bu səbəbdən də tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Həmçinin qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyul 2024 cü il tarixli, 3(009)-605/2024 saylı qərarına əsasən həmin qərar ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilmişdir. Həmin idarənin polis mayoru X4 tərəfindən heç bir araşdırma aparılmadan barəsində yenidən 1 bal və 150 manat məbləğində inzibati cərimə növündə inzabati tənbəh vermə haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirirk ki, ilkin məhkəmə araşdırma zamanı, səlahiyyətli orqan tərəfindən inzibati cərimə növündə inzibati tənbeh olunduğu işlə bağlı birinci instansiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə də bu əsasla, yəni işin faktiki halları üzrə tam və hərtərəfli araşdırma aparılmadığı üçün barəmdə müvafiq səlahiyətli orqan tərəfindən qəbul edilmiş qərar ləğv olunmuşdur. Əfsuslar olsun ki, səlahiyətli orqan məhkəmənin qeyd etdiyi nüansların heç birini nəzərə almadan yenidən oxşar qərar qəbul etmişdir. Bu isə özündə birbaşa X1 pozulmasını ehtiva edir. Yəni səlahiyyətli orqan heç bir obyektiv araşdırmanı həyata keçirməmişdir. Nəinki obyektiv araşdırma etməmiş, ümumiyyətlə heç bir araşdırma etməmişdir.Sadəcə olaraq inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi dəyişdirilmişdir. Yəni səlahiyyətli orqanın qanunvericiliklə ehtiva olunan obyektiv araşdırması inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi dəyişdirilməsindən ibarət olmuşdur. Bu səbəbdəndə hesab edirəm ki, tərtib olunmuş inzabati tənbeh vermə haqqında qərar tam şəkildə qanunsuz və absurddur. Göstərilənlərə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətini müdafiə edərək Bakı şəhər X9 İdarəsinin inzibati tənbehin vermə haqqında TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, hadisənin X5 tərəfindən törədilməməsi barədə sübut təqdim edilməmişdir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 07:40-da ünvan 1 ünvanında idarə etdiyi “Toyota Prius minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-1605/2024 saylı qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X5 “Toyota Prius minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli hərəkətyoluna çıxaraq nəqliyyat axınının əksinə hərəkət etmiş, saxlanılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardadla “Toyota Prius minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozması faktı aşkar edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 07:40-da ünvan 1 ünvanında idarə etdiyi “Toyota Prius minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət etdirdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X3 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 ünvan 1 ərazisində “Toyota Prius minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirərək inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar