Məhkəmə qərarları › İş №3(009)-214/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-214/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-214/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və toplanmış materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş cinayət işinin rədd edilməsi haqqında Səbail rayon Polis İdarəsin İstintaq Şöbəsinin müştəntiqi Musa Məhərrəmovun xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxxxx 2020-ci il tarxdə X2 DİN-nin 102 xidmətinə və Səbail RPİ-nin 8-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:10 radələrində o, "Mitsubishi Pajero" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilini Səbail rayonu, Əhəd Yaqubov küçəsində saxlayıb, iş yoldaşı ilə birlikdə onun avtomaşını ilə işə getmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 08:00 radələrində gecə növbəsindən çıxdıqdan sonra iş yoldaşı ilə birlikdə Bayıl qəsəbəsinə gəldikdə evə getmək üçün öz avtomaşınına yaxınlaşdıqda avtomaşının saxladığı yerdən bir qədər irəlidə dayandığını, avtomaşının ön alın şüşəsinin sındırıldığını, sağ və sol damın dirəyinin əzildiyini, ön sağ və sol şüşələrin açıq vəziyyətdə, surətlər qutusunun “D” rejimində olduğunu aşkar etmişdir. O, belə düşünmüşdür ki, avtomaşını kimsə sürüb idarə edib yol-nəqliyyat hadisəsi törətdikdən sonra yenidən həmin yerdə saxlayıb. Buna görə də avtomaşının qaçırılması nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsində və hadisəni törədən şəxsin tapılaraq məsuliyyətə cəlb olunmasında köməklik göstərilməsini xahiş elmişdir. Müraciət əsasında Səbail rayon Polis İdarəsin İstintaq Şöbəsinin müştəntiqi Musa Məhərrəmov tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs talama məqsədi olmadan xx xxxxxxxx 2020-ci il tarixdə saat 17:10 radələrində X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində saxladığı "Milsubishi Pajero" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşınını qaçıraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X2 xx xxxxxx 2020-ci il tarixdə Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun avtomobilini qacıran şəxs Şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Şəxs xx xxxxxx 2020-ci il tarixdə Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, barəsində bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsinə etiraz etmir. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə göstərilmişdir ki, CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənləri nəzərə alaraq toplanmış material üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qaydada xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediməsindən ötrü Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Qeyd edilən qərardan göründüyü kimi Şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Başqa sözlə o, məsuliyyət cəlb edilmiş, lakin zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədidiyindən məsuliyyətdən azad edilmişdir. Ancaq Şəxs qeyd edilən qərarla məsuliyyətə cəlb edilməsinə baxmayaraq, müstəntiq əsassız olaraq qərarın surətini Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediməsindən ötrü Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibini yaradır (dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur) Hazırki işdən görünür ki, Şəxs talama məqsədi olmadan zərərçəkmiş şəxs X1 məxsus avtomaşını qaçırmış və yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 300 manat məbləğində maddi ziyan vurmuşdur. Ziyanı ödədikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. İbtidai istintaq orqanı Şəxs əməlinə hüquqi qiymət verərək CM-nin 185.1-ci-ci maddəsinin tərkib əlamətləri olduğu qənaətinə gəlmiş və CPM-nin 40.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs zərərçəkmiş şəxs N.T.İlyasbəyliyə məxsus avtomobilini qaçırmaqdan ibarət olan hərəkətlərində onun talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirməklə bağlı kariminal niyyəti maddiləşmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə əməli törətməsi istintaq orqanı tərəfindən əməlinin tövsif edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyektinə dair fakultativ əlaməti kimi nəzərdən keçirilməli və buna münasibətdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan bu cinayəti törətməsi ayrıca inzibati xəta kimi deyil, cinayət əməli ilə əhatə olunan hərəkət kimi qiymətləndirilməlidir. Eyni zamanda, hüquq pozuntusunun əlamətlərini daşıyan bir əməl həm inzibati xəta, həm də cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə şəxsin bir əməli ilə birdən çox maddədə nəzərdə tutan cinayəti törətməsi ilə bağlı əməlin tövsifi məsələsi cinayətin ideal və real məcmusu, yaxud mürəkkəb tərkibli cinayətlərlə (xüsusi normanın üstünlüyü prinsipi) bağlı ümumi normalar nəzərə alınmaqla həll edilir. İnzibati xətalara münasibətdə isə tövsif “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun 10-cu maddəsinə uyğun aparılır. Baş vermiş hadisəyə münasibətdə talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirmə cinayət əməli ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək inzibati xətası ayrıca əməl kimi qiymətləndirilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Nəzərə alınmalıdır ki, həmin maddədə qeyd olunan eyni fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında icraatın başlanılması ifadəsi dar mənada başa düşülə bilməz. Belə ki, cinayət prosessual qanunvericiliyinə görə cinayət işinin başlanması haqqında prosessual qərarın qəbul edilməsi cinayət işinin başlanması mərhələsinin bitməsi və ibtidai araşdırma mərhələsinin başlanılması deməkdir. Müstəqil mərhələ olan cinayət işinin başlanması ilə buna səlahiyyətli dövlət orqanı tərəfindən hadisəyə görə ilk cinayət hüquqi tövsif aparılır və bununla cinayət hadisəsinin mövcud olması təsdiq edilmiş hesab edilir. Eyni zamanda, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsi ilə də cinayət işinin başlanması mərhələsi yekunlaşdırıla bilər. Bu halda isə yalnız bəraətverici əsaslar olmadan cinayət təqibinin başlanması rədd edildiyi təqdirdə cinayət hadisəsinin mövcudluğunun təsdiq olunduğu nəzərə alınmalıdır. Əksinə, cinayət işinin başlanması cinayət hadisəsinin mövcud olmasını istisna edən qanunda nəzərdə tutulan (AR CPM 39.1.1, 39.1.2) hallar ilə əlaqədar olduqda fakta görə inzibati xətanın mövcud olması, bu əməl əgər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutularsa, mümkün ola bilər. Hazırki işdə hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətlərini özündə əks etdirən cinayət hadisəsi olmaqla, istintaq orqanı bu hadisəyə görə həmin əməli törətmiş Şəxs cinayəti törətdiyini təsdiq olunmuş hesab edib, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad etmişdir. Nəticə etibarilə hadisənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsi kimi təsdiq edilmiş hesab edildiyinə və qiymətləndirildiyinə görə burada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinin tələblərinə uyğun olaraq başqa inzibati xətanın mövcudluğu istisna edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci (Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi) maddəsinə əsasən, bu Məcəllənin 53 maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 109.2 və 128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar