Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2140/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliağa oğlunun iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, ailəli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Əliağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Əliağa oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-ci PB tərəfindən tərtib edilmiş 02 noyabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs Əliağa oğlu 02 noyabr 2021-ci il tarixdə, saat 14:05 radələrində Bakı şəhəri, Səbail rayonu, Niyazi-Şövkət Ələkbərova küçələrinin kəsişməsində polis əməkdaşı ilə mübahisə etmiş, əl-qol hərəkətləri ilə danışmış, sinəsinə yumruq vurmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Səbail RPİ-nin 9-ci PB-nin sahə inspektoru X3 protokolu müdafiə edərək izahatında bildirdi ki, 02 noyabr 2021-ci il tarixdə, saat 14:05 radələrində, Bakı şəhəri, Səbail rayonu, Niyazi-Şövkət Ələkbərova küçələrinin kəsişməsimdə polis əməkdaşı xidmətdə olarkən ** SV *** dövlət qeydiyat nişanlı Mercedes markalı maşınının sürücüsü lüzumsuz olaraq aşağı sürətlə hərəkət etdiyi üçün fit və jezt vasitəsilə hərəkət sürətini artırması üçün ona işarə vermiş, sürücü qanuni işarəyə məhəl qoymayaraq nəqliyat vastəsini yolun hərəkət istiqamətində saxlayaraq, maşından düşərək əl-qol hərəkətləri ilə polis əməkdaşı ilə mübahisə etməyə başlamış və onun sinəsinə yumruq vurmuşdur. Həmin şəxs saxlanılaraq polis əməkdaşları tərəfindən həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onu 9-ci Polis Bölməsinə dəvət edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğundan barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Əliağa oğlunun barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın MEB-ı tağımının YPX inspektoru polis baş serjantı X5 şahid qismində izahat verərək bildirdi ki, 02 noyabr 2021-ci il tarixdə, saat 14:05 radələrində, Bakı şəhəri, Səbail rayonu, Niyazi- Şövkət Ələkbərova küçələrinin xidmətdə olarkən bir nəfər şəxsin lüzumsuz olaraq aşağı sürətə hərəkət etdiyini müəyyən etmişdir. O həmin şəxsə sürəti artırması üçün işarə vermişdir. Lakin şəxs qanuni işarəyə məhəl qoymayaraq nəqliyat vasitəsini yolun hərəkət istiqamətində saxlamış, nəqliyat vasitəsindən aşağı düşərək əl-qol hərəkətləri ilə mübahisə etməyə başlamış və onu sinəsindən yumruqla vurmuşdur. Şəxsin şəxsiyyətini müəyyən etmək üçün o 9-ci Polis Bölməsinə dəvət edilmiş və bölmədə özünü Şəxs Əliağa oğlu kimi təqdim etmiş, şəxsiyyəti bilindikdən sonra həmin şəxs barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliağa oğlu məhkəmə iclasında özünü təqsirli bilərək, səhv etdiyini, etdiyi əməldən peşman olduğunu nəzərə alaraq alternativ qətimkan tədbiri seçilməsin xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Əliağa oğlunun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 02 noyabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Əliağa oğlu 02 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Əliağa oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Əliağa oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs Əliağa oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Əliağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 02 noyabr 2021-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X4 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2140/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2140/2021
02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver