Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2141/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələri X1 və X5 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 02 noyabr 2021-ci il tarixli 00100-2231/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan AKTİF ELEKTRİK” MMC-nin ünvanına Türkiyə Respublikasından 31NG128/31R1436 nömrəli svtomaşınla, İHR**********011 nömrəli 18.10.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş yüklər **********9632 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük :-qanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında 5 %-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında s nifləşdirildiyinin müəyyən edilməsi məgsədilə X4 İdarəsinə müraciət : unmuş, həmin İdarədən 2200-015/002-25/005648 saylı 29.10.2021-ci il tarixli məktuba əlavə clunaraq BBGİ-yə göndərilmiş sınağ protokoluna əsasən İHR**********011 nömrəli 18.10.2021- ci il tarixli invoys sənədi ilə idxal edilmiş yükün “Geotextile felt white 300gr/m2 adlı hopdurulmamış, sırınmamış, təkrarlanmamış, örtüksüz, polietilentereftalat əsaslı ağ rəngli keçə” olub XİF MN-ə cörə “**********” alt yarımmövgeyində sinifləşdirildiyi, 15%-li gömrük rüsumu dərəcəsi ilə ttomrük ödənişlərinə cəlb edilməli olduğu, nəticədə **********9632 sorğu nömrəli 26.10.2021-ci tarixli gömrük bəyannaməsi üzrə "AKTİF ELEKTRİK” MMC tərəfindən idxal gömrük rüsumu üzrə '771,40 manat, ƏDV üzrə 313,45 manat olmağla, ümumilikdə 2084,85 manat əlavə gömrük ödənişlərinin ödənilməli olduğu aşkar edilmişdir. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 21.11.2020-ci il tarixdə ölkə ərazisinə idxal edilmiş və **********8479 sorğu nömrəli cömrük bəyannaməsi ilə bəyan edilmiş malların da XİF MN üzrə kodu gömrük organına düzgün oəyan edilməmiş və ümumilikdə 4188,62 manat gömrük ödənişlərinin ödənilməsindən yayınılmış, MMC barəsində AR İXM-nin 505-ci maddəsi ilə toplanılmış 00100-2568/20 nömrəli inzibati material baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmiş, nəticədə həmin məhkəmənin 3(0021-91/2021 nömrəli 29.01.2021-ci il tarixli gərarı ilə Şəxs MMC inzibati xətanı törətməkdə təgsirli bilinərək 2932,00 manat inzibati cərimə edilmişdir. Həmçinin, sözügedən inzibati xətanın törədilməsindən 1 il müddət keçməmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 31NG128/31R1436 nömrəli avtomaşınla, İHR**********011 nömrəli 18.10.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və **********9632 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yükün gömrük organına “**********” saylı XİFMN kodunda bəyan edilməsi nəticəsində MMC tərəfindən ümumilikdə 2084,85 manat gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X6 Şəxs MMC-nin adına Türkiyə Respublikasından İHR**********011 nömrəli 18.10.2021-ci il tarixli invoys üzrə “hopdurulmamış, örtüksüz və ya təkrarlanmamış keçə” yükünün idxal edildiyini və həmin yükün Bakı Bas Gömrük İdarəsində **********9632 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, idxal edilmiş yüklərin Türkiyə Respublikasından malları göndərən “X8 Sanayi ve Ticaret A.Ş.” şirkətinin təqdim etdiyi müşayiət sənədləri və ixrac gömrük bəyannaməsi əsasında gömrük orqanına bəyan edildiyini, lakin, gömrük rəsmiləşdirilməsi zamanı idxal edilən malların ekspertizadan keçirilməsi üçün X4 İdarəsinə təqdim edildiyini və nəticədə sözügedən keçə yükünün digər XİFMN kodunda bəyan edilməli olduğu və əlavə gömrük ödənişlərinin yarandığını öyrəndiklərini, idxal olunan malların müşayiət sənədləri və Türkiyə Respublikasının ixrac gömrük bəyannaməsi əsasında gömrük orqanına bəyan edildiyini, sözügedən yüklərin digər XİFMN kodunda sinifləşdirilməli olduğu barədə əvvəlcədən məlumatlarının olmadığını bildirmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 31NG128/31R1436 nömrəli avtonəqliyyat vasitəsi, 1HR**********011 saylı 18.10.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yük **********9632 sorğu nömrəli, 26.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, XİF MN üzrə “**********” saylı kod altında “5” % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirilməsinin X4 idarəsi tərəfindən dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. X4 İdarəsindən gələn 2200-015/002- 25/005648 saylı, 29.10.2021-ci il tarixli cavab məktubuna əsasən malların XİFMN üzrə **********(15%) alt yarımmövqeyində sinifləşdirildiyi məlum olmuşdur. **********9632 sorğu nömrəli 26.10.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş malların XİF MN kodları dəyişdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 1771.4 azn, ƏDV üzrə 313.45 azn təşkil edir. İş materiallarına əlavə edilmiş X4 İdarəsinin 29.10.2021-ci il tarixli Rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına İHR**********011 nömrəli 18.10.2021-ci il tarixli invoys üzrə idxal olunan yükdən təqdim edilmiş nümünə “Geotextile felt white 300gr/m2” adlı hopdurulmamış, sırınmamış, təkrarlanmamış, örtüksüz, polietilentereftalat (CAS 25038-59-9) əsaslı ağ rəngli keçə material olub XİF MN-ə görə 5602 29 000 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan Türkiyə Respublikasından malları göndərən “X8 Sanayi ve Ticaret A.Ş.” şirkətinin təqdim etdiyi müşayiət sənədlərindən görünür ki, bəyan edilmiş malların XİF MN kodları 56029000 kimi göstərilmişdir. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, bəyan edilmiş malların XİF MN kodları 56029000 kimi göstərilmişdir. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC tərəfindən idxal edilən mallar göndərən şirkətin təqdim etdiyi müşayiət sənədləri və ixrac gömrük bəyannaməsi əsasında gömrük orqanına bəyan edilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Bu sübutların isə tamamlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsi dəvət edilsə də, gəlməmiş və bunun əksi olaraq heç bir dəlil göstərməmişdir. Bu isə özü-özlüyündə Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi faktını şübhə altına alır. Qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin(02 noyabr 2021-ci il tarixli 00100-2231/21 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2141/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2141/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver