Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2141/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, X1 Bakı şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zaman baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28285486 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı şikayət ərizəsinin geri qaytarılması üçün əsaslar müəyyən etmişdir. Belə ki, X3 şikayət ərizəsinə müddətin bərpası ərizəsi əlavə etmiş olsa da, ərizədə müddətin buraxılması ilə bağlı göstərdiyi əsası təsdiq edəcək hər hansı bir sənəd əlavə etməmişdir. Prosessual qənaət prinsipi nöqteyi nəzərindən məhkəmə iş materiallarında olan çatışmazlıqların aradan qaldırılması üçün şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məqsədə müvafiq hesab edir. Buna baxmayaraq, X2 izah edilir ki, müvafiq təsdiqedici sənəd (xəstəliyi təsdiq edən müvafiq arayış, tibbi sənəd və s.) məhkəməyə təqdim edilərsə (müdddətin bərpası haqqında ərizə deyil, vəsatət forması əlavə edilməklə) yenidən şikayətlə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İXM-in 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan aktlar siyahısına aid olmamasını və inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun İXM-də nəzərdə tutulmamasını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət edə bilmək hüququ ona izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2141/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2141/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver