Məhkəmə qərarları › İş №3(009)-2142/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2142/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2142/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 avqust 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hadisə zamanı təqsirinin olmadığını düşünmüşdür. Daha sonra yol polisi əməkdaşı yaxınlaşmış və işi aydınlaşdırmaq üçün sənədlərini alaraq bölməyə dəvət etmişdir. X5 xəstəxanaya yaxınlaşanda raport hazırlanmışdır ki, avtonəqliyyat hadisəsi olmuş və o, xəsarət almışdır. Lakin hadisə zamanı şəxsin xəsarət aldığını bilməmişdir. Məhkəmədən ədalətli qərar verməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail Rayon Polis İdarəsinin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 13:45 radələrində özünə məxsus “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi "Kia Corento" minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Səbail rayonu Neftçi Qurban küçəsi ilə üzü X10 istiqamətində, Neftçi Qurban küçəsində yerləşən "Bazar Store" yaxınlığında avtomobil yolunda hərəkətdə olan zaman ötmə qaydasını düzgün yerinə yetirmədiyindən, ondan arxada gələn sürücü X2 idarə etdiyi "Chevrolet Aveo" minik markalı **- TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə dəyib toqquşmuş və sürücü X1 YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törənmişdir. Belə olan halda hadisəni törətmiş sürücü Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. İş materiallarında olan sistemdən çıxarışdan görünür ki, "Chevrolet Aveo" minik markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 etibar edilmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/38063 №-li tibbi müayinə protokolundan görünür ki, Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 78 №-li ekspert rəyindən görünür ki, Vətəndaş C.Q.Həsənəliyevin adına 19 saylı təcili və təxirəsalınmaz tibbi yardım staniyasının tərtib etdiyi xx.xx.2024-cü il tarixli 51 saylı sorğuya cavabda qeyd olunanlardan görünür ki, onun adına, xx.xx.2024-cü il tarixində çağırış olmuş, aparılmış müayinələrdən sonra, ona "Sol qulağın cırılmış yarası” diaqnozu qoyularaq, müvafiq ilkin tibbi yardım göstərilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 13:45 radələrində özünə məxsus “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi "Kia Corento" minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Səbail rayonu Neftçi Qurban küçəsi ilə üzü X10 istiqamətində, Neftçi Qurban küçəsində yerləşən "Bazar Store" yaxınlığında avtomobil yolunda hərəkətdə olan zaman ötmə qaydasını düzgün yerinə yetirmədiyindən, ondan arxada gələn sürücü X2 idarə etdiyi "Chevrolet Aveo" minik markalı **- TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə dəyib toqquşmuş və sürücü X1 YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törənmişdir. Belə olan halda hadisəni törətmiş sürücü Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X8 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar