Məhkəmə qərarları › İş №3(009)-2143/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2143/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2143/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 24 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 sentyabr 2021-ci il tarixdə, saat 22:00da Bakı şəhəri, Səbail rayonu, Salyn şossesində idarə etdiyi «Hyundai Accent» minik markalı 10NY 134 dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 24.09.2021-ci il tarixdə saat 22 radələrində etibarnamə ilə idarə etdiyi Hyundai Accent markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan dairəsi istiqamətinə doğru Salyan şossesi ilə 2-ci zolaqla saatda 50-60 km\saat sürətlə hərəkət edərək “Caspian “ yanacaq doldurma məntəqəsinə çatmağa 20 metr qalmış hərəkət istiqamətini ayıran dəmir məhəccərin olmadığını görüb oradan şəhərə doğru geri dönmək üçün dönmə işığını yandırmış və zolağı dəyişərək həmin yerdən geri dönmək istəyən zaman arxadan onunla eyni istiqamətdə 3-cü zolaqla hərəkət edən Toyota Prius markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət zolağına çıxmış və həmin avtomobillə toqquşmuşdur. Zərbənin təsirindən avtomobili istiqamətini dəyişərək yolun sol tərəfində üzü əks istiqamətə dayanmışdır. Toyota Prius markalı avtomobil isə onun avtomobilinin arxa hissəsində üzü Lökbatan istiqamətində dayanmışdır.Toqquşma zamanı o baş nahiyəsindən xəsarət almışdır.Həmin vaxt o avtomobildən düşə bilmədiyi üçün digər avtomobilin sürücüsü ona köməklik edərək avtomobildən çıxarmışdır.Həmin vaxt yoldan keçən təcili yardım avtomobili görüb onu saxlatdırmış və ona ilkin tibbi yardım göstərmişlər. Hadisə zamanı o spirtli içki və yaxud psixotrop maddə qəbul etməmişdir. ldarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətindədir.O şəhərə gei qayıtmaq üçün qısa yolun orada olduğundan yolda yol nişanı olmadığından yerdəki yol nişanlanmasını görmədiyi üçün oradan geriyə dönmək istəmiş, lakin dönə bilmədiyi üçün toqquşma baş vermişdir .O təhlükəni manevr edən zaman sol yan güzgüdən baxarkən görmüş və 10 metr məsafədən hiss etmişdir. Həmin vaxt düşünmüşdür ki dönər lakin təhlükədən yayına bilməmiş və toqquşma baş vermişdir. Hadisə nəticəsində digər avtomobildə olan sərnişinlərdən biri xəsarət almışdır. Müayinə məbləği onun qohumu tərəfindən ödənilmişdir. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4, Şəxs onun sağlamlığına vurulmuş ziyanı tam ödəmədiyini, onunla maraqlanmadığını, əlavə müayinə zərurəti olduğu halda müayinədən imtina etdiyini bildirərək, ondan şikayətçi olduğunu və barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Şamil Şahsevər oğlunun qohumu olduğunu, hadisə baş verdikdən sonra zərərçəkmiş şəxs X2 müalicəsi ilə özünün maraqlandığını, ekspert rəyində qeyd edilmiş müayinənin onun tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 13 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 634 saylı 01.10.2021-ci il tarixli rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər- burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun sümüyünün yerini dəyişməyən xətti sınığı, hər iki göz orbitası ətrafının, döş qəfəsinin sağ yarısının ön səthinin, sağ diz oynağı nahiyəsinin və hər iki baldırın ön səthlərinin qançırları, eləcə də alt dodağın selikli qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraiytdə, yəni 24.09.2021-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarından görünür ki, Şəxs və X5 alkoqol sərxoşluq vəziyyətləri ayıqdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar