Məhkəmə qərarları › İş №3(009)-2149/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2149/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2149/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Müdafiəçi Vəkil iştirakı ilə xx.xx.1965-cı ildə Bakı şəhərində anadan olmuş, AR-nın vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 11, mənzil 162-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 04.11.2021-ci il tarixli MNNo1130661 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs vətəndaş X1 Bakı şəhəri, T.Əliyarbəyov küçəsi, 6 saylı evin 7 saylı mənzilində döyərək ona sağlamlığına zərərvurmayan xəsarətlər yetirmişdir. Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı M.Dolxanovun 10.10.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3, Şəxs DİN-nin 102 xidmətindən daxil olmuş HK1-1344, 1345 saylı müraciətləri və X1 Nk1-1363 saylı qarşılıqlı şikayətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və hadisəni törədən şəxs Şəxs barəsində AR İXM-nın 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti bölmənin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, 27.09.2021-ci il tarixdə Katiybə Bəhrəmovanın evində olarkən Gültəkin Məmmədbəyli adlı qadın evə gəlmişdir. Onu əvvəllər tanımamışdır. Katiybə xanımla Gültəkin xanım qarşı-qarşıya oturaraq söhbət etmiş, o isə ayaq üstə kənarda dayanmışdır. Söhbət hansısa əmlakın verilməsi ilə bağlı olmuş, mübahisə yaranmış, Gültəkin xanım stolun üzərində olan külqabını götürüb Katiybə xanımı vurmaq istəyərkən onu əlindən almışdır. Gültəkin xanıma hər hansı xəsarət yetirməmişdir. Əksinə Gültəkin xanım özünü öldürüb qanını onların üstünə tökəcəyini bildirmişdir. 28.09.2021-ci il tarixdə 102 xidmətinə müraciət etmişdir. inzibati xəta törətmədiyinə görə işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq, inzibati xəta törədən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrini dinləyərək, hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərikbinin əlamətləri mövcuddur. Məhkəmə iclasında ifadəsi alınmış iş üzrə zərərçəkmiş şəxs X4 göstərmişdir ki, Katiybəni iki ildir ki, tanıyır. Onu falçı kimi və müəyyən əşyaların alğı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır. 27.09.2021-ci il tarixdə Katiybəgilin evinə getmiş, məqsəd 700 manat məbləğində borcu olduğu pulu vermək olmuş. Katiybə onun oğurluq etdiyini polisə verəcəyini deyərək pis ifadələr işlədərək onu təhqir etmiş, həmin vaxtı kənarda əvvəllər tanımadığı Elçin adlı şəxs də olmuş. O Katiybəyə “bunun yanında niyə onu təhqir edir” ifadəsini işlədəndə Şəxs ona yaxınlaşıb niyə ona “bu kimi” müraciət etməsini irad bildirib təpiklə belindən vurub əlini sıxmış və ona xəsarət yetirmişdir. 28.09.2021-ci il tarixdə o, poliklinikaya gedərək həmin xəsarətlərlə bağlı rəy almışdır. Rəyi evdədir. qarşı tərəfin şikayəti əsasında polis bölməsinə dəvət edilərkən 27.09.2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı o da şikayət ərizəsi yazmış, şikayəti əsasında onu müayinədən keçirmişlər və xəsarət alması ilə bağlı rəy verilmişdir. O, Katiybəyə külqabı atmamış və atmaq niyyətində də olmamışdır. Şahid və inzibati xəta törədən şəxs yalandan deyirlər, orada Elçin onu təhqir etmiş, söymüş və xəsarət yetirmişdir. Ona ən ağır cəza verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişidr ki, 20 ilə yaxınır ki, Gültəkini tanıyır, onunla rəfiqə kimi olmuşlar. Hadisədən 5-6 ay qabaq o, müəyyən etmişidr ki, Gültəkin onun çantasından dəyəri 15000 manat olan komplektini oğurlamışdır. O, Gültəkinə həmin əmlakı qaytarmağı tələb etmiş, əks halda polisə şikayət edəcəyini bildirmişdir. Gültəkin bununla bağlı şikayət etməməsini xahiş etmiş və əmlakın qaytarılmasına söz vermişdir. 27.09.2021-ci il tarixdə Gültəkin guya oğurladığı əmlakı qaytarmaq üçün onlara gəlmiş, lakin əmlakı qaytarmamış, sonra onlar aralarında söz davası olmuş və bir-birlərini təhqir edərək iradlar bildirmişlər. Gültəkin stolun üzərində olan külqabını götürüb ona atmaq istəyərkən onun işlərini görən və sürücü kimi işləyən Elçin onun əlindən külqabını almışdır. Gültəkin stol üzərində olan çəngəllə özünə xəsarət yetirib onlardan şikayət edəcəyini demişdir. O, 102-ə zəng etmiş, Gültəkin çıxıb getmişdir. Sonra polis şöbəsinə müraciət olunmuş və hazırda da onun şikayəti əsasında araşdırma aparılır. İş üzrə AR Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” Publik hüquqi şəxsin məhkəmə-tibb eksperti Xəlil Abdullayevin 647-ci saylı canlı şəxsin ekspertiza rəyinə əsasən 1960-cı il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizasına əsasən bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol saidin aşağı 1/3-nin arxa səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsivri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 27.09.2021-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyənin əl ilə tutulub sıxılması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. AR İXM-nın 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə həmin maddənin tərkibi yaranır. Qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, Şəxs zərərçəkmiş şəxsə qarşı zorakı hərəkətlər edərək ona qəsdən fiziki ağrı yetirməsi öz təsdiqini tapdığından, onun əməlində AR İXM-nın 157-ci maddəsinin tərkibi vardır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 157-ci maddəsinin tərkibinin olmasını nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə gətirdiyi dəlilləri üzrə məhkəmə hesab edir ki, bu dəlillər özünümüdafiə xarakterli daşımaqla məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, yaşını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, mübahisənin şəxsi münasibətlər zəminində baş verməsini, inzibati işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar