Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2150/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Səbail rayon məhkəməsinin 2(009)-763/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə iddiaçı X3 cavabdeh Şəxs ilə birgə nikahından doğulmuş 07 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli, 2(009)-13 52/2017 saylı qətnaməsi əsasında cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 136 (yüz otuz altı) manat, 60 (altmış) qəpik məbləğində alimentin həcmi artırılaraq 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli, birgə nikahdan doğulmuş 07 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşma çatanadək) iddiaçı X7ma ödənilsin. Cavabdeh Şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Səbail rayon məhkəməsinin 2(009)-587/2023 saylı, 03.04.202-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(009)-763/2019 saylı qətnaməsi əsasında cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 160 manat alimentin həcmi artırılaraq, 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli və həmin 220 (iki yüz iyirmi) manat pul vəsaiti məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılmalı və tutma həmin vaxtdan hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun qeydiyyatda İduğu ünvan 2 ünvana tərəfimizdən baxış keçirilmiş, lakin borclunun qeyd olunan ünvanda yaşamadığı müəyyən edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Borclu Şəxs yaşadığı yerin müəyyən edilmsi məqsədi ilə borcunun axtarışı haqqında xx.xx.2021-ci il tarixdə qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2021-ci il tarixli məktubda borclu barəsində xx.xx.2021-ci il tarixli, 20523/21 saylı axtarış işinin açıldığı qeyd olunmuşdur. Borclu Şəxs xx.xx.2021-ci il tarixdə Səbail rayon Polis İdasrəsinin əməkdaşları tərəfindən Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. İcra sənədi üzrə tələbkar X6 həmin tarixdə şöbəyə dəvət edilmişdir. Borclu tələbkara olan aliment borcunu tam olaraq ödəmişdir. Tələbkar ərizə yazaraq borclunun ona heç bir aliment borcunun olmadığını bildirmiş və borclu barəsində görülmüş bütün icra tədbirlərinin ləğv edilməsini ərizəsində qeyd etmişdir. Sonrakı dövrdə tələbkar yenidən zə ilə şöbəyə ərizə ilə müraciət edərək borclunun ona 480 manat aliment borcunun /arandığını bildirmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu Şəxs barəsində yenidən xx.xx.2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda borclu barəsində xx.xx.2022-ci il tarixdə, 20292/22 saylı axtarış işinin açıldığı qeyd edilmişdir. Borclu Şəxs xx.xx.2022- ci il tarixdə Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb gətirilərək şöbəyə təhvil verilmişdir. Ondan izahatı alınmış, izahatında bugünə 1225 manat borcunun olduğunu bildirmiş, hazırda 300 manat ödəniş etmək imkanının olduğunu qeyd etmiş, qalan borcunu isə hər həftə 100 manat ödəyəcəyini izahatında bildirmişdir. Tələbkar sözügedən tarixdə şöbəyə dəvət edilmiş və borclu ilə aralarında əldə olunmuş razılığa əsasən borc məblğindən 600 (altı yüz) manat borclu tərəfindən tələbkarın xeyrinə ödəniş edilmişdir. Lakin sonrakı dövrdə borclu tərəfindən yenidən aliment ödənişləri aparılmamışdır. Bu səbəbdən yenidən xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün aidiyyatı üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. O, şöbədə olarkən izahatı alınmış, izahatında işləmədiyini əsas gətirərək alimenti ödəyə bilmədiyini qeyd etmişdir. Hazırda tələbkara yaranmış aliment borcundan 500 (beş yüz) manat məbləğində ödəniş etməyə imkanının olduğunu bildirmişdir. Borclunun bugünə olan borcu 2970 (iki min doqquz yüz yetmiş) manat təşkil edir. Tələbkar icra sənədinin icra olunmasını tələb edir. Hesab edir ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, işsiz olduğundan aliment borcunu ödəyə bilmir. Hazırda 500 manat məbləğində ödəniş etməyə hazırdır. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirmişdir ki, borclunun ona olan borcunu tam məbləğdə borcludan tələb edir. Belə ki, onlar borclu ilə bundan öncə icra şöbəsində bir dəfə görüşmüş və razılığı gəlmişlər ki, borclu ona mütəmadi olaraq ödənişlər edəcək. Buna görə də birinci dəfə icra məmurunun borclu barəsində protokol tərtib etməməsini xahiş etmişdir. Lakin borclu bundan sonra da sözünü tutmamış və ödənişlər etməmişdir. Buna görə də artıq borclunun vədlərinə inanmır və borcunu tələb edir. Əkshalda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-763/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon məhkəməsinin 2(009)-763/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə iddiaçı X3 cavabdeh Şəxs ilə birgə nikahından doğulmuş 07 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli, 2(009)-13 52/2017 saylı qətnaməsi əsasında cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 136 (yüz otuz altı) manat, 60 (altmış) qəpik məbləğində alimentin həcmi artırılaraq 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli, birgə nikahdan doğulmuş 07 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşma çatanadək) iddiaçı X7ma ödənilsin. Cavabdeh Şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Səbail rayon məhkəməsinin 2(009)-587/2023 saylı, 03.04.202-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(009)-763/2019 saylı qətnaməsi əsasında cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 160 manat alimentin həcmi artırılaraq, 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli və həmin 220 (iki yüz iyirmi) manat pul vəsaiti məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılmalı və tutma həmin vaxtdan hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun qeydiyyatda İduğu ünvan 2 ünvana tərəfimizdən baxış keçirilmiş, lakin borclunun qeyd olunan ünvanda yaşamadığı müəyyən edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Borclu Şəxs yaşadığı yerin müəyyən edilmsi məqsədi ilə borcunun axtarışı haqqında xx.xx.2021-ci il tarixdə qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2021-ci il tarixli məktubda borclu barəsində xx.xx.2021-ci il tarixli, 20523/21 saylı axtarış işinin açıldığı qeyd olunmuşdur. Borclu Şəxs xx.xx.2021-ci il tarixdə Səbail rayon Polis İdasrəsinin əməkdaşları tərəfindən Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. İcra sənədi üzrə tələbkar X6 həmin tarixdə şöbəyə dəvət edilmişdir. Borclu tələbkara olan aliment borcunu tam olaraq ödəmişdir. Tələbkar ərizə yazaraq borclunun ona heç bir aliment borcunun olmadığını bildirmiş və borclu barəsində görülmüş bütün icra tədbirlərinin ləğv edilməsini ərizəsində qeyd etmişdir. Sonrakı dövrdə tələbkar yenidən zə ilə şöbəyə ərizə ilə müraciət edərək borclunun ona 480 manat aliment borcunun /arandığını bildirmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu Şəxs barəsində yenidən xx.xx.2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda borclu barəsində xx.xx.2022-ci il tarixdə, 20292/22 saylı axtarış işinin açıldığı qeyd edilmişdir. Borclu Şəxs xx.xx.2022- ci il tarixdə Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb gətirilərək şöbəyə təhvil verilmişdir. Ondan izahatı alınmış, izahatında bugünə 1225 manat borcunun olduğunu bildirmiş, hazırda 300 manat ödəniş etmək imkanının olduğunu qeyd etmiş, qalan borcunu isə hər həftə 100 manat ödəyəcəyini izahatında bildirmişdir. Tələbkar sözügedən tarixdə şöbəyə dəvət edilmiş və borclu ilə aralarında əldə olunmuş razılığa əsasən borc məblğindən 600 (altı yüz) manat borclu tərəfindən tələbkarın xeyrinə ödəniş edilmişdir. Lakin sonrakı dövrdə borclu tərəfindən yenidən aliment ödənişləri aparılmamışdır. Bu səbəbdən yenidən xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün aidiyyatı üzrə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. O, şöbədə olarkən izahatı alınmış, izahatında işləmədiyini əsas gətirərək alimenti ödəyə bilmədiyini qeyd etmişdir. Hazırda tələbkara yaranmış aliment borcundan 500 (beş yüz) manat məbləğində ödəniş etməyə imkanının olduğunu bildirmişdir. Borclunun bugünə olan borcu 2970 (iki min doqquz yüz yetmiş) manat təşkil edir. Tələbkar icra sənədinin icra olunmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Babayev X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X8 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM:İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-2150/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2150/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver