Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2151/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, subay, Abşeron rayoun, Xırdalan şəhəri, məhəllə 7, ev 15-də qeydiyyatda olan və yaşayan, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 04.11.2021-ci il tarixli MN№1130100 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs 04.11.2021-ci il tarixdə başqa şəxsə məxsus olan şəxsiyyət vəsiqəsini təqdim edərək “Armada” Oteldə otaq götürülməsi üçün qeydiyyatdan keçmiş və daha sonra 250 manat saxta ödəmə qəbzini təqdim edərək otaqdan istifadə etmişdir. Otelin administratoru araşdırma apardıqdan sonra ödəniş qəbzinin saxta olmasını və otelə 250 manat ziyan vurulmasını müəyyən edilmişdir. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 04.11.2021-ci il tarixli MNNo1130099 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq öz şəxsiyyəti barədə yalan məlumatlar vermişdir. Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol vermədiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs “Ramada” Otelinin administratoru X2 öz ifadəsində göstərmişdir ki, Şəxs otelə gələrək və özünə aid olmayan şəxsiyyət vəsiqəsini təqdim edərək otaq sifariş vermişdir. Nağd pulu olmadığı üçün ona otaq ayrıldıqdan sonra Şəxs mobil telefon vasitəsi ilə qeydiyyat aparan şəxsin hesabına pul keçirəcəyi barədə vəd vermişdir. Bir saatdan sonra otelin əməkdaşı 250 manat ödənişin onun hesabına keçmədiyini görərək onu məlumatlandırmışdır. O, otağa qalxaraq Şəxs pulun ödənilmədiyini bildirmiş, sonra bankın qaynar xəttinə müraciət edilərkən məlum olmuşdur ki, pul köçürmə ilə bağlı əməliyyat ümumiyyətlə mövcud deyil. Şəxs vəziyyəti görüb oteldən qaçmaq istəmiş, onlar onu saxlayıb polis bölməsinə bu barədə məlumat vermişlər. Bölmədə məlum olmuşdur ki ,Şəxs özünə aid olmayan şəxsiyyət vəsiqəsi təqdim etmiş, oteldə tutduğu otağa görə hər hansı ödəniş etməyərək saxta ödəniş qəbzini təqdim etmişdir. Otelə dəymiş 250 manat maddi ziyan hazırda ödənilməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilən Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 227 və 535.1-ci maddəslərinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə, onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati xətalar Məcəlləsinin 227-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə AR İXM-nın 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehin daha ciddi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həmin maddənin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini, eyni zamanda öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəlli X1 faktiki tutulduğu vaxtdan, yəni 04.11.2021-ci il tarixdən saat 06:45-dən hesablansın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş 1 (bir) ay müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh edilsin. Həbs etmənin əvvəli 04.11.2021-ci il tarixdən saat 06:45-dən hesablansın. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-2151/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2151/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver