Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2153/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 03 noyabr 2021-ci il tarixli 00100-2240/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 25D68310/25D68410 nömrəli yük nəqliyyat vasitəsində WOSU4928919 nömrəli konteynerdə idxal edilmiş və **********2933 sorğu nömrəli 28.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və müşayiət sənədlərinin araşdırılması zamanı sözügedən mallara dair əvvəlcədən gömrük orqanına təqdim edilmiş **********7856 sorğu nömrəli qısa İdxal bəyannaməsində bəyan edilmiş invovs dəyəri ilə gömrük bəyannaməsində bəyan edilmiş invovs dəyəri arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, gömrük bəyannaməsinə əlavə edilmiş 21070101 nömrəli 23.07.2021-ci il tarixli invovs sənədində idxal olunan fiber optik kabellər yükünün ölçüsünün daha az olduğu və dəyərinin 50576,00 AB$ dolları olduğu, lakin, qısa idxal bəyannaməsinə əlavə edilmiş invoys sənədində daha çox fiber optik kabellər yükünün idxal edildiyi və dəyərinin 173200,00 AB$ dolları olduğunun göstərildiyi müəyyən edilmişdir. Araşdırma zamanı müşayiət sənədlərinə əsasən gömrük ərazisinə dəyəri 50576,00 ABŞ dolları olan “fiber optik” kabellər yüklərinin idxal edildiyi və qısa idxal bəyannaməsində malın invovs dəyərinin düzgün göstərilmədiyi aşkar edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki iş materiallarında olan 25.10.2021-ci il tarixli **********7856 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN **********) ünvanına Çindən gömrük ərazisinə dəyəri 173200,00 ABŞ dolları olan “fiber optik” kabellər yüklərinin ölkə ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib olunmuş raportdan müəyyən olunur ki, Şəxs MMC-nin ünvanına 27.10.2021 ci il tarixində 25D68310/25D68410 nömrəli avtonəqliyyat vasitəsilə daxil olmuş **********04463 barkodlu yükə dair tərtib edilmiş **********2933 saylı GB-də bəyan edilmiş 21070101 saylı invoysda göstərilmiş malın ümumi dəyəri həmin yükə aid **********7856 saylı QİB-də bəyan edilmiş invoys dəyəri ilə uyğunsuzluq təşkil edir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, inzibati xətanı etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.1-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 25D68310/25D68410 nömrəli yük nəqliyyat vasitəsində WOSU4928919 nömrəli konteynerdə idxal edilmiş və **********2933 sorğu nömrəli 28.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və müşayiət sənədlərinin araşdırılması zamanı sözügedən mallara dair əvvəlcədən gömrük orqanına təqdim edilmiş **********7856 sorğu nömrəli qısa İdxal bəyannaməsində bəyan edilmiş invovs dəyəri ilə gömrük bəyannaməsində bəyan edilmiş invovs dəyəri arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, gömrük bəyannaməsinə əlavə edilmiş 21070101 nömrəli 23.07.2021-ci il tarixli invovs sənədində idxal olunan fiber optik kabellər yükünün ölçüsünün daha az olduğu və dəyərinin 50576,00 AB$ dolları olduğu, lakin, qısa idxal bəyannaməsinə əlavə edilmiş invoys sənədində daha çox fiber optik kabellər yükünün idxal edildiyi və dəyərinin 173200,00 AB$ dolları olduğunun göstərildiyi müəyyən edilmişdir. Araşdırma zamanı müşayiət sənədlərinə əsasən gömrük ərazisinə dəyəri 50576,00 ABŞ dolları olan “fiber optik” kabellər yüklərinin idxal edildiyi və qısa idxal bəyannaməsində malın invovs dəyərinin düzgün göstərilmədiyi həm iş materialları ilə, həmdə inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 485.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2153/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2153/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver