Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2153/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş,protokol tərtib etmiş Nümayəndə3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi nümayəndəsi Nümayəndə1Tahir oğlunun iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 264.0.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 16 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 29 avqust 2024-cü il tarixində Səbail rayonu, Şıx çimərliyi ərazisində yerləşən "xxxx" iaşə obyektinin (Resant Group MMC) çimərlik sahəsinin fəaliyyəti zamanı çirkab suların açıq torpaq kanal vasitəsi ilə Xəzər dənizinə axıdılması və çirklənməsinin qarşısının alınması üçün qurğu olmaması, zərərli maddələrin miqdarı yol verilən normativlərdən artıq olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edənAzərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş,protokol tərtib etmiş Nümayəndə3 protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1Tahir oğlu inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, tərtib edilmiş protokol qanunsuz və əsassız olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR ETSN-nin 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş AKTda qeyd edilir ki, güya Şəxs MMC-nin Ramada ictimai iaşə obyektində formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirmədən açıq torpaq kanalları vasitəsilə Xəzər dənizinə birbaşa axıdılması müəyyən (.olunmuşdur. Torpaq kanalının üstü açıq olması ərazidə kəskin iy və qoxunun yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilən xüsusatlar reallığı əks etdirmir: Birincisi, X3 Monitorinq İdarəsinin əməkdaşları ilə AR ETSN-nin 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və su nümunələri götürülmüş ərazi Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli Subicarə müqaviləsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X2 (VÖEN **********) icarəyə verilmişdir. Subicarə müqaviləsinin 3-cü bəndinin 4-cü hissəsinə əsasən müqavilədə nəzərdə tutulan əmlakı standartlara uyğun təyinatı üzrə istismar etmək öhdəliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 üzərinə qoyulmuşdur. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəifələri subicarəçi tərəfindən həyata keçirilir. Həmin Müqavilənin 11-ci bəndinə əsasən, subicarə müqaviləsinin müddəti xx.xx.2024-cü tarixinədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər bu müqavilənin pozulmasına dair heç bir yazılı təklif irəli sürməzlərsə icarə müddəti hər dəfə 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Odur ki, AR ETSNnin 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş AKT və Protokol inzibati xətaya aid olmayan Şəxs MMC barəsində tərtib edildiyi üçün qanunsuzdur. Belə ki, əgər hər hansı inzibati xəta mövcud olubsa da bu barədə protokol vəzifəli şəxs X4 barəsində tərtib edilməlidir. İkincisi, Şəxs MMC-nin Ramada by Wyndham Baku otelindən axıdılan çirkab sular ilkin mərhələdə toplama məntəqəsində toplanılır, toplandıqdan sonra çökdürülmə prosesi aparılır, çökdürülmüş su nasoslar vasitəsilə ikinci məntəqədə zərərsizləşdirilir və təmizlənir və daha sonra üçüncü məntəqəyə göndərilərək doluluqdan asılı olaraq maşınlar vasitəsilə daşınır. Resant Group” MMC-nin Ramada by Wyndham Baku otelinin ərazisində açıq torpaq kanallar mövcud deyildir və Xəzər dənizinə nəinki çirkab heç təmiz sular belə axıdılmır. Odur ki, Aktda və Protokolda "Resant Group” MMC-nin Ramada by Wyndham Baku otelinin ərazisi ilə bağlı qeyd edilən xüsusatlar reallığı əks etdirmir. Məhkəməyə ərazi ilə bağlı videomateriallar təqdim ediləcəkdir. Aktda qeyd edilir ki, Şəxs MMC-nin əməkdaşı Şahid1 iştirakı ilə su nümunələri götürülmüşdür. Su nümunələrinin götürülməsi ilə bağlı fotoşəkillərdə əlavə edilmişdir. Bildirir ki, su nümunələrinin götürülməsində Şəxs MMC-nin əməkdaşı Şahid1 iştirak etməmişdir və akta əlavə edilmiş fotoşəkildəki şəxs Şahid1 deyildir. Və həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 əməkdaşı, X3 Monitorinq İdarəsinin əməkdaşı və ya AR ETSN-nin 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olub-olmaması mənə məlum deyildir. Odur ki, aktda göstərilən yuxarıda qeyd edilən xüsusatda reallığı əks etdirmir. Aktda qeyd edilir ki, vizual baxış zamanı çirkab suların Xəzər dənizinə axıdıldığı müəyyən edilmişdir. Aktda qeyd edilən bu xüsusatda reallığı əks etdirmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Şəxs MMC-nin Ramada by Wyndham Baku otelinin dənizkənarı ərazisi çimərlikdir. Həmin çimərlik isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 tərəfindən subicarəyə götürülərək “X6” Restoran adı ilə fəaliyyət göstərmişdir və çimərlikdə çirkab suyun açıq torpaq kanalları vasitəsilə Xəzər dənizinə axıdılması ağılasığmaz işdir və çimərliyin məqsədlərinə uyğun deyildir. Nə Şəxs MMC-nin Ramada by Wyndham Baku otelindən, nədə ki, “X6” restoranından Xəzər dənizinə və ya ətraf mühitə hər hansı bir tullantı atılmır*və ya axıdılmır. Belə ki, “X6” restoranında Ramada by Wyndham Baku otelindəki kimi toplama, təmizləmə və çökdürülmə məntəqələri vardır. Məhkəməyə ərazi ilə bağlı videomateriallar təqdim ediləcəkdir. Odur ki, Aktda və Protokolda göstərilən xüsusatlar reallığı əks etdirmir. İnzibati Xəta haqqında Protokolda qeyd edilir ki, çimərlik sahəsinin fəaliyyəti zamanı çirkab suların açıq torpaq kanalları vasitəsilə Xəzər dənizinə axıdılması və çirklənmənin qarşısının alınması üçün qurğu olmaması faktları aşkar edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi və videomateriallardan da göründüyü kimi, nə Şəxs MMC-nin Ramada by Wyndham Baku otelindən, nədə ki, “X6” restoranından Xəzər dənizinə və ya ətraf mühitə hər hansı bir tullantı atılmır və ya axıdılmır. Həmçinin üçpilləli təmizləmə mərhələsindən sonra toplanan sular və zibil qalıqları maşınlar vasitəsilə daşınır. Həmçinin tərtib edilmiş aktda da qeyd edilir ki, çimərlik sahəsinin fəaliyyəti zamanı bu da o deməkdir ki, tərtib edilmiş Protokol aidiyyatı şəxs barəsində tərtib edilməmişdir. Belə ki, çimərlik ərazisi həmin tarixdə subicarəyə verilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid1 həmin müddət ərzində Şəxs MMC-nin əməliyyatlar üzrə menecer vəzifəsində işlədiyini bildirərək su nümunələrinin götürülməsi prosesində iştirak etmədiyini, aktı imzalamadığını, protokolu tərtib edəni tanımadığını və akta edilmiş foto-şəkillərdə çəkilən şəxsin onun olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 Şəxs MMC-nin "xxxx" otelində texniki şöbə rəhbəri işlədiyini, çirkab suları ilə bağlı təmizləmə prosesslərin onun tərəfindən nəzarət etdiyini, çirkab sularının saxlama anbarına axıdılmasını, ilkin olaraq suyun orada çökdürüldüyünü, 6-7 saat sonra motor vasitəsi yenidən çökdürüldüyünü, yerdə qalan suların maşınlar vasitəsi ilə çəkilib aparıldığını, zibillər isə zibil maşınları ilə aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 su nümunələrinin götürülməsi prosesində iştirak etmədiyini, aktı imzalamadığını, protokolu tərtib edəni tanımadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 29 avqust 2024-cü il tarixli iAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aktından görünür ki, monitorinqlər zamanı Şıx çimərliyinin ətraf ərazisində yerləşən "xxxx" (Şəxs MMC) ictimai iaşə obyektində tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən açıq torpaq kanallar vasitəsilə Xəzər dənizinə birbaşa axıdılması müəyyən olunmuşdur. Torpaq kanalının üstü açıq olması ərazidə kəskin iy-qoxunun yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla bağlı X3 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-nin əməkdaşı Şahid1 və onların iştirakları ilə "xxxx" (Şəxs MMC) iaşə obyektinin qarşısında iaşə obyektindən dənizə istiqamətlənmış axardan su nümanəsi götürülmüşdür. İdarəyə xx.xx.2024-cü il tarixində X3 Monitorinq İdarəsinin aparılan monitorinqlərdə götürülmüş su nümunələrin üzərində aparılmış kimyəvi, mikrobioloji və euotoksikoloji təhlillərin nəticələri barədə informasiya bülletini daxil olmuşdur. Bülletində "xxxx" iaşə obyektinin dənizə axarından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı qatılıq həddindən aşağı, ammonium ionu 57,4; aktiv maddələr (SSAM) 2,8; oksigenin biokimyəvi (OBS5) 66,4 dəfə yol verilən qatılıq həddindən artıq, mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı ******* ədəd/litr enterokonların miqdarı 35000 ədəd/litr xəstəliyi törədən bakteriyaların miqdarı ******* ədəd/litr təyin edilmişdir. Euotoksikoloji təhlillərin nəticəsinə görə nümunə kəskin zəhərli təsirə malik olmuşdur. Araşdırma müddətində "xxxx" iaşə obyektinin direktoru Miraqiv adlı şəxsə ( Tel: ***-***-**-**; ***-***-**-**) telefon əlaqəsi çoxlanılaraq büllətinin nəticələri bildirilmiş, bununla bağlı akt tərtib olunacağı barədə məlumat verilsə də, aktın tərtib olunmasında iştirak etmədən imtına etmişdir. Məlumat üçün bildirirlərki, X3 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən axardar götürülmüş nümunə zamanı vizual baxış zamanı (suyun bulanıqlıği və kəskin iy-qoxu) tullantı suların dənizə axıldığı müəyyən edilmişdir. Bununla bağlı MMC-nin əməkdaşlarına “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunun, “Su Məcəlləsinin” 77;78;84-cü maddələrinin tələblərinin pozulduğu izah etmişdir. Araşdırma müddətində əldə olunan sənədlər, fotoşəkillər, bülleten akta əlavə edilir. Akt 2(iki) nüsxədə tərtib edildi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, sübutların mötəbər olmadığından və qanunsuz əldə edildiyindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 264.0.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Odur ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 264.0.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli 714- İVQ nömrəli Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. Həmin qanunun 2.1-ci bəndinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin qanunun 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanununvericiliyin tələbindən də görünür ki, vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Hazırki iş üzrə təqdim olunmuş sübutlardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yoxlama aparılmazdan əvvəl yoxlamaların vahid məlumat reyestrində qeydə alınması müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 264.0.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 264.0.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2153/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2153/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver