Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2154/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin nümayəndəsi və vəkili Nümayəndə2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMM-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 16 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs MMM-nin işçisi Firdovsi Rzayevin iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir. Hətta onun vasitəsilə məkanın Şəxs MMM olduğunu biliblər, belə ki, orada yerləşən posterin üzərində məkanın adı “Aysberq” İstirahət Mərkəzi kimi yazılmışdır. Öz nömrəsi ilə fotoşəkillər göndərmiş və həmin fotoşəkillərdən açıq-aydın görünür ki, dənizə boru xətti gedir. Həmin borudakı sudan nümunə götürülmüş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, axıdılan su çirklidir. Bundan sonra idarəyə çağırılmışlar və protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMM-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrinə əsasən qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-nin nümayəndəsi və vəkili Nümayəndə2 protokola etiraz edərək bildirmişdir ki, su xətti mərkəzi kanalizasiya xəttinə qoşulmuşdur. "xxxx" ASC ilə müqavilələri mövcuddur. Dənizə su axıtmaq halı yoxdur. Əvvəllər həmin ərazidə çuxur şəklində yer olmuş, lakin elə həmin formada qalmışdır. Şahidlər də bunu təsdiqləyir. Qanunvericiliyə əsasən inzibati orqan inzibati xəta hadisəsinin mövcud olub-olmadığını sübut etməlidir. Bundan başqa protokol tərtib olunarkən hüquqi şəxsin nümayəndəsi dəvət olunmalı, iştirakı ilə baxış keçirilməli idi. Su nümunəsinin həmin ərazidən götürülməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Qeyd olunanlara əsasən 16 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirmişdir ki, illərdir “Aysberq” İstirahət Mərkəzində işləyir. 5 ildir ki, mərkəzi kanalizasiya xəttinə qoşulmuşlar. Heç bir su dənizə axıdılmır. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Səbail rayonu, Şıx çimərliyi ərazisində yerləşən “Aysberq” İstirahət Mərkəzinin (Şəxs MMM) çimərlik sahəsinin fəaliyyəti zamanı çirkab suların açıq torpaq kanal vasitəsilə Xəzər dənizinə axıdılması və çirkab suların qarşısının alınması üçün qurğunun olmaması, zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasna görə Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin № 86648 aktından görünür ki, X5 Monitorinq İdarəsinin əməkdaşlarının iştirakı ilə Səbail rayonu, Şıx çimərliyi ərazisində ətraf mühitə antoropogen təsirinin kəmiyyət və keyfiyyət göstəricilərinin kriteriyalara uyğunluğunun öyrənilməsi ilə bağlı monitorinqlər keçirilmişdir. Monitorinqlər zamanı Şıx çimərliyinin ətraf ərazisində yerləşən “Aysberq” İstirahət Mərkəzində (Şəxs MMM) formalaşn tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən açıq torpaq panel vasitəsilə Xəzər dənizinə birbaşa axıdılması müəyyən olunmuşdur. Kanalın üstü açıq olması ərazidə iy-qoxunun yayılmasına səbəb olmuşdur. Bununla bağlı çirkab suların axıdılması ilə bağlı iaşə obyektinin texniki şöbəsinin müdiri kimi özünü təqdim edən Firdovsi Rzayevə məlumat verilsə də, sözügedən suların təmiz olduğunu bildirmişdir. X5 Monitorinq İdarəsinin əməkdaşları tərəfindıın iştirakları ilə “Aysberq” İstirahət Mərkəzindən dənizə doğru axardan su nümunəsi götürülmüşdür. İdarəyə xx.xx.2024-cü il tarixdə X5 Monitorinq İdarəsi tərəfindən monitorinqlərdə götürülmüş su nümunələrinin üzərində aparılmış mikrobioloji və toksikoloji təhlillərin nəticələri barədə informasiya bülleteni daxil olmuşdur. Bülletendə “Aysberq” İstirahət Mərkəzinin tullantı sularının dənizə çıxışından götürülmüş su nümunələrinin kimyəvi təhlillərinin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, ammonium ionu 77,4, oksigen biokimyəvi sərfi – 52,1və sintetin səthi müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı ******* ədəd/litr və xəstləlik törədən bakteriyaların miqdarı ******* ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə kəskin zəhərli təsirə malik olduğu bülletendə qeyd edilmişdir. Aşkar olunmuş faktla əlaqədar iaşə obyektinin texniki şöbəsinin müdiri nümunə aktında iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi ərazisində yerləşən “Aysberq” İstirahət Mərkəzində (Şəxs MMM) tullantı suların Xəzər dənizinə birbaşa axıdılması üçün açıq torpaq panel var. İş materiallarına əlavə edilmiş informasiya bülletenindən görünür ki, Şıx çimərliyinin ətraf ərazilərində yerləşən və dənizə birbaşa müdaxiləsi olan "Ramada", "Aysberq" ve "X7" ictimai iaşə obyektlərində formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən açıq torpaq kanallar vasitəsilə Xəzər dənizinə birbaşa axıdılması halı müəyyən olunmuşdur. Torpaq kanalların üstü açıq olması kəskin iy-qoxuya səbəb olan qaz qarışıqlarının atmosfer havasında toplanmasına səbəb olduğu müəyyən olunmuşdur. Yaranan anti-sanitar vəziyyət çimərlik ərazisinə gələn insanların haqlı narazılığına səbəb olur. "Aysberq" İstirahət Mərkəzinin tullantı sularının dənizə çıxışından götürülmüş su nümunələrinin kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az; ammonium ionu-77,4; X3 (OBS5)-52,1 və X6 Maddələr (SSAM)-2,2 dəfə yol verilən qatılıq həddindən artıq müəyyən edilmişdir. Mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı-6500000 ədəd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı- 5 410 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə kəskin zəhərli təsirə malik olmuşdur. İş materiallarına əlavə edilmiş X5 Monitorinq İdarəsinin 072 saylı sərəncamından görünür ki, xx.xx.2024-cü il tarixdə Səbail rayonu, sahil xətti, “Aysberq" İstirahət Mərkəzinin tullantı sularının dənizə çıxışından götürülmüş su nümunəsi üzərində aparılan analiz nəticəsinə əsasən su tullantısının kəskin zəhərli olduğu müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi ərazisində yerləşən “Aysberq” İstirahət Mərkəzinin (Şəxs MMM) çimərlik sahəsinin fəaliyyəti zamanı çirkab suları açıq torpaq kanal vasitəsilə Xəzər dənizinə axıtması, çirkab suların qarşısının alınması üçün qurğudan istifadə edilməməsi və zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması faktı iş materiallarında olan Aktlar və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMM-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki işdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsinin sanksiyası həmin Məcəllənin 264.0.1-ci maddəsinə nisbətdə daha ağırdır. Ona görə də Şəxs MMM Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsinin sanksiyası həddində tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMM Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələri ilə təqsirli bilinməli və onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin yuxarı həddi 12500 (on iki min beş yüz) manatdır. Məhkəmə hesab edir ki, onun barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 31, 34 40, 43, 114-115, 128-130, 233.1 və 264.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMM Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs MMM barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasi çərçivəsində barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2154/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2154/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver