Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2156/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi Vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin 09 iyul 2025-ci il tarixli (xx.xx.2025-ci il tarixli İXP7236618 nömrəli protokol əsasında) inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin DYPŞnin 09 iyul 2025-ci il tarixli (xx.xx.2025-ci il tarixli İXP7236618 nömrəli protokol əsasında) inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətlə birlikdə, X2 qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. Qərardan şikayət və vəsatət xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. X2 müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, o, qərardan şikayət vermək hüququnun olduğunu bilməmiş, həm də azyaşlı körpəsi olduğundan şikayətlə müraciət etmək imkanı olmamışdır. Şikayət vermə müddətinin bərpası barədə vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X2 öz izahatında bir daha bildirmişdir ki, o, qərardan şikayət vermək hüququnun olduğunu bilməmiş, həm də azyaşlı körpəsi olduğundan şikayətlə müraciət etmək imkanı olmamışdır. Buna görə də, ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72.3-cü maddəsində qeyd olunduğu kimi qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmədiyindən hazırki vəziyyətdə vəsatət vermiş şəxsin bunu əsas gətirərək buraxılmış prosessual müddətinin bərpası ilə bağlı xahişi təmin edilməməlidir. Əlavə olaraq X1 yanında azyaşlı övladının olmasını bildirərək bunun üzrlü səbəb kimi qiymətləndirilməsi ilə bağlı xahişinə münasibətdə məhkəmə hesab edir ki, şəxs yaxın qohumlarına yaxud vəkilə etibarnamə vermək yolu ilə özü bilavasitə məhkəmədə iştirak etmədən hüquqlarının müdafiəsini tələb etmək iqtidarında olduğu halda da bu imkandan istifadə etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, vəsatət vermiş şəxsin prosessual müddətin bərpası ilə bağlı gətirdiyi dəlillər əsaslı və konkret deyil, ümumi xarakter daşıyır. Şikayətçi məhkəmə iclasında üzrlü səbəblərdən biri kimi himayəsində azyaşlı övladının olmasını və buna görə vaxtında müraciət edə bilmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hal buraxılmış prosesssual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələdirilən qərarın ləğvi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin 09 iyul 2025-ci il tarixli (xx.xx.2025-ci il tarixli İXP7236618 nömrəli protokol əsasında) inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin 09 iyul 2025-ci il tarixli (xx.xx.2025-ci il tarixli İXP7236618 nömrəli protokol əsasında) inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 Cəlilov vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin 09 iyul 2025-ci il tarixli (xx.xx.2025-ci il tarixli İXP7236618 nömrəli protokol əsasında) inzibati tənbeh tətbiq etmə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2156/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2156/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver