Məhkəmə qərarları › İş №3(009)-2160/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2160/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2160/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, “Qəsr” Mədəni İrsi və X2 İctimai Birliyinin direktoru X1 Azərbaycan Yerüstü Nəqliyyat X5 Şəxsin AYN ******* saylı, 27 iyun 2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmə binasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən “Qəsr” Mədəni İrsi və X2 İctimai Birliyinin direktoru X1 Azərbaycan Yerüstü Nəqliyyat X5 Şəxsin AYN ******* saylı, 27 iyun 2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, “Qəsr” Mədəni İrsi və X2 İctimai Birliyinin direktoru X1 Azərbaycan Yerüstü Nəqliyyat X5 Şəxsin AYN ******* saylı, 27 iyun 2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxs tərəfindən məhkəməyə ötürülmüş müddətin bərpasına dair ərizə vermiş olsa da, ötürülmüş müddətin bərpasına dair ərizədə təsbit edilmiş hallar ağalabatan və əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “Qəsr” Mədəni İrsi və X2 İctimai Birliyinin direktoru X1 Azərbaycan Yerüstü Nəqliyyat X5 Şəxsin AYN ******* saylı, 27 iyun 2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd olunmalı və şikayət baxılmadan ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Qəsr” Mədəni İrsi və X2 İctimai Birliyinin direktoru X1 Azərbaycan Yerüstü Nəqliyyat X5 Şəxsin AYN ******* saylı, 27 iyun 2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd olunsu. “Qəsr” Mədəni İrsi və X2 İctimai Birliyinin direktoru X1 Azərbaycan Yerüstü Nəqliyyat X5 Şəxsin AYN ******* saylı, 27 iyun 2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti baxılmadan ona geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar