Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2161/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, Azərbaycan Respublikası X1 Bakı regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhərçisi X4 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "Şəxs” MMC-nin səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə, "Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası X1 Bakı regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə "Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası X1 Bakı regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallar daxil olmuşdur. İş materiallarında olan MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "Şəxs” MMC-yə məxsus “Four Seasons” hoteldə sanitariyagigiyena, epidemiya və karantin rejiminin pozulması müəyyən edilmişdir. Nəticədə, "Şəxs” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X1 xx xxxxxxx 2020-ci il tarixli aktından görünür ki, “Four Season” otelinin personal üçün olan yeməkxanasında həmin obyektin qida qəbulu yerinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhədə əks olunmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X1 Bakı regional bölməsi nümayəndəsi X8, "Şəxs” MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun tam əsaslı olmasını və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "Şəxs” MMC-nin səlahiyyətli nümayəndəsi X6 yazılı izahat təqdim edərək, bildirmişdir ki, barələrində tərtib olunmuş protokol əsassızdır. Belə ki, inzibati xəta hadisəsi olmamışdır. Şəxs MMC fəaliyyəti Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə tam uyğundur. Heç bir halda Şəxs MMC Azərbaycan Respublikasının qanun, qərar və ya hər hansı normativ-hüquqi sənədin tələblərinə zidd fəaliyyət göstərə bilməz. Qeyd olunanlardan başqa “Four Season” oteli müştərilərinin və əməkdaşlarının sağlamlığının və təhlükəsizliyinin qeydinə qalaraq ABŞ-m nüfuzlu “X10 School of Public Health” Mərkəzi ilə əməkdaşlıq edərək COVİD-19 qarşı qəbul edilmiş dünya standartlarını oteldə tam olaraq tətbiq edir. Bütün dünya boyu fəaliyyət göstərən “Four Season” otellərində tətbiq olunan metodiki göstərişlər Bakıdakı “Four Season” otelində də sonacan gözlənilir. Protokola əlavə olunan şəkildə gördüyünüz qapı əslində həmin obyektin çıxışıdır. Həmin çıxışın üzərində müvafiq işarə mövcuddur. Tərəfimizdən çəkilən şəkillərdə və videoçarxda bu fakt açıq-aşkar görünür. Qeyd olunan qida qəbulu yerində ümumiyyətlə 3 giriş mövcuddur. Hər üç girişin qarşısında qanunda qeyd olunan obyektin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafənin əks olunduğu lövhə mövcuddur. Bu lövhələr protokol tərtib olunan tarixdən əvvəl mövcud olmuşdur. X1 əməkdaşları tərəfindən irad bildirilən və sonradan protokol tərtib olunması üçün əsas olmuş çıxış qapısında hər hansı lövhə olmamışdır. Qanunvericinin məcburi tələbləri tərəfimizdən tam yerinə yetirilir, oteldə həm müştərilər üçün, həm də əməkdaşlar üçün nəzərdə tutulmuş iaşə obyektlərinin girişində tələb olunan məlumat lövhələri mövcuddur. COVİD-19 pandemiyası başlayan tarixdən etibarən “Four Season” otelində insanların sağlamlığının təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür. Göründüyü kimi, yoxlamanın aparılması zamanı həm sənədləşməyə dair qanunvericiliyin tələbləri, eləcə də yoxlamanın keçirilməsi zamanı uyğun müşahidə tədbirləri həyata keçirilmədiyindən “Four Season” otelində hər hansı inzibati xəta hadisəsi olmamışdır. “Four Season” otelinin personal üçün olan yeməkxanasında həmin obyektin girişlərində lövhələrin olmasına baxmayaraq, çıxışda məlumat lövhəsinin olmaması səbəbindən MN №0407874 nömrəli inzibati xəta haqqında Protokolu tərtib edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alıb, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim gigiyenisti X2 “Four Season” otelinin personal üçün olan yeməkxanasında həmin obyektin qida qəbulu yerinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhədə əks olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş qızı “Four Season” otelinin “Otaqlar” şöbəsinin direktor müavini X7 isə “Four Season” otelinin personal üçün olan yeməkxanasında həmin obyektin qida qəbulu yerinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhədə əks olunduğunu bildirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "Şəxs” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 287 nömrəli xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”-nm 11.5.6-cı yarımbəndində qeyd olunmuşdur ki, ictimai iaşə zonalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət edilməsi təmin edilməli, mehmanxanaların ictimai iaşə obyektlərinin qarşısında (girişində) həmin obyektlərin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə əks olunmalıdır Məhkəmə qeyd edir ki, “Four Season” otelinin personal üçün olan yeməkxanasında həmin obyektin girişlərində lövhələr yerləşdirilmiş, çıxışda məlumat lövhəsinin olmaması səbəbindən MN №0407874 nömrəli inzibati xəta haqqında Protokolu tərtib edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə otelin görüntüləri əks olunmuş fotoşəkillərə və video görüntülərə baxış keçirilmiş və “Four Season” otelinin personal üçün olan yeməkxanasında həmin obyektin qida qəbulu yerinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhədə əks olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, “Four Season” otelinin personal üçün olan yeməkxanasında həmin obyektin qida qəbulu yerinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhədə əks olunduğu müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "Şəxs” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2161/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2161/2020
26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver