Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2161/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 31 oktyabr 2021-ci il tarixli, İXP 44279481 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 iyun 2021-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Neftçilər prospektində idarə etdiyi «BMC Procity 12 M avtobus» markalı 99JU809 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, 24.06.2021-ci il tarixdə təxminən saat 13:26 radələrində o, 125 saylı marşrut xətti üzrə **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC” markalı avtobus ilə “28 May” metrosunun yaxınlığından hərəkətə başlamış, Azneft dairəsini keçdikdən sonra “Əl oyunları” sarayına çatmamış o, telefona baxarkən fikri yayınmış və hadisə baş vermişdir. İdarə etdiyi avtobusda xəsarət alan şəxslər olmuşdur. Lakin qarşıdakı avtobusda xəsarət alan olmamışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, məhkəmə avtotexniki ekspertizasının 02.08.2021-ci il tarixli 8/1649 saylı rəyinin nəticə hissəsində göstərilmişdir: -BMC markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar. Materiala əlavə edilmiş 2/17613 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, hadisə zamanı Şəxs ayıq olmuşdur. Materiala əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 05.08.2021-ci il tarixli 425 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: X7 bədənində müəyyən edilmiş xəsarət- sağ baldırın orta 1/3-nin ön-iç səthinin qançırı küt əşyanm(alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 24.06.2021-ci il tarixli avtomobil travması, o cümlədən avtomaşınların (avtobusların) toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azyaşlı V.F.İbrahimovanm adma tərtib olunmuş tibbi sənəddə göstərilmiş “Sol dizin yumşaq toxumalarının əziyi“ diaqnozu obyektiv kliniki və məhkəmə-tibbi əlamətlərlə öz təsdiqini tapmadığından xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. Materiala əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 08.07.2021 -ci il tarixli 999 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: X5 almış olduğu xəsarətlər- baş beynin silkələnməsi və alın nahiyəsinin çapılmış yarası ilə müşayiət olunan kapalı kəllə- beyin travması, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə (24.06.2021) və şəraitdə törənmələri inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Materiala əlavə edilmiş təkrar məhkəmə tibbi ekspertizasının 27.08.2021-ci il tarixli T 190/2021 saylı rəyinin nəticə hissəsində göstərilmişdir: X2 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alm nahiyəsinin çapılmış yarası olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyamn(əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 24.06.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Materiala əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 17.07.2021-ci il tarixli 370 saylı rəyinin nəticə hissəsində göstərilmişdir: X3 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət- sol bazu sümüyünün yerdəyişən sınığı bərk küt əşyanın o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şəraitdə və tarixdə yəni 24.06.2021-ci il tarixdə avtoqəza /amanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Materiala əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 13.08.2021-ci il tarixli 516 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir:-X1 bədənində müəyyən edilmiş xəsarət- burun sümüyünün burunla tənəffüsün pozulmasına səbəb olmayan qapalı yerdəyişməmiş sınığı, sol burun çəpərinin piqmentasiya halında qançırı bərk küt əşyanm(alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 24.06.2021-ci il tarixli yol- nəqliyyat hadisəsi zamanı, o cümlədən avtomaşınların (avtobusların) toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Araşdırma zamanı Baku Bus MMC-dən əldə edilmiş diskə baxış keçirilmiş və diskdə olan dördüncü sırada olan videofayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, kamera avtobusun qabaq hissəsində quraşdırılmaqla, sürücünün hərəkətlərini, həmçinin avtobusa qabaq qapıdan daxil olan sərnişinlərin hərəkətlərini qeydə alır. Həmin görüntünün 04:25 saniyəsində saat 13:30:07-də sürücünün əlinə mobil telefon götürməsi və sükanı buraxaraq avtobusu idarə etməsi, daha sonra sağ əli ilə sükanı tutması, sol əlində isə mobil telefonu saxlaması və diqqətinin mobil telefonda olması, görüntünün 04:44 saniyəsində saat 13:30:26-da yol nəqliyyat hadisəsinin baş verməsi müşahidə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2161/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2161/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver