Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2161/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 29 avqust 2024-cü il tarixli 00800-00699/** EP ***6305 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına xx.xx.2024-cü il tarixdə **********7597 nömrəli gömrük bəyannaməsi ilə gəlmiş 1 yer, 36 kq, 47124.00 AZN dəyərində “İridium certus C700 Rack type system, İ/N MSSİC010037/6 ədəd” adlı yük xx.xx.2023-cü il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin müddətin bitməsinə baxmayaraq, mallar həmin şirkət tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Qeyd olunan müvəqqəti saxlncda olan malın barəsində qanunsuz əməliyytaların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi hallarınını yoxlanılması üçün araşdırma aparılması məqsədilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin səlaihiyyətli nümayəndəsinin iştirakı ilə yükə şirkıtin anbarında xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və vəziyyətinin dəyişdirilmədiyi müəyyən olunmuşdur. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin və protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Rəsmiləşmə Mərkəzindən daxil olmuş 3-33- 3100/012/020741 saylı xx.xx.2024-cü il tarixli raportda qeyd edilən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən **********7537 və **********7597 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi üçün ödənilməli ödənişlər **********7537 və **********7597 sorğu nömrəli gömrük bəyannamələrinin “gömrük ödənişlərinin hesablanması” adlı 47-ci qrafasının “məbləğ” sütununda qeyd olunmuş və qarşısında “05” kodu (şərti hesablama) yazılmış ödənişlərdir (mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların gömrük rəsmiləşdirilməsinə görə **********7537 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ikiqat məbləğdə gömrük yığımları (02) - 600 AZN, idxal gömrük rüsumu (20) - 15315.30 AZN, əlavə dəyər vergisi (32) - 21135.11 AZN, elektron gömrük xidməti haqqı (75) - 60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 10.80 AZN), **********7597 sorğu nömrəli gömrük bəyannaməsi üzrə (02) - 240 AZN, idxal gömrük rüsumu (20) - 7068.60 AZN, əlavə dəyər vergisi (32) - 9754.67 AZN, elektron gömrük xidməti haqqı (75) - 60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 10.80 AZN). xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən **********7537 və **********7597 sorğu nömrəli gömrük bəyannamələrinin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi üçün ödənilmiş ödənişlər həmin gömrük bəyannaməsində “Hesablanmanın detalları” adlı Qrafa B-də göstərilmişdir (mallara gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə malların **********7537 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları (02) - 600 AZN, elektron gömrük xidməti haqqı (75) - 60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 10.80 AZN, cəmi 670.80 AZN), **********7597 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə ikiqat məbləğdə gömrük yığımları (02) - 240 AZN, elektron gömrük xidməti haqqı (75) - 60 AZN, elektron gömrük xidməti üzrə ƏDV (85) - 10.80 AZN, cəmi 310.80 AZN). “Pilot.egb.dgk” sisteminin “EHS-Balans” və “EHS - Hesab əməliyyatları” pəncərələrində xx.xx.2024-cü il tarixinə ********** nömrəli VÖEN-nin sahibi "xxxx" MMC hesabında 19754 AZN avans mövcuddur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci Maddəsinə əsasən hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanan dəbbə pulu ödənilir. xx.xx.2024-cü il tarixli **********7537 və **********7597 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallara xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin anbarında baxış keçirilmiş və malların vəziyyəti dəyişdirilmədən saxlandığı müyyən edilmişdir. İş materiallarında olan raportdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********7597 sorğu nömrəli gömrük bəyannamələrilə (ümumi gömrük dəyəri 47.124.00 azn, netti çəki 138 kq) mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmasına baxmayaraq digər gömrük proseduru altında bəyan edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 29 avqust 2024-cü il tarixli inzibati xəta haqqında işin materialları ilə tanış olma protokolundan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, baş təhqiqatçısı, gömrük xidməti polkovnik leytenantı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində 00800-00699/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başa çatdığı üçün Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin səlahiyyətli nümayəndəsi X3 00800-00699/24 saylı işin materialları ilə tanış etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən icraatın başa çatdırılması haqqında raportdan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, baş təhqiqatçısı, gömrük xidməti polkovnik leytenantı X1, 29 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinən ünvan 1 ünvanında yerləşən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində 00800-00699/24 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdıraraq Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış nümayəndənin etirafı ilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2161/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2161/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver