Məhkəmə qərarları › İş №3(009)-2167/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2167/2020

22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2167/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X3 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki,xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqinda protokol əsasında qobu edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəmdə Azərbaycan Respublikası İXM-nin 192.6-ci maddəsinə əsasən 1500 manat inzibat cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən «xxxxxx» MMC-nin adına göndərilən xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş X1 «xxxxxx» MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması ilə bağl müraciətinə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliy Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən baxılmış və müvafiq sənədlərin təqdim edilməsi tələb olunmuşdur. «xxxxxx» MMC-nin rəhbərliyi tərəfindən xx.xx.2020-ci il tarixdə cavab olaraq məktubunda bildirilmişdir ki, “«xxxxxx» MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Y/Massivi, 3-cü döngə, 90A nömrəli yaşayış evidir. Cəmiyyətin ofisi də bu iinvanda yerləşdiyindən fəaliyyəti ilə bağlı bütün sənədlər həmin ünvanda saxlanılmışdır. Təxminən 5 ay əvvə həmin ünvandan naməlum şəraitdə «xxxxxx» MMC-nin sənədləri və möhürü itirilmişdir. Ona görə də Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət olunmuş və bu fakt hazırda araşdırılır". Bundan əlavə, məktubda qeyd edilmişdir ki. X2 da həmin ünvanda qeydiyyatda olmaqla orada faktiki olaraq yaşayır və onunla hazırda məhkəmə instansiyalarda mülki mübahisələr davam edir. X1 qanunsuz hərəkətləri nəticəsində o, (eyni zamanda «xxxxxx» MMC-nin təsisçisi və direktoru) 5 aydır ki öz ofisinə (eyni zamanda şəxsi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci ‘Y/Massivi, 3-cü döngə, 90A №-li evimə) daxil ola bilmədiyindən məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı çıxarıldıqdan sonra həmin ünvana gəldikdə özünə məxsus şəxsi əşyalarını, həmçinin «xxxxxx» MMC-nin sənədləri və möhürü aşkar edilmədiyinə görə polisə müraciət etmişdir. Ona görə də sadalanan sənədlərin AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunması qeyrimümkündür. Əlavə olaraq məktuba Səbail RPİ-nin 41 -ci PB-dən arayışı və Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadın surəti əlavə edilmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xətanın həqiqətən də törədilməsini araşdırmadan barəsində qanunsuz protokol tərtib edilmiş və həmin protokol əsasında AR İXM-nin 192.6 maddəsinə əsasən (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) 1500 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair əsassız Qərar qəl edilmişdir. Hesab edir ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqin protokol əsasında qəbul edilmiş AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin İV ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli Qərar qanunvericiliyinin tələblərinin pozulması şəraitində çıxarıldığından ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə müəyyən edilməli olduğu hallardan biri inzibati xəta hadisəsisinin (inzibati xəta törədilmişdirmi) olmasıdır. Yuxarıda qeyd etdiyi kimi, şirkətin sənədləri itirildiyinə görə və bununla bağlı Səbail RPİ-nin 41ci Polis Bölməsində araşdırma aparıldığından inzibati xəta hadisəsinin olub-olmaması müəyyən olunmamışdır. AR İXM-nin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətinə cəlb olunmuş şəxs təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunması şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan əlavə, həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri - inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməkliyi ilə aşkar edilməsidir. Lakin, qeyd etdiyi kimi həmin halların aşkar edilməsi mümkün olmamışdır. İnzibat Xətalar Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttiş Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xətanın törədilməsi faktı aşkar edilmədən, yalnız şikayət əsasında xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqinda protokol tərtib etmişdir. Belə olan halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi AR İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halın olmasına baxmayaraq qanunsuz qərar qəbul etmişdir. Göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli Qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayətini müdafiə edib barəsində qəbul edilmiş MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən həmin idarəyə göndərilməlidir. xx xxxxxx 2016-cı il tarixli Xüsusi Lisenziyadan görünür ki, hüquqi ünvanı ünvan 2 saylı fərdi yaşayış evi olan “xxxxxx MMC-yə dərman vasitələrinin pərakəndə satışı ilə mışğul olmasına xüsusi lisenziya (icazə) verilmişdir. İşə əlavə edilmiş X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, qanunsuz işə götürülməsi ilə bağlı “xxxxxx MMC-nin barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. İşə əlavə edilmiş Səbail RPİ-nin, 41-ci Polis Bölməsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 2 saylı fərdi yaşayış evində yaşayan X3 bölməyə verdiyi ərizə əsasında “xxxxxx MMC-yə məxsus olan sənədləri və möhürü yaşadığı mənzildə naməlum şəraitdə itirməsi ilə bağlı müvafiq tədbirlər keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. İşə əlavə edilmiş Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Emil Abdullayev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 2 saylı fərdi yaşayış evində yaşayan X3 yaşadığı mənzildə quraşdırılmış təhlükəsizlik kamerasının blok qurğusunun oğurlanması və həmin tarixdə gəlini X4 tərəfindən ona bədən xəsarətlərinin yetirilməsi ilə bağlı şikayəti əsasında araşdırma aparılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, İXP MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxx MMC-də çalışan X1 əmək müqaviləsinə xitam verilməsində və son haqq hesabının ödənilməsində qanun pozuntusuna yol verildiyindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin Bakı Ərazi İdarəsinin rəisi tərəfindən “xxxxxx MMC-nin direktoru X6 ünvanlanmış məktubdan görünür ki, X1 “xxxxxx MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə baxıldığını və araşdırma zamanı müəyyən edilmişdir ki, X1 ərizə olmadan qanunvericiliyin tələbləri pozularaq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab ödənilməmişdir. Göstərilənlər nəzərə alınaraq X1 hüquqlarının bərpa edilməsi və eyni zamanda son haqq hesabın qanunvericiliyin tələblərinə uyğun olaraq ən qısa zamanda ödənilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş “xxxxxx MMC-nin direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin Bakı Ərazi İdarəsinin rəisinə ünvanladığı məktubunda surətindən görünür ki, “xxxxxx MMC-nin fəaliyyəti ilə bağlı bütün sənədlər ünvan 2 saylı fərdi yaşayış evində saxlanıldığını göstərmişdir. Həmçinin həmin ünvanda X1 qeydiyyatda olduğu və yaşadığını və hazırda onların məhkəmə mübahisəsi olduğunu qeyd etmişdir. Bundan əlavə göstərmişdir ki, 5 ay müddətində öz ofisinə daxil ola bilmədiyini və məhkəmə qərardadı çıxarıldıqdan sonra özünə məxsus evə ünvana gəldikdə şəxsi əşyalarının, həmçinin MMC-yə məxsus sənədləri və möhürü aşkar edi bilmədiyindən polisə müraciət etdiyini göstərmişdir. İşə əlavə edilmiş MN ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 “xxxxxx MMC-də çalışan X1 əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (bir min beş) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 “xxxxxx MMC-də çalışan X1 əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (bir min beş) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X8 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin Bakı Ərazi İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə xx.xx.2020-ci il tarixdə ərizə göndərərək qanunsuz işə götürülməsi ilə bağlı “xxxxxx MMC barəsində qanuni tədbirlər görülməsini xahiş etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi “xxxxxx MMC-nin rəhbəri X8 barəsində araşdırma apararaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə, yəni işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi əsası ilə 1500 (bir min beş) manat məbləğində cərimə edilmişdir. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “xxxxxx MMCnin rəhbəri X8 barəsində araşdırma aparılarkən X1 hansı əsaslarla işləməsi, yəni əmək müqaviləsi bağlanarkən və əmək müqaviləsinə xitam verilərkən ondan ərizənin alınması və sair kimi hallar araşdırılmadan əsassız olaraq inzibati xəta haqqında protokol və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən səbəblərdən, qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Halbu ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylıqərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar