Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2167/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin Bakı şəhəri X4 İdarəsinin 22 avqust 2022-ci il tarixli EQ 11053396 saylı qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin Bakı şəhəri X4 İdarəsinin 22 avqust 2022-ci il tarixli EQ 11053396 saylı qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin Bakı şəhəri X4 İdarəsinin 22 avqust 2022-ci il tarixli EQ 11053396 saylı qərarından görünür ki, inzibati xətanın törədildiyi yer Nizami metrostansiyası ərazisində olmuşdur. Göründüyü kimi inzibati xətanın törədilməsi yeri Bakı şəhəri Yasamal rayonu ərazisidir. Şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması ilə əlaqədar vəsatət əlavə edilməmişdir. Ona görə də inzibati xətalara dair işə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olubolmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, hazırkı şikayət ona əlavə edilmiş sənədlərdlə birlikdə aidiyyəti üzrə baxılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin Bakı şəhəri X4 İdarəsinin Bakı şəhəri X4 İdarəsinin 22 avqust 2022-ci il tarixli, EQ 11053396 qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2167/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2167/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver