Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2168/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 05 noyabr 2021-ci il tarixli 00100-1871/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 22 sentyabr 2021-ci tarixdə saat 16:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 3-cü anbarda Rusiya Federasiyasından ayrıayrı şəxslərə məxsus yükləri daşıyan 99XY709/99ZC~Z9 nömrə nişanlı yük avtomobilinə Skanlasdırma və X4 Tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlanılması aparılmışdır. Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli şübhəli cizgilər əməkdaşların diqqətini çəkmiş, buna görə malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınmışdır. Yoxlama nəticəsində avtomobilin yarımqoşqusunda X10 adına göndərilən, Bakı Baş Gömrük İdarəsində **********7275 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən 72 yerdən ibarət istifadə olunmuş geyimlər 1 yerdən ibarət hissəsində geyim əşyalarının arasında malların aşkar edilməsini çətinləşdirən üsulardan istifadə edilərək sellofanda skoç lentlə sarılmış vəziyyətdə gizlədilmiş hər qutuda 50 ədəd olmaqla 3 qutu “Ermital 25000” ticarət nişanlı, hər qutuda bir ədəd olmaqla 3 qutu “Salbutamol 100 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 3 qutu “Verteks 20 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 2 qutu “Ultibo 50mg və 110 mg” ticarət nişanlı, hər qutuda 10 ədəd olmaqla 2 qutu “Açetilçistein Kanon 600 mg” ticarət nişanlı, hər qutuda bir ədəd olmaqla 2 qutu “Astamasol 200” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 3 qutu “Kardiolip 20 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Torasemid 5 mg” ticarət nişanlı, hər qutuda 100 ədəd olmaqla 8 qutu “Klofranil 25 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Roksera 20 mg” ticarət nişanlı, bir qutuda 28 ədəd olmaqla 1 qutu “Fozinal 20 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Forsiqa 10 mg” ticarət nişanlı, bir qutuda qablaşdırılmış 160 ədəd olmaqla 1 qutu “Ksarelto 20 mg” ticarət nişanlı, hər qutuda 28 ədəd olmaqla 2 qutu “Duloksetin Kanon 60 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 3 qutu “ASK Kardio 100 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Pentoksifillin 400 mg” ticarət nişanlı, bir qutuda 28 ədəd olmaqla 1 qutu “Klopidoqrel 75 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Klopidoqrel 75 mg” ticarət nişanlı, bir qutuda 56 ədəd olmaqla 1 qutu “Bravadin 5 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 5 qutu “Omnik 0.4 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Atsetiltsistein Kanon 200 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Topiramat Kanon 50 mg” ticarət nişanlı dərman vasitələri aşkar edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs (FİNxxxxxxx) Rusiya Federasiyasından X2 adına 99XY709/99ZC709 nömrə nişanlı yük avtomobilində idxal edilmiş və **********7275 sorğu nömrəli 16.09.2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş 72 yerdən ibarət istifadə olunmuş geyimlər yükünün 1 yerdən ibarət hissəsində geyim əşyalarının arasında, sellofanda skoç lentlə sarılmış vəziyyətdə gizlədilmiş ümumi dəyəri az miqdarda, 693,30 manat təşkil edən dərman vasitələrini aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə Azərbaycan Respublikası gömrük sərhədindən keçirmişdir. Bu hərəkətlərlə Azərbaycan Respublikasının vətəndaşı Şəxs (FİN- xxxxxxx,) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt 34/014/024970 nömrəli 24.09.2021-ci il tarixli raport, 22.09.2021-ci il tarixli “yoxlama aparılması haqqında” protokol, **********7275 sorğu nömrəli gömrük bəyannaməsi, mal müşayiət sənədləri, gömrük inspektoru X5 izahatı, gömrük inspektoru X1 izahatı, aşkar edilmiş yüklərə baxış zamanı iştirak edən hal şahidlərinin izahatı, idxalatçı X2 etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X6 izahatı, barəsində icraat aparılan Azərbaycan Respublikasının vətəndaşı Şəxs (FİN-16TC7_B izahatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4329-9~C24 nömrəli 27.10.2021-ci il tarixli ekspert rəyi və işdə olan digər sənədlər ilə tam və kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, atası xəstə olduğundan həmin dərmanları atası üçün gətirmək istəmiş, əməlindən səmimi peşmandır, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiarkçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 22 sentyabr 2021-ci il tarixdə saat 16:00-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 3-cü anbarında Rusiya Federasiyasından ayrı-ayrı şəxslərlə məxsus yükləri daşıyan 99XY709/99ZC709 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və X4 Tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “Hİ-SCAN 180180-2İS pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlanılması aparılmışdır. Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini çəkmiş, buna görə malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınmışdır. Yoxlama nəticəsində avtomobilin yarımqoşqusunda X10 adına göndərilən, Bakı Baş Gömrük İdarəsində **********7275 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən 72 yerdən ibarət istifadə olunmuş geyimlər 1 yerdən ibarət hissəsində geyim əşyalarının arasında malların aşkar edilməsini çətinləşdirən üsulardan istifadə edilərək sellofanda skoç lentlə sarılmış vəziyyətdə gizlədilmiş hər qutuda 50 ədəd olmaqla 3 qutu “Ermital 25000” ticarət nişanlı, hər qutuda bir ədəd olmaqla 3 qutu “Salbutamol 100 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 3 qutu “Verteks 20 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 2 qutu “Ultibo 50mg və 110 mg” ticarət nişanlı, hər qutuda 10 ədəd olmaqla 2 qutu “Açetilçistein Kanon 600 mg” ticarət nişanlı, hər qutuda bir ədəd olmaqla 2 qutu “Astamasol 200” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 3 qutu “Kardiolip 20 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Torasemid 5 mg” ticarət nişanlı, hər qutuda 100 ədəd olmaqla 8 qutu “Klofranil 25 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Roksera 20 mg” ticarət nişanlı, bir qutuda 28 ədəd olmaqla 1 qutu “Fozinal 20 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Forsiqa 10 mg” ticarət nişanlı, bir qutuda qablaşdırılmış 160 ədəd olmaqla 1 qutu “Ksarelto 20 mg” ticarət nişanlı, hər qutuda 28 ədəd olmaqla 2 qutu “Duloksetin Kanon 60 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 3 qutu “ASK Kardio 100 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Pentoksifillin 400 mg” ticarət nişanlı, bir qutuda 28 ədəd olmaqla 1 qutu “Klopidoqrel 75 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Klopidoqrel 75 mg” ticarət nişanlı, bir qutuda 56 ədəd olmaqla 1 qutu “Bravadin 5 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 5 qutu “Omnik 0.4 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Atsetiltsistein Kanon 200 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Topiramat Kanon 50 mg” ticarət nişanlı dərman vasitələri aşkar edilmişdir. İş materiallarında olan yoxlama aparılması haqqında protokoldan görünür ki, 99XY709/99ZC709 nömrə nişanlı yük avtomobili ilə göndərilmiş X7 adında **********7275 nömrəli gömrük bəyanəməsi ilə bəyan edilmiş malları Bakı şəhəri, Salyan şossesi 14-cü km ünvanında yerləşən “İpək Yolu” gömrük postunun 3-cü anbarında “Hİ-SCAN 180180-2İS pro” markalı rentgen qurğusu tətbiq etməklə yoxlama aparılmış, **********7275 sorğu nömrəli Gömrük bəyannaməsinin 1-ci mövqeyində qeyd olunan 72 yerdən ibarət istifadə olunmuş geyim əşyaların 1 yer təşkil edən hissə “Hİ-SCAN 180180-2İS pro” markalı rentgen qurğusundan keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilmişdir. Buna görə də çantanın ətraflı yoxlanılmasına zərurət yaranmışdır. Yoxlama nəticəsində gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən istifadə olunmuş geyim əşyaları 1 yerdən ibarət hissəsinin arasında malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə sellofanda skoç lentlə sarılmış vəziyyətdə gizlədilmiş hər qutuda 50 ədəd olmaqla 3 qutu “Ermital 25000” ticarət nişanlı, hər qutuda bir ədəd olmaqla 3 qutu “Salbutamol 100 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 3 qutu “Verteks 20 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 2 qutu “Ultibo 50mg və 110 mg” ticarət nişanlı, hər qutuda 10 ədəd olmaqla 2 qutu “Açetilçistein Kanon 600 mg” ticarət nişanlı, hər qutuda bir ədəd olmaqla 2 qutu “Astamasol 200” ticarət nişanlı, hər qutuda 30 ədəd .olmaqla 3 qutu “Kardiolip 20 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Torasemid 5 mg” ticarət nişanlı, hər qutuda 100 ədəd olmaqla 8 qutu “Klofranil 25 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Roksera 20 mg” ticarət nişanlı, bir qutuda 28 ədəd olmaqla 1 qutu “Fozinal 20 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Forsiqa 10 mg” ticarət nişanlı, bir qutuda qablaşdırılmış 160 ədəd olmaqla 1 qutu “Ksarelto 20 mg” ticarət nişanlı, hər qutuda 28 ədəd olmaqla 2 qutu “Duloksetin Kanon 60 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 3 qutu “ASK Kardio 100 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Pentoksifillin 400 mg” ticarət nişanlı, bir qutuda 28 ədəd olmaqla 1 qutu “Klopidoqrel 75 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Klopidoqrel 75 mg” ticarət nişanlı, bir qutuda 56 ədəd olmaqla 1 qutu “Bravadin 5 mg” ticarət nişanlı, hər qutuda 30 ədəd olmaqla 5 qutu “Omnik 0.4 mg” ticarət nişanlı, bir qutuda 20 ədəd olmaqla 1 qutu “Atsetiltsistein Kanon 200 mg” ticarət nişanlı, bir qutuda 30 ədəd olmaqla 1 qutu “Topiramat Kanon 50 mg” ticarət nişanlı dərman vasitələri aşkar edilmişdir. Yoxlama 22 sentyabr 2021-ci il tarixdə saat 17:30-da başa çatdı. Yoxlama başa çatdıqdan sonra qeyd olunan mallar götürülərək “İpək Yolu” gömrük postunun 3-ci anbarında gömrük nəzarəti altında saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” Publik hüquqi şəxsin 13 oktyabr 2021-ci il tarixli, 04/15922 Rəyindən görünür ki, “ təqdim olunan malların hamısı dərman vasitəsidir və dövlət qeydiyyatına alınması mütləqdir. Ermital 25000 №50 kapsul, Salbutamol 100 mg №1 aerozol, Verteks 20 mg №30 tablet, Ultibo 50mg və 110 mcg inhalyasiya, Topiramat Kanon 50 mg №30 tablet, Asetilsistein Kanon 600 mg №10 paket, Astamasol 20 mcg + 50 mcg №1 aerozol, Kardiolip 20 mg №30 tablet, Torasemid 5 mg №20 tablet, Klofranil 25 mg №50 tablet, Roksera 20 mg №30 tablet, Fozinal 20 mg №28 tablet, Forsiqa 10 mg №30 tablet, Ksarelto 20 mg №100 tablet, Duloksetin Kanon 60 mg 328 tablet, ASK Kardio 100 mg №30 tablet, Pentoksifillin 400 mg №20 tablet, Klopidoqrel 75 mg №28 tablet, Bravadin 5 mg №56 tablet, Omnik 0.4 mg №30 tablet, Atsetiltsistein Kanon 200 mg №20 paket, Klopidoqrel 75 mg № 30 tablet dövlət reyestrində qeydiyyata alınmamışdır. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4329-97024 nömrəi 27.10.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim olunmuş üzərində “000929 və 00928 Bakı Baş Gömrük 001-1872/21 ...” yazı və imzalar olan DGK-ya məxsus 2 ədəd polietilen paketdə adları Cədvəl 1-də göstərilən 22 adda dərman preparatları üzərilərində olan tarix göstəricilərinə əsasən istifadəyə yararlı olub 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbayca'' Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, lisenziya (xüsusi razılıq) tələb olunar prekursorların siyahıları” -na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən və zəhərli maddələrin siyahısına daxil deyil. Ekspertiza tədqiqatına təqdim edilmiş 22 adda dərman preparatlarının 22.09.2021-ci il tarıxə orta qiyməti təxminən 693,30 manat müəyyən edilir. Həmin dərman preparatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Ekspetiza tədqiqatının dəyəri 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə edilməli, inzibati xətanın bilavasitə obyekti olan 22 adda dərman preparatı gömrük qaydalarına əməl edildikdən sonra Şəxs gei qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğdə, yəni 277.32 (iki yüz yetmiş yeddi manat otuz iki qəpik) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan 22 adda dərman preparatı-Ermital 25000 №50 kapsul, Salbutamol 100 mg №1 aerozol, Verteks 20 mg №30 tablet, Ultibo 50mg və 110 mcg inhalyasiya, Topiramat Kanon 50 mg №30 tablet, Asetilsistein Kanon 600 mg №10 paket, Astamasol 20 mcg + 50 mcg №1 aerozol, Kardiolip 20 mg №30 tablet, Torasemid 5 mg №20 tablet, Klofranil 25 mg №50 tablet, Roksera 20 mg №30 tablet, Fozinal 20 mg №28 tablet, Forsiqa 10 mg №30 tablet, Ksarelto 20 mg №100 tablet, Duloksetin Kanon 60 mg 328 tablet, ASK Kardio 100 mg №30 tablet, Pentoksifillin 400 mg №20 tablet, Klopidoqrel 75 mg №28 tablet, Bravadin 5 mg №56 tablet, Omnik 0.4 mg №30 tablet, Atsetiltsistein Kanon 200 mg №20 paket, Klopidoqrel 75 mg № 30 tablet gömrük qaydalarına əməl edildikdən sonra Şəxs gei qaytarılsın. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2168/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2168/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver