Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2170/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamam və ziddiyyətlidir, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə törədilmiş hadisə ilə bağlı cinayət işinin rədd edilməsi haqqında qərar xx.xx.2025-ci il tarixində qəbul olunmuş, inzibati xəta haqqında protokol isə xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur. Halbuki, cinayət işinin rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, sonuncu barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. Belə olan halda inzibati xəta haqqında protokolun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan daha əvvəl tərtib olunması real görünmür. Digər tərəfdən, iş üzrə zərərçəkmiş şəxslərin dəqiq dairəsi və vurulmuş maddi ziyanın konkret məbləği müəyyən edilməmişdir. Göründüyü kimi, materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyildir. Odur ki, məhkəmə belə hesab edir ki, iş materiallarında olan ziddiyyətlər və natamamlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Buna görə də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və həmin natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2170/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2170/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver