Məhkəmə qərarları › İş №3(009)-2171/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2171/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2171/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-cü il təvəllüdlü, azərbaycanlı, ünvan 1 ünvanında yaşayan və ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN №1974942 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə dəniz kənarı milli parkda polis əməkdaşlarına qarşı nəlayiq ifadələr işlətməklə tabesizlik göstərmiş narkoloji müayinəyə aparılarkən qanında narkotik vasitə aşkar edilmişdir. Bununla əlaqədar Səbail rayon Pİ-nin 9-cu PB-nin sahə inspektoru A.Əmrahov tərəfindən Şəxs barəsində AR İXM-nın 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutumuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu göstərmişdir.Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə toplanmış materialları araşdıraraq, şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206, 510-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPX-nin polis serjantı X1 ifadəsində göstərmişdir ki,xx.xx.2025-ci il tarixdə saat 00:40 radələrində dəniz kənarı milli parkda xidmət aparakən 4-5 nəfərin dava edildi barədə məlumat verilmiş, hadisə yerinə yaxınlaşarkən yalnız bir nəfərin Şəxs orada olduğunu görmüş, hadisə ilə bağlı məlumat əldə edilərkən həmin şəxs onları təhqir edərək nəlayiq ifadələr işlətmiş, polis bölməsinə dəvət edilərkən onların qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs əməkdaşların köməkliyi ilə 9-cu polis bölməsinə gətirilmiş və raport tərtib etmişdir. İş üzrə “Narkotik vasitələrin və psixatrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2025-ci il tarixli 8187 saylı akta əsasən Şəxs THC(+), maddələri aşkar edilmişdir. İş üzrə Səbail rayon 9-cu Polis Bölməsinin xx.xx.2025-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 27.08 2025-ci il tarixdə saat 00:40-da inzibati qaydada tutulmuşdur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xətalar Məcəlləsinin 510-cu maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göstərilən Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 206, 510 və 535.1-ci maddəslərinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə, onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətbiq edilməlidir. İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə AR İXM-nın 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehin daha ciddi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həmin maddənin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, eyni zamanda öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəlli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 00:40-dan hesablansın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00:40-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar