Məhkəmə qərarları › İş №3(009)-2172/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2172/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2172/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Borclu Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6088/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs və Mehmet Doğandan cəmi 39863,75 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilrək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu icra məmurunun çağırışı üzrə gələməkdən yayındığından, borclu barəsində xx.xx.2022-ci il tarixində axtarış işi açılmışdır, borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra tələbkarla aralarında razılıq əldə olunmuşdur. Əldə olunmuş razılığa əməl edilmədiyindən tələbkarın müraciəti əsasında borclu şöbəyə dəvət edilmişdir, izahatında gələcəkdə borc məbləğindən hər ay 1500 manat ödəniş edə biləcəyini bildirmiş, xeyrinə olan məhkəmə qərarına əsasən ödənilməli olan 360000 manat alınan kimi ilk olaraq həmin borcu ödəyəcəyini bildirmiş, İkin yenədə tələbi təmin etməmişdir.Daha sonra xx.xx.2022-ci il tarixli borclu barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu barəsində tərtib olunmuş protokola baxılan zaman məhkəmə iclasında tərəflər razılıq əldə etmiş, məhkəmə prosesində borc məbləğindən 4000 manat ödəmiş, qalıq borcu isə günlük 100 manat olaraq ödəyəcəyini bildirmiş və Səbail Rayon məhkəməsinin 3(009)- 1259/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati protokola xitam verilmişdir. Bundan sonra tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək icra sənədi üzrə qalıq 14738 manat borcun olduğunu bildirərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail RPİ-nə göndərilmişdir. Bundan əlavə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmiş, Səbail rayon məhkəməsinin 8(009)-276/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərardad icra edilməsi üçün İcra Baş İdarəsinə göndərilmişdir. Borclunun axtarışı təmin edilərək xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil verilmiş və izahatı alınmışdır. Borclu izahatında borcu tam şəkildə ödəyə bilməyəcəyini, yanlız 1000-1500 manat ödəyə biləcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə qalıq 9938 manat borc mövcuddur. Nəticədə borclu Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, zərərçəkmiş şəxsə olan borcunu tam ödəmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, icra sənədi üzrə borclu Murad Alyar tərəfindən ona ödənilməli olan vəsait tam şəkildə ödənildiyindən borclu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6088/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs və Mehmet Doğandan 39863,75 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan tələbkar Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, icra sənədi üzrə borclu Murad Alyar tərəfindən ona ödənilməli olan vəsait tam şəkildə ödənildiyindən borclu barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə borcu tam ödəmişdir. Belə olan halda, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar