Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2173/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Səbail rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurovun iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində olmuş, subay, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Səbail rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında 12 oktyabr 2022-ci il tarixli, MN seriyalı, № ******* saylı protokola və ona əlavə olunmuş materiallara əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)-4525/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay üçün sabit pul məğləbində 160 manat aliment tutularaq Məmməd-zadə Ülviyyə Şirzad qızına ödənilməlidir. Şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 əlavə xərclərə görə hər 100 manat məbləğində pul alınaraq Məmməd-zadə Ülviyyə Şirzad qızına verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar etmək məqsədi ilə bir sıra sorğular edilmiş və borclu Şəxs mülkiyyətində “Mercedes E 240” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Sözügedən nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması məqsədi ilə xx.xx.2020-ci il tarixli borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 8(009)- 37/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən “Mercedes E 240” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Qərardad icra edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilmişdir. Lakin avtomobilin yeri müəyyən olunmadığından saxlanılaraq duracağa təhvil verilməmişdir. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən onun qeydiyyatda olduğu ünvan 2 ünvana tərəfimizdən baxış keçirilmiş, lakin borclunu sözügedən ünvanda tapmaq mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən borclu barəsində xx.xx.2022-ci il tarixli, 20329/2022 nömrəli axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclu şöbədə olarkən ondan izahatı alınmış, izahatında işləmədiyini və maddi vəziyyətinin çətin olduğunu bildirmiş və bu səbəbdən alimeti vaxtında ödəmədiyini qeyd etmişdir. Borclu xx.xx.2023-cü il tarixdə yaranmış borcdan 300 (üç) manat ödəniş etmişdir. Borclunun bugünə olan borcu 4640 (dörd min atı yüz qırx) manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam şəkildə təmin edilməsini tələb edir. Məhkəmə iclasında Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etdi, protokolu müdafiə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında bildirmişdir ki, aliment borcunu ödəməkdən boyun qaçırmır, sadəcə hal-hazırda işləyə bilmədiyi üçün aliment borcunu tam ödəyə bilməmişdir. 4640 manat borcundan hal-hazırda 2000 manat ödəmişdir, qalan borcu da qısa zamanda ödəməyə çalışacaqdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxsnın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2173/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2173/2023
12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver