Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2176/2025 26.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, barəsində tətbiq edilmiş 1500 manat cərimənin silinməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Təhqiqat komissiyası tərəfindən təhqiqat başa çatdıqdan sonra təhqiqat aktı rəhbərlik etdiyi quruma göndərilmiş və “İZ” formalı aktın imzalanması tələb edilmişdir. Lakin o, Təhqiqat komissiyasının araşdırması və qərarı ilə razı olmadığından həmin “İZ” aktını imzalamaqdan imtina etmişdir. Bundan başqa işəgötürən kimi onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən onun iştirakı təmin edilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, işə baxılmasının xx.xx.2025-ci il tarix saat 11:00-a təyin edilmiş olsa da həmin vaxt o məzuniyyətdə olduğundan iştirak edə bilməmiş (bu barədə elektron poçt vasitəsilə həmin quruma məlumat verilmişdir), buna baxmayaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan hallara əsaslanaraq şikayətçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi X4 şikayətini müdafiə edərək göstərdiyi xüsusatlar əsasında inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi növbəti məhkəmə iclaslarında iştirak etsə də şikayətçinin də məhkəmə iclasında iştirakının zəruri olduğunu xahiş edərək işin təxirə salınmasını xahiş etmiş, lakin sonrakı məhkəmə proseslərində hər iki tərəfin iştirakını eyni vaxtda təmin etmək mümkün olmamışdır. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinin adına ünvanlanmış müvafiq məktublar və icrası məcburi olan göstərişi təqdim etmişdir. Məhkəmə şikayətçinin məhkəmənin əvvəlki iclasında verdiyi izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli elektron inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi X4 bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra onun tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməmiş və ya aparılan araşdırma barədə müvafiq akt tərtib edilməkdən boyun qaçırılmışdır və bu səbəbdən İXM-in 555.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Təhqiqat aktının surətindən müəyyən edilir ki, xx.xx.2025xx.xx.2025-ci il tarixədək bədbəxt hadisənin təhqiqi aparılmış və Təhqiqat aktı tərtib edilmişdir. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “info” elektron poçtuna “İZ” formalı aktın hazırlanması üçün təhqiqat aktı göndərilmişdir. Sözügedən akt işəgötürən tərəfindən bir gün müdddətində tərtib edilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında işə baxılmasının xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin olunması barədə bildiriş göndərilmişdir. Protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən göndərilmiş bildirişlərdə şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Əks halda onun iştirakı olmadan İXM-in 555.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul ediləcəyi məktubda qeyd edilmişdir. X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Rauf Axundov tərəfindən xx.xx.2025-ci il tarixli 3-24-1/2-05-946/2025 nömrəli məktubla rəis Səbinə Hacıyevanın xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə növbəti əmək məzuniyyətində olduğu və buna görə də işə baxılmasının təxirə salınması xahiş edilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə qərar qəbul edilmişdir. Göründüyü kimi X1 Azərbaycan Respublikası İXM-in 555.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü bəndinə əsasən bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Azərbaycan Respublikası İXM-in 555.2-ci maddəsinə əsasən Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə–min beş yüz manatdan iki min iki yüz manatadək məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Şikayətçinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmək istəyir ki, işəgötürən təhqiqat aktı ilə razı olmadığını əsas gətirərək “İZ” formalı aktı tərtib etmədiyini göstərsə də həmin təhqiqat aktı müvafiq qaydada mübahisələndirilməmişdir. Belə ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarının 1.5-ci bəndində işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X5 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilmək imkanı nəzərdə tutulmuşdur. Lakin işəgötürən tərəfindən yalnız inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə təhqiqat aktında göstərilən xüsusatlarla razı olmadıqlarını bildirmişdir. Həmçinin, işəgötürən əmək məzuniyyətində olduğunu və bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraatda iştirak edə bilmədiyini əsas gətirməklə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-in 53-cü maddəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinin konkret əsasları göstərilmişdir. Belə ki, işəgötürənin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməməsi (halbuki səlahiyyətli orqan tərəfindən icraata cəlb edilmə ilə bağlı bildiriş göndərilmiş, lakin işəgötürənin hər hansı səlahiyyətli nümayəndəsi icraatda iştirak etmək üçün təhkim edilməmişdir) iş üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2176/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2176/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver