Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2177/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il təvəllüdlü, subay, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayonu, Aşağı Zeynəddin Ə/D, Tatlar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ünvanında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru X2 tərəfindən 13 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru X2 narkotiklərin əkini ilə bağlı ərazidə reyd keçirərkən sex kimi fəaliyyət göstərən yerə yaxınlaşdıqlarını və onların hansı fəaliyyətlə məşğul olmalarını öyrənmək məqsədilə onların müdiriyyətini çağırdıqlarını lakin qapıda duran şəxsin onları bir xeyli müddət qapıda gözlətdiklərini, daha sonra həmin şəxsin onlardan yayınaraq getmək istədiyini, daha sonra içəri girə bildiklərini və oranın reklam şirkəti kimi qeyri-qanuni fəaliyyət göstərdiyini, hüquqi ünvanlarının başqa bir yer olduğunu, onlara qarşı açıq hörmətsizlik edildiyini bildirərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında həmin sexdə adi işçi kimi işlədiyini, ona verilən tapşırıqları yerinə yetirdiyini, həmin əməli qəsdən törətmədiyini bildirərək əməlindən səmimi peşman olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında dünən Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsində reyd keçirən zaman ərazidə sex kimi fəaliyyət göstərən yerin hansı məqsədlə fəaliyyət göstərdiyini öyrənmək məqsədilə oraya yaxınlaşmış və orada həmin şəxslərin onlara tabesizlik göstərərək izahat vermədiklərini, onları həddindən artıq gözlətdiklərini, hüquqi ünvanının başqa yerdə qeydiyyatda olaraq qeyri-qanuni reklam şirkəti kimi fəaliyyət göstərdiklərini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsində ərazi üzrə reyd keçirən zaman həmin yerdə sex kimi fəaliyyət göstərən əraziyə yaxınlaşdıqlarını, orada Şəxs adlı şəxsin özünü təqdim etməkdən imtina edərək yayınmaq istədiyini, həmin yerin reklam şirkəti kimi qeyri-qanuni olaraq fəaliyət göstərdiyini və əslində hüquqi ünvanının başqa yerdə qeydiyyatda olduğunu, onlara tabesizlik göstərdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Həmin Qanunun 24-cü maddəsinə əsasən polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırmasına və yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada yol verilir: 1) hakimin qərarı olduqda; 2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə. İİ. Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda bu Qanunun 25-ci maddəsində müəyyən edilmiş qaydada daxil olur: 1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi; 2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi; 3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması; 4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması; 5) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi. İİİ. Məhkəmənin (hakimin) qərarı və ya bu maddənin İ və İİ hissələrində göstərilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır. V. Bu maddənin müddəaları fiziki və ya hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər obyektlərinə daxilolma hallarına da şamil edilir. Vİ. Mənzil toxunulmazlığı hüququnun qanunsuz məhdudlaşdırılmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır. Həmin Qanunun 25-ci maddəsinə əsasən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı: 1) Bu Qanunun 24-cü maddəsinin İ və İİ hissələrində göstərilmiş hallar və əsaslar olmadan yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə əsassız daxil olmamalıdır; 2) yaşayış yerinə daxil olmazdan əvvəl orada yaşayan və ya müvəqqəti qalan başqa şəxsə yaşayış yerinə daxilolmanın əsaslarını bildirməlidir; 3) yaşayış yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayan şəxsə onun hüquqlarını, həmin şəxs yaşayış yerinə daxil olmağa icazə vermədikdə isə onun qanuna zidd hərəkət etdiyini izah etməlidir; 4) yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma zamanı zəruri müdafiə və ya son zərurət halları istisna olmaqla, təhlükəsiz üsul və vasitələrdən istifadə etməli, yaşayış yerində olan şəxslərin şərəf və ləyaqətinə, həyatı və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, zərurət olmadan zərər vurulmasına yol verməməlidir; 5) yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma faktını Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada təxirəsalınmadan protokollaşdırmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir; 7) yaşayış yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayanların şəxsi və ailə həyatının ona məlum olmuş hallarını açıqlamamalıdır. İİ. Polis əməkdaşı mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, ərazidə pasport-qeydiyyat rejiminin yoxlanılması məqsədilə qeyri-yaşayış sahəsinə daxil olma ilə bağlı polis əməkdaşlarının tələbləri qanuni deyil. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru X2 tərəfindən 13 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2177/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2177/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver