Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2179/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X2 iştirakları ilə, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 227-ci maddələrinə əsasən Şəxs oğlu barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Səbail rayonu Fəvvarələr Meydanında 27 noyabr 2023-cü il tarixdə X3 məxsus 500 manat dəyərində mobil telefon uğurlayıb, bundan başqa 23 sentyabr 2024-cü il tarixdə saat 23:10-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, onları təhqir edərək ictimai qaydanı pozub. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs oğlu barəsində tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokol üzrə, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 24 sentyabr 2024cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu, əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis nəfəri X4 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə saat 23:00 radələrində, inzibati ərazidə xidmətdə olduğları zaman bir nəfər şəxsin küçədə nalayiq küçə ifadələri işlətdiyini görmüşlər, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətiridiklərini və Polis Bölməsində olan zaman həmin şəxsin xx xxxxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şəxs olduğu məlum olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsindən göründüyü kimi Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 227-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs oğlunun xırda talama və xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şəxs oğlunun əməlindən səmimi peşman olması onun vəziyyətini yüngülləşdirən hal kimi, sərxoş halda törətməsi isə onun vəziyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 227-ci maddələrinin tərkibi var və ona inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri təyin olunmalıdır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs oğlunu 23 sentyabr 2024-cü il tarixdə, saat 23:10-da tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə uyğun olaraq inzibati qaydada tutma inzibati həbs müddətinə daxil edildiyindən inzibati qaydada həbs etmənin əvvəli 23 sentyabr 2024-cü il tarix saat 23:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddəsi ilə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 23 sentyabr 2024-cü il tarix saat 23:10-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X5 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2179/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2179/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver