Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-218/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “Geely Emgrand” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 3(009)-1071/2021 saylı qərarı ilə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 347ci maddəsinin tərkibi olduğuna görə 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Şəxs MMC tərəfindən apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 14.01.2022-ci il tarixli, 3(103)-25/2022 saylı qərarı ilə şikayət qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh edilməsinə dair 01 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Səbail RPİ-nin DYPŞ tərəfindən verilən sorğu MMC-yə daxil olmamış və onlar tərəfindən qəbul edilməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib Səbail RPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs balansında olan “GEELY EMGRAND” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında 23.02.2021-ci il tarixli elektron protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 X1 Sistemindən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin icraatına daxil olmuşdur. Həmin elektron protokolun icrası ilə əlaqədar, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən, həmin nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində sorğunun alındığı vaxtdan 5 gün müddətində Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin X5 Şöbəsinə məlumat verilməsi xahiş olunmuş, habelə məlumatın verilmədiyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında 28 aprel 2021-ci il tarixdə tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu tərəfindən daxil olduğu vaxtdan 5 gün müddətinə verməmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Şəxsnə ünvanlanmış bildiriş 04 mart 2021-ci il tarixdə (İsmayılov) imzalanmaqla qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 346.3-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin avtomobilin sürücüsü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ tərəfindən Şəxs MMC-yə (ünvan 1 ünvanına) sorğu göndərilmiş və həmin sorğu 04 mart 2021-ci il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Səbail RPİ-nə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə iclasının vaxtı barədə Şəxs MMC-yə göndərilmiş məhkəmə bildirişi də Səbail RPİ-nin DYPŞ-nin sorğusunun ünvanlandığı Bakı şəhəri, Səbail rayonu, Nizami ev 92 ünvanına göndərilmiş və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Səbail Rayon Məhkəməsinin 3(009)-1071/2021 saylı, 01 iyun 2021-ci il tarixli icra sənədi əsasında 13.07.2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, icra sənədində qeyd olunan tələb Şəxs MMC tərəfindən tam şəkildə təmin olunduğundan 02.08.2021-ci il tarixli icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı müdafiə xarakteri daşıdığından əsassız sayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-218/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-218/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver