Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2180/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X5, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 39 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 2 mənzil 5 ünvanında yaşayan vətəndaş X4 Bakı şəhəri Səbail RPİ-yə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində 2003-cü il təvəllüdlü bacısı X3 atası Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Ərizə əsasında Səbail RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elnur Həsənov tərəfindən araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXMnin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Səbail RPİ-nin PB-nə həvalə edilmişdir. Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X9 xx.xx.2020-ci il tarixli, MN ******* №-li X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru X9 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində qızı 2003-cü il təvəllüdlü X6 döymüş, bu xüsusat müvafiq ekspert rəyi ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq X1 barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 qanuni nümayəndəsi X2 iştirakı ilə verdiyi izahatında bildirmişdir ki, Şəxs onun atasıdır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Lakin atası Rüfət ilə anası Lalə arasında ailə daxili olan münasibətlər pisləşdiyi üçün 2016-cı ilin sentyabr ayında rəsmi olaraq məhkəmə qaydasında aralarında olan nikahları pozulmuşdur. Buna baxmayaraq onlar arasında mübahisələr davam etmiş və hətta məhkəmə proseslərin birində qardaşı Məmmədağa, atası Rüfət tərəfindən döyülərək bədən xəsarət almışdır. Bununla bağlı müvafiq olaraq polis və prokurorluq orqanlarında araşdırmalar aparılmışdır. Heç bir səbəb olmadan atası Rüfət müxtəlif bəhanələr gətirərək mübahisələr yaradır. Valideynləri arasında olan nikah 2016-cı il tarixdə rəsmi qaydada pozduqdan sonra onların əvəllər yaşadıqları ünvan 4 H saylı ünvanda yaşamaq hüquqi barədə məhmkəmə qətnaməsi qəbul edilmişdir. Onlar daimi olaraq orada yaşamasalar da, lakin mütəmadi olaraq həmin mənzildən istifadə etmişlər. Atası isə onların oraya getmələrini məhdudlaşdırmaq məqsədi ilə qapının kilidlərini dəyişdirmiş və bununla çətinlik yaratmışdr. Belə ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 12:00 radələrində qardaşı Məmmədağa ilə birlikdə məktəb ləvazimatlarını qoymaq üçün həmin evə getmişlər. Qardaşı ehtiyat etdiyi üçün küçədə onu gözləmiş, o, isə həyətə daxil olub məktəb ləvazimatlarını qoymaq istəmişdir. Bu zaman atası onun oraya gəlməyinə etiraz edib, həmin evdən anbar kimi istifadə etmələrini, bir daha bura gəlməmələrini tələb edib onun ünvanına nəlayiq sözlər işlətməyə başlamışdır. O, isə ona öz etirazını bildirdikdə atası onun boğaz nahiyəsindən tutub divara sıxıb vurmuş, həmçinin üzünə tüpürüb onu sillə və təpiklərlə döyməyə başlamışdır. Onun ucadan nəlayiq sözlərini eşidən küçədə gözləyən qardaşı Məmmədağa həyətə daxil olub müdaxilə etmək istədikdə, atası Rüfət onu da döyməklə hədələyib nəlayiq sözlərlə təhqir etmişdir. Atasının bu hərəkətlərindən qorxan qardaşı Məmmədağa daha yaxın durmayıb həyətdən çıxmışdır. Qardaşı həyətdən çıxdıqdan sonra isə o, da atasının əlindən küçəyə çıxmış və oradan uzaqlaşmağa başlamışlar. Buna baxmayaraq atası Rüfət onların arxasınca çıxıb onları hədələyib, ünvanlarına nəlayiq sözlər işlətmişdir. Daha sonra onlar oradan uzaqlaşıb və baş vermiş hadisə ilə bağlı şikayət etmək qərarına gəlmişlər. Eləcə də F.Səidova bildirmişdir ki, mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, hadisə onlara məxsus ünvan 5 “H" saylı ünvanın həyətində baş vermişdir. Hadisə zamanı həyətdə o və atası Rüfət olmuşdur. Daha sonra isə qardaşı Məmmədağa yaxınlaşmış, atası isə onu döyməklə hədələdikdə qardaşı qorxub həyətdən çıxmışdır. Mübahisə zamanı atası yalnız onu döymüş, qardaşı Məmmədağanı döyməmişdir. Mübahisə zamanı atası onu sillə, təpiklə vurması və boğazından tutub sıxması nəticəsində boyun nahiyəsindən, sol ayağından və bədənin müxtəlif yerlərindən xəsarətlər almışdır. Göstərilənləri nəzərə alaraq, atası Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, o, X7 ilə 2001-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından bir oğlan və bir qız övladı anadan olmuşdur. Lalə ilə ilk zamanlar münasibətləri yaxşı olsa da, sonradan ailə daxili münaqişlər yaranmış və nəticədə ayrılmağa qərar vermişlər. Belə ki, 2016-cı ilin sentyabr ayında Lalə ilə onun arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Lakin buna baxmayaraq Lalə xoşagəlməz hərəkətlərinə davam etmiş, övladlarını ona qarşı pis niyyətlə yönəltmişdir. 2017-ci ilin sentyabr ayında uşaqlarına və onların anasına məhkəmə qaydasında onun özünün və ailə qurduğu şəxsin hal-hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, İlqar Ağayev küçəsi, 3 “H” saylı ünvanda yerləşən mənzildə yaşamaq hüququ verilmişdir. Həmin müddətdən sonra onlar orada yaşamamış, nadir hallarda gəlmişlər. Lalə ayrıldıqdan sonra ailə həyatı qurmuşdur. O, da hal-hazırda ailə həyatı qurmaq qərarına gəlmiş və uşaqların həmin ünvana gəlməsinin gələcəkdə xoşagəlməz təəsürat bagışlamaması üçün hüquq müstəvisində bu məsələnin həll olunmasına qərar vermişdir. Bundan xəbər tutan Lalə yenidən övladlarını ona qarşı təsiredici hərəkətlərlə yönəltməyə başlamışdır. Belə ki, xx.xx.2020-ci tarixdə, saat 12:00 radələrində qızı Fidan yaşadığı İlqar Ağayev küçəsi 3 "H" saylı ünvana əşyalarını qoymağa gəlmişdir. O, bunu görüb qızı Fidana əşyalarını evə qoymaq üçün köməklik etmişdir. O, əşyaları evə qoyan zaman söhbət əsnasında qızı Fidana ailə həyatı qurmaq istədiyini və bu səbəbdən onların buraya gəlməsinin hüquq müstəvisində həll olunmalı olduğunu və bu barədə anası Laləyə məlumat verməsini izah etmək istəmişdir. Bu zaman oğlu Məmmədağanı həyətin giriş qapısının qarşısında görüb içəri dəvət etmişdir. Məmmədağa isə bir qədər qarşıya gəlib sonra nədənsə çönüb getmişdir. Daha sonra qızı Fidanla söhbət etmiş və Fidan da çıxıb getmişdir. Daha sonra ona məlum olmuşdur ki, onun barəsində qızı polis orqanın şikayət etmişdir. O da polis orqanına dəvət edilmiş və öz növbəsində gedib izahat verərək həmin vaxt qızı Fidanı vurmadığını və döymədiyini, yalnız qızı ilə aralarında söz mübahisəsi olduğunu bildirmişdir. Hazırda bir daha qeyd edir ki, həmin vaxt qızı Fidanı vurmamış, döyməmiş, aralarında söz mübahisəsi olmuşdur. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, Şəxs onun atasıdır. Onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Lakin atası Rüfət ilə anası Lalə arasında ailədaxili münasibətlər pisləşdiyi üçün 2016-cı ilin sentyabr ayında anası Lalə ilə atası Rüfət rəsmi olaraq məhkəmə qaydasında ayrılmışlar. Buna baxmayaraq onlar arasında məhkəmə mübahisələri davam etmiş və hətta məhkəmə proseslərin birində atası Rüfət tərəfindən döyülərək bədən xəsarət almışdır. Bununla bağlı müvafiq olaraq polis və prokurorluq orqanlarında araşdırmalar aparılmışdır. Lakin atası Rüfət tərəfindən o və ailə üzvləri təzyiqələrə məruz qalmaqda davam etmişdir. Belə ki, onlar 2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İlqar Ağayev küçəsi, 3 "H” saylı ünvanda yaşamaq hüququ barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Onlar daimi olaraq orada yaşamasalar da, mütəmadi olaraq həmin mənzildən istifadə etmişlər. Atası isə onların oraya getməklərini məhdudlaşdırmaq məqsədi ilə qapının kilidlərini dəyişdirmiş və bununla da, onlara çətinlik yaratmışdr. Belə ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində bacısı Fidan ilə birlikdə məktəb ləvazimatlarını qoymaq üçün həmin evə getmişlər. O, ehtiyat etdiyi üçün küçədə gözləmiş, bacısı Fidan isə məktəb ləvazimatlarını qoymaq üçün həyətə daxil olmuşdur. Bacısı həyətə daxil olduqdan bir neçə dəqiqə sonra həyətdə ucadan atasının nəlayiq sözlərini eşitmiş və orada mübahisə baş verməsini bilib o, da həyətə daxil olmuşdur. Həyətə daxil olduqda atası Rüfətin bacısı Fidanın boğaz nahiyəsindən sıxdığını və bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə vuraraq onu döydüyünü görmüşdür. O, yaxınlaşıb etmiş olduğu hərəkətlərin qarşısını almaq istədikdə atası Rüfət onu hədələyib onu da döyəcəyini bildirmişdir. O, atasının hərəkətlərindən qorxduğu üçün çölə çıxmışdır. O, həyətdən çıxdıqdan bir qədər sonra isə bacısı Fidan da, onun əlindən çıxaraq çölə çıxmışdır. Lakin atası Rüfət bununla sakitləşməmiş, bacısının arxasınca küçəyə çıxıb ədəbsiz və nəlayiq sözlərlə onları təhqir edərək hədələmişdir. O və bacısı Fidan isə oradan çıxıb getmişlər və oradan uzaqlaşdıqdan sonra baş vermiş hadisə ilə bağlı şikayət etmək qərarına gəlmişlər. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 471 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyunun yuxarı 1/3-nin sağ yan səthinin və sol balıdırın orta 1/3-nin bayır səthinin qansırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə boyun nahiyəsinin əli ilə sıxılması, eləcə də sol baldıra təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan X3 portaldan çıxarışından görünür ki, o, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatdadır. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını, o cümlədən ekspert rəyini araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı zərərçəkmiş şəxsin, eləcə də şahidin ifadələri, iş materialları, o cümlədən ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində 2003-cü il təvəllüdlü qızı X6 döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı yetkinlik yaşına çatmayana qarşı törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin - 15 (on beş) gün müddətinə - tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 17:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 17:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2180/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2180/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver