Məhkəmə qərarları › İş №3(009)-2180/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2180/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2180/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialı barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-02546/24 saylı 18 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsindən daxil olmuş 3-33-1100/013/007931 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən 03 aprel 2024-cü il tarixdə BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə, AZ1096, X7 Rayonu, X9„ ev 92, mənzil 23 ünvanında qeydiyyatda olan "X5 X2 Sirketi" nin Azərbaycan Respublikasindaki Filialının (VÖEN**********) ünvanına saxlanc gömrük proseduru ilə rəsmiləşdirilən yüklərin düzgün bəyan olunmaması və saxlanc anbarında olmaması barədə daxil olmuş məlumata əsasən Xarici Ticarət iştirakçısının Nizami rayonu, Sirin Mirzəvev 89 ünvanında olan anbarına baxış keçirilmiş və baxış zamanı hüquqi şəxs tərəfindən gömrük orqanına təqdim olunmuş **********5518 sorğu nömrəli, 09 oktyabr 2023-cü il tarixli gömrük bəyannaməsinin və 27 sentyabr 2023-cü il tarixli 1HR**********002 nömrəli invoysun 4-cü mal mövqeyi üzrə 100 ədəd “Bioenerqy Çay ağacı Saç Bakım yağı 50 ml”- yükünün saxlanc anbarında olmadığı və həmin invoysun 5-ci mal mövqeyi üzrə "Proplex qoo Jelibon C vitamini Yumuşak şeker 60 ad”-100 ədəd, 6-cı mal mövqeyi üzrə “Proplex qoo X8 Yumusak seker” 100 ədəd, 7-ci mal mövqeyi üzrə isə “Proplex qoo Jelibon güclü saçlar Yumuşak şeker 60 ad”-100 ədəd bəyan olunduğu təqdirdə 5-ci mal mövqeyi üzrə "Phoenix qoo Jelibon C vitamini Yumusak seker 60 ad”-100 ədəd, 6-cı mal mövqeyi üzrə “Phoenix qoo X8 Yumusak şeker”-100 ədəd, 7-ci mal mövqeyi üzrə isə “Phoenix qoo Jelibon güçlü saçlar Yumusak seker 60 ad’’- 100 ədəd yükləri aşkar edilmişdir. Qeyd olunan faktla bağlı, 06 may 2024-cü il tarixdə “Bakı Bas Gömrük idarəsi, Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat şöbəsinin bas əməliyyat müvəkkili X1 izahatı alınmış və o izahatında aşağıdakıları bildirmişdir. "X4 X2 Sirketi"nin Azərbaycan Respublikasindaki Filialinın (VÖEN**********) ünvanına **********5518 sorğu nömrəli, 09 oktyabr 2023-cü il tarixli gömrük bəyannaməsi ilə saxlanc gömrük prosedurunda gömrük orqanına bəyan edilən mallara baxış keçirilən zaman 27 sentyabr 2023-cü il tarixli İHR**********602 nömrəli invovsun 4-cü mal mövqeyi üzrə 100 ədəd “Bioenerqy Çav ağacı Saç Bakım yağı 50 ml”- yükünün saxlanc anbarında olmadığı və həmin invovsun 5-ci mal mövqeyi üzrə “Proplex qoo Jelibon C vitamini Yumusak seker 60 ad”-100 ədəd, 6-cı mal mövqeyi üzrə “Proplex qoo X8 Yumusak seker” 100 ədəd, 7-ci mal mövqeyi üzrə isə “Proplex qoo Jelibon güclü saçlar Yumusak seker 60 ad”-100 ədəd bəyan olunduğu təqdirdə 5-ci mal mövqeyi üzrə “Phoenix qoo Jelibon C vitamini Yumuşak seker 60 ad"- 100 ədəd, 6-cı mal mövqeyi üzrə “Phoenix qoo X8 Yumusak seker”-100 ədəd, 7-ci mal mövqeyi üzrə isə Proplex qoo Jelibon güclü saçlar Yumuşak şeker 60 ad”- 100 ədəd yükləri aşkar edilmişdir. Nəticədə “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi və “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının nümayəndələrinin iştirakları olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərekspertiza Birliyinin 147 saylı 16 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda qida əlavələrinin ümumilikdə 04 mart 2024-cü il tarixdə orta bazar qiyməti təxminən 8495.00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş malların tərkiblərində narkotik, psixotrop, prekursor, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, bu məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, "X5 X2 Sirketi" nin Azərbaycan Respublikasindaki Filialının (VÖEN**********) ünvanına saxlanc gömrük proseduru ilə rəsmiləşdirilən yüklərin düzgün bəyan olunmadığı və saxlanc anbarında olmadığından, “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkibi var və ona bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin, yəni 8495 manat məbləğində pul vəsaitinin otuz faizi məbləğində, yəni 2548 (iki min beş yüz qırx səkkiz manat) 50 (əlli) qəpik AZN məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən aparılmış ekspertiza tədqiqatının dəyəri X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialından tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “X4 X2 Şirkəti»nin Azərbaycan Respublikasındaki Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkibi var və ona bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin, yəni 8495.00. manat məbləğində pul vəsaitinin otuz faizi məbləğində, yəni 2548 (iki min beş yüz qırx səkkiz manat) 50 (əlli) qəpik AZN məbləğində cərimə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 131 (yüz otuz bir) manat “X4 X2 Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialından tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar