Məhkəmə qərarları › İş №3(009)-2183/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2183/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2183/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1982-ci ildə Füzuli rayonunda anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN№00494691 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 01:10 radələrində Səbail rayonu, S.Rüstəmov küçəsində komendant rejimini pozmuşdur. Bununla əlaqədar Şəxs polis bölməsinə gətirilən zaman nəlayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabeçilik göstərməmişdir. Bununla əlaqədar Səbail rayon Pİ-nin 9-cu PB-nin sahə rəisi A.Cəfərov tərəfindən Şəxs barəsində AR İXM-nın 510, 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutumuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510, 517-2.1 və 535.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq, şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 510, 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPX-nin polis nəfəri X1 öz ifadəsində göstərmişdir ki, ərazidə xidmət apararkən “Axundov” parkının yanında S.Rüstəmov küçəsində komendant rejimini pozduğuna görə Şəxs və onunla birlikdə birgə iki şəxsi saxlamışlar. Həmin vaxtı Şəxs onların qanuni tələblərinə tabe olmayaraq onları təhqir etmiş və polis bölməsinə gəlməkdən imtina etmişdir. Həmin şəxslər polis bölməsinə gətirilmiş və müvafiq raport tərtib edilmişdir. İş üzrə Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş MN0494691 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs AR İXM-nın 510, 517-2.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi faktı tam təsdiq olunur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510, 517-2.1 və 535.1- maddəslərinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Ş.İbrahimov eyni vaxtda üç inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsindən göründüyü kimi həmin maddənin sanksiyasında xəbərdarlıq və ya 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510.1, 517-2.1 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni ölkədə hərbi vəziyyətin elan edilməsi və həmin vəziyyətlə əlaqədar komendant saatının tətbiq edilməsini, lakin buna baxmayaraq Şəxs həmin qaydaların tələblərinə riayət etməyərək komendant saatlarında yaşadığı yeri tərk edərək tətbiq edilmiş rejimin tələblərinə riayət etməməsini, eyni zamanda öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla, onları təhqir edib xırda xuliqanlıq etməsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni AR İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1, 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar