Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2183/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə və şirkətin nümayəndəsi və vəkili Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 oktyabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 22161,61 ABŞ dolları məbləğində olan vəsaiti 27 sentyabr 2021-ci il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 22161,61 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 28 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, Mərkəzi Bankının 10 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən "xxxx" MMC 22161,61 İngilis funt sterlinqi məbləğində vəsaiti 27 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 22161,61 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Bildirir ki, Mərkəzi Bankının EPN ******* saylı, 10 oktyabr 2023-cü il tarixli protokolu əsassız və qanunsuzdur. Belə ki, işin hallarına obyektiv yanaşılmamış, beynəlxalq ticarət sövdələşmələrinin təcrübələrini nəzərə alınmadan protokol tərtib edilmişdir. İddiaçı Mərkəzi Bankının 22161,61 funt sterlinqin xaricə köçürməsi və 2 il müddət keçsə də malların Azərbaycan Respublikasına idxal edilməməsi və ya valyutanın geri qaytarılmamasını səbəb göstərməklə Mərkəzi Bankının EPN ******* saylı, 10 oktyabr 2023-cü il tarixli protokol tərtib etmişdir. Cavabdeh "xxxx" MMC (bundan sonra "PDL") ilə Azərbaycan Beynəlxalq Əməliyyat Company (bundan sonra "BP") arasında 15 aprel 2020-ci il tarixli CW160796 saylı Təchizat Müqaviləsi imzalanmışdır. X1 Çatdırılmasına dair maddəsinə (Maddə 7.1.1) əsasən çatdırılma şərtləri həmin müqaviləyə əlavələrlə (Section 1, Framwork A) müəyyən edilir. Sözügedən əlavədə Sifarişçinin Mal sifarişini Alış Sifarişi vasitəsilə İcraçıya həvalə etməsi aydın şəkildə qeyd edilmişdir. Belə ki, BP ilə PDL arasındakı ********** saylı Alış Sifarişində çatdırılma şərti olaraq FCA Singapore (İncoterms) (FCA (FREE CARRİER) - satıcının ölkəsində təyin olunmuş yerdə təhvili nəzərdə tutur) olaraq müəyyən edilmişdir. Bununla Mal BP-yə Sinqapurda təhvil verilməsi müəyyən edilmişdir. PDL ilə PO21-********** saylı Alış Sifarişi üzrə Marking Services İnc.(8) Pts Ltd, yəni təchizatçı şirkəti arasındakı Alış Sifarişində də Malın BP üçün sifariş verilməsi, Alıcının BP olması dəqiq şəkildə əks edilmişdir. Bununla, BP həmin malı FCA Singapore şərtinə əsasən Sinqapurda təhvil almış və Azərbaycan Respublikası gömrüyündə öz adına rəsmiləşdirməklə idxal etmişdir. X2 üzrə yükün gömrük bəyannaməsində BP-nin Malı öz adına 140 kodu ilə rəsmiləşdirməsi ilk baxışdan çaşqınlıq yaratsa da, həmin malı müşayət edən Trans-Global şirkətinin 17 iyul 2021-ci il tarixli TGP-BCT-02073 nömrəli Çatdırılma Təsdiqi sənədi və Çatdırılma təsdiqi siyahısına əsasən X2 üzrə malın Azərbaycan Respublikası ərazisində yerləşən BP-nin bazası olan Bosh Shelf-ə təhvil verildiyi əyani şəkildə əksini tapır. Bununla da, BP ilə PDL arasındakı qeyd edilən Alış Sifarişi üzrə malın müvafiq qaydada Azərbaycan Respublikasına idxal olunmasını əsas tutaraq İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə Mərkəzi Bank tərəfindən tərtib edilmiş protokol əsassızdır. Beləliklə, yuxarıda adı çəkilən və məhkəməyə təqdim edilmiş bütün sənədlərdə BP ilə PDL arasındakı ********** saylı Alış Sifarişi üzrə malın ardıcıl şəkildə Azərbaycan Respublikasına idxal olunması tam əksini tapır. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, hüquqi şəxs xarici şirkətlə müqavilə bağlamış, müqavilədə ödəniş forması sonradan ödəniş olaraq qeyd olunmuşdur. Belə ki, mallar ölkəyə idxal olunduqdan sonra ödəniş olunmuşdur. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə mallar ölkəyə idxal edilmiş, 27 sentyabr 2023-cü il tarixdə ödəniş edilmişdir. Hesab edir ki, hüquqi şəxsin burada təqsiri yoxdur. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hesab edir ki, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, şirkətin təqdim etdiyi **********3101 nömrəli, xx.xx.2021-ci il tarixli görük bəyannaməsi idxalı təsdiq etmir. Çünki bəyannamədə idxalatçı şirkət kimi Şəxs MMC göstərilməmişdir. Belə ki, Şəxs MMC ölkədən xaricə pul köçürdərkən öhdəlik götürmüşdür ki, malları ölkəyə idxal etməlidir. Təqdim olunan gömrük bəyanaməsində isə idxalatçı şirkət qismində “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi göstərilmişdir. Şəxs MMC həmin malı “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nə satmışdır. Bu, gömrük bəyanaməsinin 9-cu qrafasında öz əksini tapmışdır. Belə ki, nə malların idxal edilməsi ilə bağlı gömrük bəyannaməsi, nə də ki ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə bankdan çıxarış olmadığına görə protokol üzrə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Belə ki, iş materiallarında olan ödəniş tapşırığına əsasən Şəxs MMC-nin hesabından “X5 X4” şirkətinin bank hesabına 22161,61 ABŞ dolları məbləğində ödəniş edilmişdir. "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 29 sentyabr 2023-cü il tarixli məktubundan və ona əlavədən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə avans ödəniş aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 22161,61 ABŞ dolları məbləğində olan vəsaiti 27 sentyabr 2021-ci il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 22161,61 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 22161,61 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, 4432,32 (dörd min dörd yüz otuz iki Avro, otuz iki sent) ABŞ dolları, yəni – 7535 (yeddi min beş yüz otuz beş) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2183/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2183/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver