Məhkəmə qərarları › İş №3(009)-2183/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2183/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2183/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə3 və «İçərişəhər» Muzey Mərkəzinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş «İçərişəhər» Muzey Mərkəzinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: 01 sentyabr 2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin ünvan 1 ünvanında yerləşən VÖEN ********** olan «İçərişəhər» Muzey Mərkəzi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilən 26 avqust 2025-ci il tarixli MN2340773 nömrəli protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Protokolda qeyd edilmişdir ki, vətəndaş X3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlər iş günü hesab olunmayan bayram günün qabağı iş günü olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsi pozularaq qısaldılmanın edilməyi və həmin saatlar üzrə əlavə əmək haqqının hesablanaraq ödənilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsasən müvafiq qaydada verilmiş 14 fevral 2025-ci il tarixli icrası məcburi göstəriş məktubu yerinə yetirilməmişdir. «İçərişəhər» Muzey Mərkəzinin nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində 13 dekabr 2024-cü il tarixində Müfəttişlik tərəfindən xx.xx.2024-xx.xx.2025-ci il tarixləri aralığında “İçərişəhər” Muzey Mərkəzinin direktoru olmuş X10 barəsində İXM-in 192.4-cü maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edildiyini, bu protokolda T. Rəcəbovanın xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iş gününün iş saatı normasının qısaldılmaması və həmin qısaldılmayan saatlar üçün əlavə əməkhaqqının ödənilməməsilə “İçərişəhər” Muzey Mərkəzinin direktoru X10 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibatı xətanın törədildiyi qeyd olunduğunu, lakin sonradan, 13 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərarla həmin inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsinə (Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə) əsasən xitam verildiyini, daha sonra eyni məsələyə görə, iş gününün qısaldılması tətbiq edilmədiyi iddia edilən 27 may 2024-cü il və 25 iyun 2024-cü il tarixlərində “İçərişəhər” Muzey Mərkəzinin direktoru olmuş X6 barəsində 28 yanvar 2025ci il tarixində İXM-in 192.4-cü maddəsi ilə yeni MN ******* nömrəli inzibatı protokol tərtib edildiyini, həmin protokolda, T.Rəcəbovanın xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iş günunun iş saatı normasının qısaldılmaması və həmin qısaldılmayan saatlar üçün əlavə əmək haqqının ödənilməməsilə, həmçinin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərındə əmək məzuniyyəti hüququndan istifadə etdiyi halda məzuniyyət haqlarının gecikdirilərək ödənilməsi ilə İXM-ın 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyin, daha sonra Müfəttişlik “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 14 fevral 2025-ci il tarixli 3-17-5/2-1382/2025 nömrəli məktub göndərmiş və T.Rəcəbovanın əlavə əmək haqqının 30 gün ərzində ödənilməsini tələb edildiyini, 15 iyul 2025-ci il tarixində Müfəttişlik tərəfindən “İçərişəhər” Muzey Mərkəzinin sabiq direktoru X6 barəsində 28 yanvar 2025-ci il tarixində İXM-ın 192.4-cü maddəsi ilə üzrə tərtib edilmiş MN ******* nömrəli inzibati protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında MN ******* nömrəli qərar qəbul edildiyini, icraata xitam verilməsinə əsas kimi İXM-ın 53.1.6-cı maddəsi göstərilmişdir, yəni inzibati xəta işi üzrə nəzərdə tutulan müddətin (müvafiq xətanın aşkar edilməsindən müəyyən edilən qanuni müddətin) bitməsi səbəbilə inzibatı məsuliyyətdən azad etmə tətbiq olunmuşdur. 22 iyul 2025-ci il tarixində Müfəttişlik “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 3-17-5/2-64981/2025 nömrəli növbəti məktubu göndərildiyini, lakin X4 “İçərişəhər” Muzey Mərkəzinin direktoru vəzifəsini icra etmədiyini, həmin məktubda vətəndaş X2 “İçərişəhər" Muzey Mərkəzində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır və inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyi üçün X10 xx.xx.2025-ci il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 5 saylı Bakı DOST mərkəzinə dəvət olunmasının qeyd olunduğunu, tərəflərindən bir neçə dəfə işçiyə mükafatlar verildiyi, İXM-in 101.1-ci və 101.2-ci maddələrinə görə, inzibati xətanın aşkar edildiyi andan dərhal sonra, zəruri hallarda isə ən geci iki gün ərzində inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu, halbuki, Müfəttişlik 14 fevral 2025-cı ıl tarixli 3-17-5/2-1382/2025 nömrəli məktubunda “İçərişəhər” Muzey Mərkəzinə 30 günlük icra müddəti təyin etdiyindən, pozuntu halının aşkar olunması üçün son tarix kimi ən geci 14 mart 2025-ci il nəzərə alınmalı idi. Çünki məktubun tələbinin icrası üçün müəyyən edilmiş 30 günlük müddət həmin tarixdə başa çatırdı və 14 mart 2025-ci ilədək göstəriş yerinə yetirilmədiyi halda pozuntu faktı artıq aşkar edilmiş sayılmalı idi. Buna baxmayaraq, inzibati protokol göstərilən müddətin bitməsindən dərhal sonra və ya iki gün ərzində deyil, təxminən beş ay keçdikdən sonra yalnız 26 avqust 2025-ci il tarixində tərtib olunduğunu, beləliklə, prosessual normalar kobud şəkildə pozulduğunu, digər tərəfdən Müfəttişlik “İçərişəhər” Muzey Mərkəzinin sabiq direktoru X8 barəsində 28 yanvar 2025-cı il tarixində İXM-in 192.4-cü maddəsi ilə üzrə tərtib etdiyi MN ******* nömrəli inzibati protokol əsasında başlanılmış inzibatı xəta haqqında iş üzrə icraatı vaxtında icra etməyərək 4 ay sonra işə xitam verilməsi haqqında MN ******* nömrəli qərar qəbul edildiyini, həmçinin X10 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata da 13 yanvar 2025-ci il tarixli MN ******* nömrəli qərarla xitam verildiyini, belə ki, məhz T.Rəcəbovaya əlavə əmək haqqının ödənılməməsi ödənişin edilməsi göstərişi barədə 14 fevral 2025-ci il tarixli 3-17-5/2-1382/2025 nömrəli məktubun göndərilməsinə səbəb olmuşdur. Müfəttişlik isə vəzifəli şəxslər barəsində iş üzrə icraata xitam verməsinə baxmayaraq, “İçərişəhər” Muzey Mərkəzi barəsində 26 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokolu tərtib edildiyini, əlavə olaraq, 22 iyul 2025-ci il tarixli 3- 17-5/2-64981/2025 nömrəli məktub X4 yaşayış ünvanına göndərilməklə barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştiraka dəvət edildiyini, lakin həmin məktubda T.Rəcəbovanın hansı tarixli müraciətinə baxıldığı, habelə hansı əməlində hansı inzibati xəta tərkibinin əlamətləri olduğu qeyd olunmadığını, müqayisə üçün qeyd edək ki, Müfəttişliyin bu tipli məktublarında qeyd olunan məlumatlar əks etdirilir və sübut olaraq, ‘'İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ünvanlanmış bir məktub məhkəməyə təqdim edilir. Müfəttişlik qərəzli şəkildə hər hansı məlumat vermədən, protokol tərtib etmək müddətini xeyli ötürməklə 26 avqust 2025-ci il tarixli MN ******* nömrəli "inzibati xəta haqqında" protokolu tərtib etmişdir. Göründüyü kimi İXM-in 101-ci maddəsində təsbit edilmiş prosessual müddət kobud şəkildə pozulmuşdur, inzibati icraat zamanı müddətlərin bu cür ötürülməsi, xüsusən də protokolun tərtibi mərhələsində baş verdikdə, həmin iş üzrə qəbul ediləcək qərarın hüquqiliyini şübhə altına alır. Belə bir ciddi prosessual pozuntu şəraitində tərtib edilmiş protokol əsasında “İçərişəhər” Muzey Mərkəzinə inzibati cərimə tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, qanunun tələb etdiyi müddətlər ötürüldükdən sonra tərtib olunmuş protokol hüquqi qüvvəyə malik sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən İXM-in 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı müəyyən edilməlidir. Bunun üçün də inzibati xəta ictimai münasibətlərə qəsd edən əməl olmalıdır. Hazırkı halda Tünzalə Rəcəbovanın əmək müqaviləsinin 4.1-ci maddəsinə əsasən, 2024-cü ilin may ayında onun yalnız vəzifə maaşından ibarət olmaqla 538 manat olmuşdur və həmin ayın ış vaxtının istifadəsinin uçotu cədvəlinə əsasən 147 saat ış vaxtı üçün 1 saata düşən əmək haqqı 3 manat 66 qəpik olmuşdur. 2024-cü ilin iyun ayında isə məzuniyyətdə olması ilə əlaqədar həmin ayın iş vaxtının istifadəsinin uçotu cədvəlinə əsasən 10 iş günündə 80 saat vaxtı üçün 336.25 manat əmək haqqına münasibətdə 1 saata düşən əmək haqqı 4 manat 20 qəpik olmuşdur. Həmçinin 2024-cü ilin həm may, həm də iyun ayları üzrə T.Rəcəbovaya həvəsləndirmə sisteminə uyğun olaraq 168 manat əlavə ödəniş edilmişdir. İXM-in 539.1-1ci maddəsinin sanksiya hissəsində isə hüquqi şəxslər üçün 2000 manat cərimə müəyyən olunur. Göründüyü kimi Müfəttişlik tərəfindən İXM-in 539.1-1-cı maddəsi üzrə protokol tərtib edilməsi işin faktiki hallarına uyğun gəlmir. Beləliklə, hazırkı işdə inzibati xəta tərkibi yaradacaq miqdarda zərər mövcud deyildir. Bildiririk ki, İXM-in 539.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta tərkibinin elementləri mövcud deyildir və iş materiallarında bu pozuntunun baş verdiyim təsdiqləyən yetərli sübut da təqdim edilməmişdir Həmin maddə üzrə inzibati məsuliyyət, əmək qanunvericiliyinin mühüm tələblərinə (əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı, kollektiv müqavilənin bağlanıb yerinə yetirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun təmin olunması, əməkhaqqı, müavinət, ezamiyyə xərcləri və s.) riayət edilməsinə dövlət nəzarəti həyata keçirən orqanın verdiyi icrası məcburi göstərişlərin işəgötürən tərəfindən yerinə yetirilməməsi hallarında tətbiq olunur. Cari məsələdə “İçərişəhər” Muzey Mərkəzi tərəfindən belə bir göstərişin qəsdən və ya etinasızlıq üzündən icra edilməməsi halı sübuta yetirilməmişdir. Xüsusən, 14 fevral 2025-ci il tarixli məktubda tələb edilən öhdəliyin (2024-cü ilin müvafiq ayları üzrə əməkhaqqının yenidən hesablanaraq ödənilməsi) yerinə yetirilib- yetirilmədiyi barədə iş materiallarında dəqiq məlumat yoxdur. Ən əsası, iddia olunan inzibatı xəta əməlində (göstərişi icra etməməkdə) hüquqi şəxsin təqsirli davrandığı (qəsdən göstərişi yerinə yetirmədiyi) faktı müəyyən edilməmişdir. Beləliklə, inzibati xəta tərkibinin baş verdiyi və hüquqi şəxs tərəfindən pozuntu törədildiyi qənaəti hüquqi cəhətdən əsaslandırılmayıb. İnzibati xəta tərkibi (həm obyektiv, həm subyektiv elementləri ilə) sübuta yetirilmədiyi halda isə inzibati tənbeh tətbiq olunması qanunsuzdur. Hüquqi şəxsin inzibati xəta törətməsinə görə məsuliyyəti məsələsində təqsir amili xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında (İXM-in 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şərhinə dair) qeyd edilmişdir ki, inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyəti onun orqanı və ya vəzifəli şəxslərinin (eləcə də səlahiyyət verilib tapşırıq almış işçilərinin) hərəkət və ya hərəkətsizliyi ilə sıx əlaqəlidir. Hüquqi şəxsin özünün insan kimi qəsd və ya ehtiyatsızlıq formasında "psixi münasibəti" mövcud ola bilmədiyi üçün hüquqi şəxsin təqsiri anlayışı onun adından hərəkət edən səlahiyyətli şəxslərin davranışı vasitəsilə qiymətləndirilməlidir. İXM-in 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər bilavasitə öz vəzifə funksiyalarını yerinə yetirməmələri (və ya lazımınca yerinə yetirməmələri) nəticəsində yol verdikləri inzibati xətalara görə məsuliyyət daşıyırlar. Hüquqi şəxs isə onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslərinin, habelə həmin vəzifəli şəxslərin nəzarət etmədiyi hallarda digər işçilərinin törətdikləri inzibatı xətalara görə məsuliyyət daşıyır. Bu prinsip nəzərə alınmaqla hazırkı işə qiymət verilməlidir. “İçərişəhər” Muzey Mərkəzi barəsində başlanmış 26 avqust 2025-ci ıl tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol əsasında baxılan iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, vətəndaş X3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlər iş günü hesab olunmayan bayram günün qabağı iş günü olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsi pozularaq qısaldılmanın edilməyi və həmin saatlar üzrə əlavə əmək haqqının hesablanaraq ödənilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsasən müvafiq qaydada verilmiş 14 fevral 2025-ci il tarixli icrası məcburi göstəriş məktubu yerinə yetirilməmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs «İçərişəhər» Muzey Mərkəzinin nümayəndəsi Nümayəndə1 izahatında etirazda qeyd edilənlərə uyğun olaraq bildirmişdir ki, 13 dekabr 2024-cü il tarixində Müfəttişlik tərəfindən xx.xx.2024-xx.xx.2025-ci il tarixləri aralığında “İçərişəhər” Muzey Mərkəzinin direktoru olmuş X10 barəsində İXM-in 192.4-cü maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Bu protokolda T. Rəcəbovanın xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iş gününün iş saatı normasının qısaldılmaması və həmin qısaldılmayan saatlar üçün əlavə əməkhaqqının ödənilməməsilə “İçərişəhər” Muzey Mərkəzinin direktoru X10 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibatı xətanın törədildiyi qeyd olunmuşdur. Lakin sonradan, 13 yanvar 2025-ci il tarixli qərarla həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Daha sonra eyni məsələyə görə, iş gününün qısaldılması tətbiq edilmədiyi iddia edilən 27 may 2024-cü il və 25 iyun 2024-cü il tarixlərində “İçərişəhər” Muzey Mərkəzinin direktoru olmuş X6 barəsində 28 yanvar 2025-ci il tarixində İXM-in 192.4-cü maddəsi ilə yeni protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, T.Rəcəbovanın xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində iş günunun iş saatı normasının qısaldılmaması və həmin qısaldılmayan saatlar üçün əlavə əməkhaqqının ödənilməməsilə, həmçinin xx.xx.2024-cü il və xx.xx.2025-ci ıl taırxlərındə əmək məzuniyyəti hüququndan istifadə etdiyi halda məzuniyyət haqlarının gecikdırilərək ödənilməsi ilə İXM-ın 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Daha sonra Müfəttişlik “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 14 fevral 2025-ci il tarixli məktub göndərmiş və T.Rəcəbovanın əlavə əmək haqqının 30 gün ərzində ödənilməsini tələb etmişdir. 15 iyul 2025-ci il tarixində Müfəttişlik tərəfindən “İçərişəhər” Muzey Mərkəzinin sabiq direktoru X6 barəsində 28 yanvar 2025-ci il tarixində İXM-ın 192.4-cü maddəsi ilə üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir, icraata xitam verilməsinə əsas kımı inzibati xəta işı üzrə nəzərdə tutulan müddətin bitməsi səbəbilə inzibatı məsuliyyətdən azad etmə tətbiq olunmuşdur. 22 iyul 2025-ci il tarixində Müfəttişlik “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 məktubu göndərmişdir X1 “İçərişəhər” Muzey Mərkəzinin direktoru vəzifəsini icra etmirdi. Həmin məktubda qeyd olunmuşdur ki, vətəndaş X9 “İçərişəhər" Muzey Mərkəzində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır və inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyi üçün X10 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 5 saylı Bakı DOST mərkəzinə dəvət olunur. Bizim tərəfimizdən bir neçə dəfə işçiyə mükafatlar verilmişdir.. Müfəttişlik qərəzli şəkildə hər hansı məlumat vermədən, protokol tərtib etmək müddətini xeyli ötürməklə 26 avqust 2025-ci il tarixli "inzibati xəta haqqında" protokolu tərtib etmişdir. Göründüyü kimi İXM-in 101-ci maddəsində təsbit edilmiş prosessual müddət kobud şəkildə pozulmuşdur, inzibati icraat zamanı müddətlərin bu cür ötürülməsi, xüsusən də protokolun tərtibi mərhələsində baş verdikdə, həmin iş üzrə qəbul ediləcək qərarın hüquqiliyini şübhə altına alır. Belə bir ciddi prosessual pozuntu şəraitində tərtib edilmiş protokol əsasında “İçərişəhər” Muzey Mərkəzinə inzibati cərimə tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, qanunun tələb etdiyi müddətlər ötürüldükdən sonra tərtib olunmuş protokol hüquqi qüvvəyə malik sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən inzibati xəta haqqında iş üzrə inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı müəyyən edilməlidir. Bunun üçün də inzibati xəta ictimai münasibətlərə qəsd edən əməl olmalıdır. Bildiririk ki, İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta tərkibinin elementləri mövcud deyildir və iş materiallarında bu pozuntunun baş verdiyim təsdiqləyən yetərli sübut da təqdim edilməmişdir Cari məsələdə “İçərişəhər” Muzey Mərkəzi tərəfindən belə bir göstərişin qəsdən və ya etinasızlıq üzündən icra edilməməsi halı sübuta yetirilməmişdir. Xüsusən, 14 fevral 2025-ci il tarixli məktubda tələb edilən öhdəliyin yerinə yetirilib-yetirilmədiyi barədə iş materiallarında dəqiq məlumat yoxdur. Ən əsası, iddia olunan göstərişi icra etməməkdə hüquqi şəxsin təqsirli davrandığı qəsdən göstərişi yerinə yetirmədiyi faktı müəyyən edilməmişdir. Beləliklə, inzibati xəta tərkibinin baş verdiyi və hüquqi şəxs tərəfindən pozuntu törədildiyi qənaəti hüquqi cəhətdən əsaslandırılmayıb. İnzibati xəta tərkibi sübuta yetirilmədiyi halda isə inzibati tənbeh tətbiq olunması qanunsuzdur. “İçərişəhər” Muzey Mərkəzi barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2025-ci il tarixli MN2340773 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlər iş günü hesab olunmayan bayram günün qabağı iş günü olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsi pozularaq qısaldılmanın edilməyi və həmin saatlar üzrə əlavə əmək haqqının hesablanaraq ödənilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.5-ci maddəsinə əsasən müvafiq qaydada verilmiş 14 fevral 2025-ci il tarixli icrası məcburi göstəriş məktubu yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 ünavanladığı 14 fevral 2025-ci il tarixli 3-17-5/2-13821/2025 saylı məktubdan görünür ki, X9 "İçərişəhər" Muzey Mərkəzində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış zamanı X9 ilə xx.xx.2019cu il tarixində bağlanılmış əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilən zaman elektron informasiya sisteminə daxil edilmiş xx.xx.2024-cü il tarixli elektron əmək müqaviləsində iş vaxtı gündəlik 7 saat olmaqla müəyyən edildiyi və təqdim edilən iş vaxtının uçotu cədvəllərində xx.xx.2024-cü il və xx.xx.2024-cü il iş günü hesab edilməyən bayram günü qabağı olmayasına baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbi pozularaq qısaldılmanın edilmədiyi ve həmin aylar üzrə əlavə əmək haqqının hesablanaraq ödənilmədiyi, həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində əmək məzuniyyəti hüququndan istifadə etdiyi, lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci hissəsinin tələbi pozularaq məzuniyyət haqlarının gecikdirilərək ödənildiyinin məlum olduğu, qeyd olunanları nəzərə alaraq vətəndaş T.Rəcəbovanın əlavə əmək haqqının 30 (otuz) gün ərzində əmək qanunvericiliyinin tələblərinə uyğun hesablanaraq ödənilməsini təmin edib X11 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verməsinin xahiş olunduğu qeyd edilmişdir. 13 yanvar 2025-ci il tarixli MN0208483 saylı qərardan görünür ki, X10 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. “İçərişəhər” Muzey Mərkəzinin direktoru X6 barəsində tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli MN2123280 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlər iş günü hesab olunmayan bayram günün qabağı iş günü olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsi pozularaq qısaldılmanın edilməyi və həmin saatlar üzrə əlavə əmək haqqının hesablanaraq ödənilmədiyi, həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində əmək məzuniyyəti hüququndan istifadə etdiyi, lakin AR Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci hissəsinin tələbi pozularaq məzuniyyət haqları gecikdirilərək ödəniliyi məlum olmuş və nəticədə X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4cü maddəsində nəzərədə tutulmuş inzibati xəta törədilmişdir. “İçərişəhər” Muzey Mərkəzinin direktoru X6 barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-568/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən X6 tərəfindən verilmiş şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1156/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-568/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli MN0208560 saylı qərardan görünür ki, X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «İçərişəhər» Muzey Mərkəzinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddə üzrə inzibati xətanın obyektiv tərəfi “əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının icrası məcburi olan göstərişin icra edilməməsidir”. Hazırkı iş üzrə tərtib edilmiş protokoldan görünür ki, inzibati xəta tərkibinin yaranması üçün əsas olmuş göstəriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 ünavanladığı 14 fevral 2025-ci il tarixli 3-17-5/2-13821/2025 saylı məktubda qeyd edildiyi irəli sürülür. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 ünavanladığı 14 fevral 2025-ci il tarixli göstərişin əsasın təşkil edən qərar məhkəmə icraatında mübahisələndirilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-568/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən X6 tərəfindən verilmiş şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1156/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-568/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarlarından sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən yenidən araşdırılma aparılmış 15 iyul 2025-ci il tarixli MN0208560 saylı qərarla inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 ünavanladığı 14 fevral 2025-ci il tarixli göstərişin əsasın təşkil edən qərar məhkəmə icraatında mübahisələndirilmiş və həmin qərar ləğv edildikdən sonra yenidən araşdırmanın nəticəsi olaraq “İçərişəhər” Muzey Mərkəzinə hər hansı göstəriş verilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta tərkibinin yaranması üçün icrası məcburi olan göstərişin mövcud olması zəruridir. Lakin, məhkəmə tərəfindən həmin göstərişin əsasını təşkil edən qərar ləğv edildiyindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin “İçərişəhər” Muzey Mərkəzinin direktoru X7 ünavanladığı 14 fevral 2025-ci il tarixli göstəriş hüquqi qüvvədən düşmüşdür. Bu səbəbdən, inzibati xəta tərkibinin yaranması üçün qeyd edilən göstəriş yenidən araşdırmanın nəticəsi olaraq zərurət olduğu təqdirdə yenidən verilməli idi. Məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar “İçərişəhər” Muzey Mərkəzinin təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, əməldə inzibati xəta tərkibi olmadığından «İçərişəhər» Muzey Mərkəzinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: «İçərişəhər» Muzey Mərkəzinin Azərbaycan Respublikası inzibatı Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar