Məhkəmə qərarları › İş №3(009)-2184/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2184/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2184/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən Səbail rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında işin aidiyyəti üzrə göndərilməsi üçün əsas kimi “X7 Xidməti” X11 hüquqi ünvanının “ünvan 1in hüquqi şəxsin VÖEN məlumatları qərardadda qeyd olunmamışdır. Qeyd olunan “Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80, Hökumət evi” ünvanının Səbail rayonu inzibati ərazisinə aid olması əsas götürülməklə iş məhkəmə icraatına qəbul edilərək baxış iclası təyin olunsa da, X5 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş VÖEN məlumatlarında (VÖEN **********) “X7 Xidməti” X11 hüquqi ünvanı “ünvan 3beh vermə haqqında qərarı və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, hüquqi şəxsin VÖEN məlumatlarına əsasən hüquqi şəxsin törətməsi ehtimal edilən inzibati xəta onun hüquqi ünvanında törədilmişdir. Həmin ünvan isə ünvan 4 İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli qərarına əsasən, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Beləliklə, yalnız xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı X4 tərəfindən məhkəməyə təqdim edilmiş VÖEN məlumatlarından hüquqi ünvanın harada yerləşməsi dəqiq olaraq müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırki vəziyyətdə inzibati xəta haqqında işə Səbail Rayon Məhkəməsi tərəfindən deyil, Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar