Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2185/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1974-cü ildə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, həmin Məcəllənin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin protokollara baxılması bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail rayon icra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə edərək bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 841/2025 saylı icra sənədi, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)- 2297/2024 saylı icra sənədi və Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 390/2024 saylı icra sənədi borclu tərəfindən Şəxs tərəfindən hazırki vaxtadək qərəzli şəkildə icra edilməmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Qeyd edilən icra sənədləri üzrə icraata başalama haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildirişlər borcluya rəsmi qaydada verilmişdir. Lakin, borclu müxtəlif bəhanələr gətirərək ödənişlər etməmişdir. Yuxarıda qeyd olunan iki icra sənədi üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-2297/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Lakin həmin cərimə məbləği də borclu tərəfindən üzrsüz səbəbdən ödənilməmişdir. Borclunun rəsmi gəliri və ya adına hər hansı əmlak aşkar edilməmişdir. Göstərilən halları nəzərə alaraq borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hazırda heç bir yerdə çalışmadığından və maddi imkanı aşağı olduğundan icra sənədlərini icra edə bilməmişdir. Ona görə də borclarını ödəməmişdir. Göstərilən halları nəzərə alaraq ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1, 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-841/2025 saylı icra sənədindən görünür ki, borclu Şəxs cəmi 9307 (doqquz min üç yüz yeddi) manat məbləğində pul tutularaq X1 ödənilməlidir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 390/2024 saylı icra sənədindən görünür ki, Şəxs cəmi 5171 (beş min yüz yetmiş bir) manat məbləğində pul tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)- 2297/2024 saylı qərarından görünür ki, Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərarlardandan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6439/2023 saylı, xx.xx.2024-cü il tarixli, e-2(060)-4107/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(060)- 2308/2024 saylı qərarları üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icra barədə bildirişlərdən görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-841/2025 saylı, xx.xx.2024-cü il tarixli, 2(009)-390/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(009)-2297/2024 saylı icra sənədləri üzrə tələbləri könüllü şəkildə icra etməsi Şəxs tələb edilmiş, sonuncu həmin bildirşləri rəsmi qaydada almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-841/2025 saylı icra sənədi, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-2297/2024 saylı icra sənədi və Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-390/2024 saylı icra sənədi borclu tərəfindən Şəxs tərəfindən hazırki vaxtadək qərəzli şəkildə icra edilməmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Qeyd edilən icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildirişlər borcluya rəsmi qaydada verilmişdir. Lakin, borclu müxtəlif bəhanələr gətirərək ödənişlər etməmişdir. Yuxarıda qeyd olunan iki icra sənədi üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)-2297/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Lakin həmin cərimə məbləği də borclu tərəfindən üzrsüz səbəbdən ödənilməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1, 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1, 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinməli, İXM-in 34.3-cü maddəsinə əsasən daha ağır sanksiyası olan həmin Məcəllənin 529.2-ci maddəsi ilə barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 01 sentyabr 2025-ci il tarixdən saat 19:15-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1, 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəlləinin 529.2-ci maddəsi ilə barəsində 01 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən saat 19:15dən hesablansın. Qərarın icrası Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2185/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2185/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver