Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2186/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, "xxxx" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən "xxxx" MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 31 avqust 2023-cü il tarixdə tərtib olunmuş 00800- 00442/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların lüqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil anklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, hüquqi şəxs "xxxx" MMC xx.xx.2019-cu tarixli **********7539 sorğu ömrəli gömrük bəyannaməsi üzrə 2900 ABŞ dolları (4930 manat) məbləğində qalıq vəsaiti müvəkkil bankdakı hesabına köçürməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2019-cu tarixli **********7539 sorğu nömrəli bəyannaməsi üzrə 2900 AB$ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini apmamışdır. Qeyd olunan faktla bağlı 31 avqust 2023-cü il tarixdə X2 Gömrük İdarəsi Sməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsi ilə 00800-00442/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Hüquqi şəxs "xxxx" MMC kommersiya fəaliyyəti ilə əlaqədar BƏƏ-də fəaliyyət göstərən Maqnum Services” şirkəti ilə xx.xx.2019-cu il tarixli, 001/2019 nömrəli müqavilə bağlayıb “Kənd əsərrüfatı və bağçılıq üçün suvarma” yükünü malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənilmək yolu ilə 2900 ABS dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə gömrük bəyannamələrinin 20-ci qrafasında malların “003 konsiqnasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənilmək yolu ilə” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından İsrailə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci varım bəndinin tələblərinə riayət etməklə malın dəyəri mal ixrac edildikdən sonra ödənilmək yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda xx.xx.2019-cu tarixli **********7539 sorğu nömrəli bəyannaməsi üzrə malların dəyərini tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 9350 manat təşkil edən 2900 ABS dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Hüquqi şəxs "xxxx" MMC kommersiya fəaliyyəti ilə əlaqədar BƏƏ-də fəaliyyət göstərən Maqnum Services” şirkəti ilə xx.xx.2019cu il tarixli, 001/2019 nömrəli müqavilə bağlayıb “Kənd əsərrüfatı və bağçılıq üçün suvarma” yükünü malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənilmək yolu ilə 2900 ABS dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə gömrük bəyannamələrinin 20-ci qrafasında malların “003 - konsiqnasiya yolu ilə mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənilmək yolu ilə” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından İsrailə ixrac etmişdir. xx.xx.2019-cu il tarixdə ixrac edilən mallara görə ödəniş 2020-ci il 21 may tarixinədək (180 gün) müvəkkil banka ödənilməli idi. Qeyd olunan vəsait həmin tarixədək geri qayıtmadığından 2020-ci il 22 may tarixi inzibati xətanın törədildiyi gün hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Əgər Tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi iddia etdiyi kimi inzibati xəta törədilmiş olsa idi belə, (hansı ki Tərəfimizdən heç bir inzibati xəta törədilməmişdir) bununla bağlı inzibati tənbeh 1 il müddətində, yəni 2021-ci il 22 may tarixinədək verilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belələliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2186/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2186/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver