Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2187/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, X2 iştirakı ilə, AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ/29999769 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ/29999769 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, şikayətçi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələssinin 469.3-cü, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə DİN BDYPİ-nin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə EQ/299999769 nömrəli protokol tərtib edilmişdir. Eyni zamanda AR BDYPİ-nin Polis Polkovnik X1 tərəfindən onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. O, AR DİN BDYPİ-nin Polis Polkovnik X1 tərəfindən tərtib edilmiş qərardan inzibati orqana şikayət vermiş olsa da, hələ də bu barədə ona geri dönüş edilməmiş, məsələ ilə bağlı dəfələrlə qaynar xəttlə əlaqə saxlamasına baxmayaraq müvafiq qurum tərəfindən ona heç bir məlumat verilməmişdir. Şikayətçi hesab edir ki, qərar yanlışlıqla onun barəsində qəbul edilmişdir və ləğv edilməlidir. Belə ki, yuxarıda qeyd edilmiş qərarda qeyd olunan "HYUNDAİ SONATA MİNİK" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il saat 14:14 tarixində onun bacısı, ya daki həmin ərəfədə sözügedən avtomobili almaq istəyən Şahid adlı şəxs tərəfindən idarə edilmişdir. Həmin avtomobil anası X4 mülkiyyətindədir və protokolun tərtib edildiyi tarixdə avtomobildə ön oturacaqda oturmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, 5 mərtəbə adlanan ərazidə AR DİN BDYPİ tərəfindən quraşdırılmış kamera görüntüsündən də göründüyü kimi, avtomobilin kimin tərəfindən idarə edilməsini müəyyən etmək mümkün deyildir. İnzibati tənbeh tətbiq edilərkən sonuncu etibarnamənin verildiyi şəxs olaraq sistemdə onu adı çıxdığı üçün inzibati cərimə edilmə haqqında tənbeh növü onun barəsində seçilmişdir. Həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, sübutlar təqdim edilməmişdir. Sübut kimi təqdim edilmiş görüntü isə inzibati tənbehin tətbiqini əsaslandırmaq üçün kifayət deyildir. Şikayətçi əlavə olaraq qeyd edir ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığından o avtomobil idarə etmir. Məhkəmə iclasında iştirak edən X8 şikayətinin mahiyyətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid izahatında göstərmişdir ki, sözügedən avtomobil hazırda baş etibarnamə ilə onun mülkiyyətindədir. xx.xx.2025-ci il saat 14 radələrində avtomobilin mülkiyyətçisi olan X5 avtomobildə onu müşayət etməsi ilə, yəni ön oturacaqda onun əyləşməsi ilə həmin günü avtomobili o idarə etmişdir. AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ/29999769 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkildə olan sürücü məhz odur. X6 dedikləri həqiqəti əks etdirir. Hətta bu faktın dəqiqləşdirilərək aydınlaşdırılması üçün Əziz Məmmədovla birgə aidiyyəti polis orqanında olmuşdurlar. Məhkəmə iclasının yeri və vaxtı barədə AR DİN BDYPİ lazımınca məlumatlandırılmış olsa da, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə öz növbəsində qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ/29999769 inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X8 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələssinin, 332.3-cü maddəsi hissəsində xitam verilməli, 469.3-cü maddə hissəsində isə araşdırılması üçün AR DİN BDYPİ-nə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ/29999769 inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 xx.xx.2025-ci il tarixdə saat 14:14-də "HYUNDAİ SONATA MİNİK" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili Nəsimi rayonu Fizuli keçəsi 5 mərtəbə ist 2 ərazisində idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması və nəqliyyat vasitəsi sahibini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi müəyyən edilmiş, nəticədə, Azərbaycan Respublikası İXM-in 469.3-cü və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədildiyinə görə, X8 barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, AR DİN BDYPİ tərəfindən məhkəməyə təqdim edilmiş görüntüdən avtomobili idarə edən şəxsin həqiqətən X8 olduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid xətanın törədildiyi gün və saat avtomobilin onun tərəfindən idarə edildiyini təsdiq etmişdir. Belə halda xətanın baş verməsini sübut etmək qərarı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin fotoşəkildən şəxsiyyəti müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, yaranmış şübhələr barəsində icraat aparılmış şəxsin xeyrinə həll edilməli və iş üzrə icraata İXM-in 53.2-ci maddəsinin tələbinə əsasən, yəni şəxsin həmin inzibati xətanın törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən xitam verilməlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı hazırda mübahisəndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə X6 həmin xətanın törədilməsinə aidiyyəti tam sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinin tələblərinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ/29999769 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata 332.3-cü maddəsi hissəsində xitam verilməli, 469.3-cü maddə hissəsində isə inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi üçün AR DİN BDYPİ-nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin olunsun. AR DİN BDYPİnin xx.xx.2025-ci il tarixli EQ/29999769 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi hissəsində xitam verilsin. X13 Məcəlləsinin 469.3-cü maddəsi hissəsində inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi üçün AR DİN BDYPİ-nə göndərilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X6 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli EQ/29999769 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2187/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2187/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver