Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2188/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi, polis polkovnik leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş 15 noyabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs 15 noyabr 2021-ci il tarixdə, saat 00:30-dan 02:10-a qədər polisə tabesizlik göstərmiş, içkili vəziyyətdə avtomobilin açarını təqdim etməyəcəyini bildirmiş, özünü təqdim etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi, polis polkovnik leytenantı X4 protokolu müdafiə edərək izahatında bildirdi ki, 15 noyabr 2021-ci il tarixdə, saat 00:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində vətəndaş Şəxs içkili vəziyyətdə Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsini pozmaqla “dayanma qadağandır” nişanının təsir zonasında avtomobili saxlamışdır. Ona qayda pozuntusunu izah edən polis əməkdaşlarına tabesizlik göstərmiş, özünü təqdim etməmiş, sərxoşluq müayinəsinə getməkdən, avtomobilin açarlarını təqdim etməkdən imtina etmişdir. Vətəndaş Şəxs Polis Bölməsinə dəvət olunsa da, getməyəciyini bildirərək yenidən polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. Əməliyyat qrupu üzvlərinin köməkliyi ilə vətəndaş Şəxs və maşının sahibi X1 Bölməsinə gətirilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğundan Şəxs barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti baş inspektoru, polis kapitanı X6 izahat verərək bildirmişdir ki, o, Səbail rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X8 ilə birlikdə xidmətdə olarkən, 15 noyabr 2021-ci il tarixdə, saat 00:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində vətəndaş Şəxs içkili vəziyyətdə Azərbaycan Respublikası İXM-nin 342.3cü maddəsini pozmaqla “dayanma qadağandır” nişanının təsir zonasında avtomobili saxlamışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, qayda pozuntusunu sürücüyə izah etmiş, sürücünün içkili vəziyyətdə olduğunu gördükdə isə onu sərxoşluq müayinəsinə, avtomobili isə duracağa yerləşdirilməyi bildirmişlər. Lakin sürücü qaydaları pozmadığını və avtomobilin açarlarını təqdim etməyəcəyini bildirmişdir. Sonra isə vətəndaş avtomobilin açarlarının onlar tərəfindən götürüldüyünü bildirmişdir. Onlar tərəfindən Polis Bölməsinə məlumat verilmişdir. Vətəndaş Şəxs Polis Bölməsinə dəvət olunsa da, getməyəciyini bildirərək yenidən polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. Əməliyyat qrupu üzvlərinin köməkliyi ilə vətəndaş Şəxs və maşının sahibi X1 Bölməsinə gətirilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğundan Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X8, Elnur İsgəndərovun izahatına uyğun izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, hadisəni törədərkən o, içkili olmudur və səhv etmişdir. O, əməlindən peşmandır və məhkəmədən bu halı nəzərə almağını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 noyabr 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 noyabr 2021-ci il tarixdə, saat 00:30-dan 02:10-a qədər polisə tabesizlik göstərmiş, içkili vəziyyətdə avtomobilin açarını təqdim etməyəcəyini bildirmiş, özünü təqdim etməmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 15 noyabr 2021-ci il tarixli AZA 015988 saylı protokoldan görünür ki, Şəxs 15 noyabr 2021-ci il tarixdə saat 02:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixdən, saat 02:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən, saat 02:10-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2188/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2188/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver