Məhkəmə qərarları › İş №3(009)-2189/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2189/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2189/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 13 noyabr 2021-ci il tarixli 00100-2313/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC Türkiyə Respublikasından 99MM936/99ZE779 dövlət qeydiyyat nişanlı avtomaşınla idxal etdiyi və Bakı Bas Gömrük idarəsində **********0370 sorğu nömrəli 02.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda bəvan edilmiş malların netto və brutto çəkilərinin düzgün bəvan etməməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş İpək yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 99MM936/99ZE779 nömrə nişanlı avtomaşında B1H**********028 saylı 28.10.2021 tarixli invovs sənədinə əsasən daxil olmuş və BBGİ-də **********0370 sorğu nömrəli 02.11,2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirən zaman, 1-ci mal mövqeyində 1 ədəd unitazın-brutto çəkisi 164.04 kq, netto çəki 159.1 kq bəyan edildiyi halda, faktiki brutto çəki 20 kq, netto çəki 19 kq olduğu, 2-ci mal mövqeyində 664.8 m2 döşəmə üçün plitələr - brutto çəki 1381.78 kq, netto çəki 1340.04 kq bəyan edildiyi halda , faktiki brutto çəki 13037 kq, netto çəki 12862 kq, 3-cü mal mövqeyində 10 ədəd əldə tutulan dusun brutto çəkisi 85.31 kq, netto çəkisi 82,73 kq bəyan edildiyi halda , faktiki brutto çəki 17 kq, netto çəki 15 kq olduğu. 4-cü mal mövqeyində DUŞLAR,HAMAM OTAĞİ ÜÇÜN RADİATOR -brutto çəkisi 3229.24 kq, netto çəkisi 3131.67 kq bəyan edildiyi halda, faktiki brutto çəkisi 175 kq, netto çəkisi 149 kq, 5-cü mal mövqeyində Sanitar-texniki məmulatlar- brutto çəkisi 329.06 kq, netto çəkisi 319.12 kq bəyan edildiyi halda, faktiki brutto çəki 167 kq, netto çəki 144 kq, 6-cı mal mövqeyində Su rezervuarları və analoji qurğular -brutto çəkisi 10.81 kq, netto cəki 10.48 kq bəyan edildiyi halda . faktiki brutto çəki 5 kq, netto çəki 3 kq, 7-cı mal mövqeyində 10 ədəd unitaz - brutto çəki 2190.40 kq, netto çəki 2124.19 kq bəyan edildiyi halda , faktiki brutto çəki 350 kq, netto çəki 330 kq, 8-ci mal mövqeyində Vannalar, duşlar, su axması və yuyunmaq üçün çanaqlar- brutto çəki 3148.36 kq, netto çəki 3053,29 kq bəyan edildiyi halda , faktiki brutto çəki 631 kq, netto cəki 529 kq, 9-cu mal mövqeyində- vannalar, duşlar, su axması və yuyunmaq üçün çanaqlar -brutto cəki 53.81 kq, netto çəki 52.18 kq bəyan edildiyi halda , faktiki brutto çəki 21 kq, netto çəki 14 kq, 10-cu mal mövqeyində 267 m2 bəzək üçün keramika məmulatları -brutto çəki 275.52 kq, netto çəki 267.17 kq bəyan edildiyi halda, faktiki brutto çəki 91 kq, netto çəki 86 kq, 11- cı mal mövqeyində 24 ədəd Mebellər və onların hissələri - brutto çəki 2769.93 kq, netto çəki 2686.31 kq bəyan edildiyi halda, faktiki brutto çəki 349 kq, netto çəki 275 kq, 12-cı mal mövqeyində güzgülər - brutto çəki 1202.38 kq, netto çəki 1166.05 kq bəyan edildiyi halda , faktiki brutto çəki 55 kq, netto çəki 48 kq, 13-cü mal mövqeyində 4 m2 d öşəmə üçün plitələr- brutto çəki 23.32 kq, netto çəki 22.60 kq bəyan edildiyi halda, faktiki brutto çəki 110 kq, netto çəki 100 kq olduğu müəyyən edildiyi qeyd edilmişdir. Həmçinin Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 482.3-cü madədsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar