Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-219/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 03.12.2019-cu il tarixli EQ ******* nömrəli, İXM-nin 469.3-cü maddəsinə əsasən 08.01.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 339.1-1ci maddəsinə əsasən 22.01.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 339.1- 1-ci maddəsinə əsasən 12.02.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 469.3-cü maddəsinə əsasən 17.02.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 327.2-ci maddəsinə əsasən 06.03.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 339.1-1-ci maddəsinə əsasən 06.03.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 339.1-1-ci maddəsinə əsasən 27.03.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 328.1-ci maddəsinə əsasən 30.03.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 469.3-cü maddəsinə əsasən 28.04.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 328.1-ci maddəsinə əsasən 16.05.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 328.2-ci maddəsinə əsasən 19.05.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 469.3-cü maddəsinə əsasən 22.05.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 328.1-ci maddəsinə əsasən 04.06.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 469.3-cü maddəsinə əsasən 13.06.2020-ci il tarixli EQ ******* nömrəli İXM-nin 339.1-1-ci maddəsinə əsasən 26.11.2020-ci il tarixli EQ ******* nömrəli, İXM-nin 339.1-1-ci maddəsinə əsasən 21.12.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2133/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarı ilə X1 şikayəti qismən təmin olunmuş, Baş Dövlət Yol Polisi İdarəsinin 03.12.2019cu il tarixli EQ ******* nömrəli, 08.01.2020-ci il tarixli EQ ******* nömrəli, 22.01.2020-ci il tarixli EQ ******* nömrəli, 12.02.2020-ci il tarixli EQ ******* nömrəli, 17.02.2020-ci il tarixli EQ ******* nömrəli, 06.03.2020-ci il tarixli EQ ******* nömrəli, 06.03.2020-ci il tarixli EQ ******* nömrəli, 27.03.2020-ci il tarixli EQ ******* nömrəli, 30.03.2020-ci il tarixli EQ ******* nömrəli, 28.04.2020-ci il tarixli EQ ******* nömrəli, 16.05.2020-ci il tarixli EQ ******* nömrəli, 19.05.2020-ci il tarixli EQ ******* nömrəli, 22.05.2020-ci il tarixli EQ ******* nömrəli, 04.06.2020-ci il tarixli EQ ******* nömrəli, 13.06.2020-ci il tarixli EQ ******* nömrəli, 26.11.2020-ci il tarixli EQ ******* nömrəli, 21.12.2020-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında işlərin baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Qeyd edilən qərardan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3063/2021 saylı, 28.12.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-219/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qərardadı ilə X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-911/2022 saylı, 17.02.2022-ci il tarixli qərardadı ilə ərazi aidiyyatında yaranmış fikir ayrılığının müəyyən edilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-512/2022 saylı, 25.02.2022-ci il tarixli qərarına ilə X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxılması üçün aidiyyatı üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-512/2022 saylı, 25.02.2022-ci il tarixli qərarında göstərilmişdir ki, şikayət verən şəxs inzibati tənbeh vermə haqqında elektron qərarları ayrıca icraatda mübahisələndirməli və bundan sonra işin hallarına uyğun olaraq qərar qəbul edilməlidir. Hazırki iş üzrə şikayətdə X2 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarlardan birgə şikayət verilmişdir ki, göstərilən hal hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-512/2022 saylı, 25.02.2022-ci il tarixli qərarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-219/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-219/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver