Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2193/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin vəkili X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi X2 xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin vəkili X4 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, Filarmoniya bağı ünvanında yerləşən “Qubernator” restoranı Şəxs MMC-nin nəzdindədir. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin əməkdaşları restorana gələrkən hüquqi şəxsin rəhbərinin iştirakını təmin etmədən protokol tərtib etmişlər. Tərtib edilmiş aktda da, göstərilmişdir ki, güya hüquqi şəxsin rəhbəri ilə telefon əlaqəsa yaradılmış, ona hüquq və vəzifələri izah edilmiş, o, isə restorana yaxınlaşaraq inzibati xəta haqqında protokolu imzalamqdan imtina etmişdir. Protokolda istinad edilmişdir ki, ara məsafəsi qorunmamışdır. Bundan əlavə, işə əlavə edilmiş fotoşəkillərdə vizual baxışdan müəyyən etmək mümkün deyil ara məsafəsinin qorunub-qorunmaması. Birinci fotoşəkildən görünür ki, masa arxasında əyləşən 4 oğlanın ara məsafəsi təxminən bir metr vardır. İkinci şəkildə 2 qız mobil telefonla çəkiliş aparırlar, bu səbəbdən də yerlərini dəyişmişlər. Üçüncü şəkildə isə əyləşən şəxslər ər-arvaddır. Xidmətçi onlara yaxınlaşıb ara məsafəsinin qorunması barədə irad bildirərəkən, həmin şəxslər ər-arvad olduğunu qeyd etmişlər. Halbu ki, sözü gedən kafedə masalar arası məsafələr 2 metrdən az olmayaraq, eləcə də oturacaqların ara məsafəsi eyni masa arxasında müştərilər üçün 1 metr olması təşkil edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan xətanın törətməsi sübuta yetirilmir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarının 2.2-ci bəndində qeyd olunmuşdur ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 22:10 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, Flarmoniya bağı ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Qubernator” restoranında eyni masa arxasında müştərilər arasında oturacaqların ara məsafəsinin 1 metrdən az olması aşkar edilmişdir. İşə əlavə edilmiş Şəxs MMC-yə məxsus “Qubernator” restoranında çəkilmiş fotoşəkildən görünür ki, açıq havada müştərilər bir masa arxasında əyləşərək istirahət edirlər. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, hüquqi şəxsin rəhbəri ilə telefon əlaqəsa yaradılmış, ona hüquq və vəzifələri izah edilmiş, o, isə restorana yaxınlaşaraq inzibati xəta haqqında protokolu imzalamqdan imtina etmişdir. Məhkəmə qeyd etməyi zəzuri hesab edir ki, yalnız İnzibati Xətala Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırki işdən görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas səbəb Şəxs MMC-yə məxsus “Qubernator” restoranında bir masa arxasında əyləşmiş müştərilən arasında 1 metrlik məsafənin qorunmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, işə əlavə edilmiş açıq havada çəkilmiş 3 fotoşəkildən görünür ki, “Qubernator” restoranında müştərilər bir masa arxasında əyləşmişlər. Lakin vizual baxış keçirərək onların ara məsafəsinin 1 metrdən az olmasını müəyyən etmək mümkün deyil. Bu hal isə özü-özlüyündə inzibati xəta halının törədilməsini istisna edir. Həmçinin Şəxs” MMC-nin vəkili məhkəmə iclasında bildirmişdir ki, əyləşən şəxslər ərarvad olmuşlar. Digər şəkildə isə müştərilər çəkiliş aparmaq üçün yerlərini dəyişmişlər. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi həmin izahatının əksi olaraq, xx xxxxxx 2020-ci il tarixdə bu hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin vəkilinin izahatını inandırıcı hesab edir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Akta nəzər salındıqda müəyyən edilir ki, sözügedən aktdakı imzalar yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Halbu ki, protokol tərtib edilən vaxt orada olan “Qubernator” kafesinin işçiləri olmuşdur. Göründüyü kimi kafenin işçilərindən hər hansı birinin nə izahatı alınmış, nə də qeyd edilən aktda imza etmişlər. Belə olan halda işçilərdən hər hansı birinin iştirakının təmin edilməməsi bir daha inzibati xəta hadisəsinin baş verməsini və sözü gedən aktı şübhə altına alır. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs restoranında 1 masa arxasında əyləşən müştərilər arasında 1 metr məsafənin qorunmaması hallarını vizual baxışdan müəyyən etmək mümkün olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-ninəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar olunmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114-115, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2193/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2193/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver