Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2195/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X14 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 nümayəndəsi X8 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 29 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin direktoru X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin 29 sentyabr 2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə-Daşkəsən regonal şöbəsinin 29 sentyabr 2023-cü il tarixli qərarına əsasən, mən X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar qanusuz olduğuna görə ləğv edilməli və inzibati xətalara dair iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Gəncə şəhər prokuroru tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlaması haqqında” 14 sentyabr 2023-cü il tarixli Qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərara baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə- Daşkəsən regonal şöbəsinə göndərilmişdir. 27 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru olaraq ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsi tərəfindən vəzifəli şəxs qismində inzibati xəta haqqında iş üzrə icraat aparıldığından işə baxılması üçün xx.xx.2023-cü il, saat 11:00-da Gəncə şəhərinə gəlməyi barədə bildiriş göndərilmişdir. Onun nümayəndəsi həmin vaxt X10 Gəncə şəhərində yerləşən regional şöbəsində olmuş, müvafiq izahat vermişdir. İzahatında o bildirmişdir ki, Gəncə şəhərində yerləşən “Ukrayna malları” mağazasında işçi qismində işə cəlb olunan Əmrah Hüseynquliyev rəhbərliyin xəbəri olmadan, İsa Hüseyinzadə tərəfindən öz istəyi və subyektiv mülahizələri əsasında işə götürülmüş və ona heç bir rəsmi təsdiqini tapmamış, yəni 300 manat məbləğində əmək haqqı təyin etmişdir. Sonradan ona 4000 manat cərimə olunmağı barədə xx.xx.2023-cti il tarixdə qərar təqdim edilmişdir. Qərarın qəbul edilməsinə əsas X3 əmək müqaviləsi qüvvəsini almadan işə cəlb edilməsidir. Qərardan məlum olur ki, onun barəsində 14 sentyabr 2023-cü il tarixdə protokol tərtib edilmişdir. Protokolun olmasına dair onlara nə məlumat, nə də onun surəti təqdim edilməmişdir. Bu isə onu göstərir ki, X10 regional şöbəsi iş üzrə araşdırma aparmadan, faktiki halları müəyyən etmədən arxa tarixlə birbaşa protokol tərtib etmişdir. "xxxx" MMC tərəfindən əmək müqaviləsi əsasında “Ukrayna malları” mağazasında administrator vəzifəsində işləyən X6 verdiyi izahatdan məlum olur ki, o, Əmrah Hüseynquliyevi əmək müqaviləsi olmadan mağazaya satıcı-kassir işinə cəlb etmiş və ona aylıq 300 manat əmək haqqı təyin etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə-Daşkəsən regonal şöbəsi faktiki hallara qiymət vermədən, tam araşdırma aparmadan “Ukrayna malları” mağazasının administratoru işləyən İsa Hüseynzadənin qanunazidd əməllərinə görə "xxxx" MMC-nin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. "xxxx" MMC-nin daxili reqlamentinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə işçi arasında əmək münasibətləri ciddi prosedur qaydalarla tənzimlənir. Belə ki, işçi işlə əlaqədar şirkətə müraciət edərkən müvafiq sənədləri ilə birgə insan resursları bölməsinin mütəxəssisləri tərəfindən qəbul olunur, onun işləmək istədiyi sahənin "xxxx" MMC-nin fəaliyyəti ilə uzlaşdığı, iş təcrübəsi, stajı, digər bacarıqları test edilir. Müsbət rəy verildikdən sonra şirkət rəhbəri və işəgötürən kimi həmin namizədin onunla görüşü təşkil olunur. Aralarında müəyyən söhbətləşmələr aparıldıqdan sonra qəti qərar verilir. İşçi ilə işə götürən arasında əmək münasibətlərini təsdiq edən əmək müqaviləsi bağlanır, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin informasiya mərkəzinə elektron qaydada əmək müqaviləsi bildirişi verilir və işçiyə aylıq əmək haqqı təyin edilir. Göründüyü kimi İsa Hüseyinzadə işə işçi götürmək səlahiyyəti olmadığı halda X4 "xxxx" MMC-yə təqdim etmədən, özbaşına işə cəlb etmiş və şəxsi mülahizələri əsasında ona aylıq əmək haqqı təyin etmişdir. Bu da onu göstərir ki, onunla Əmrah Həsənquliyev arasında hər hansı mülki və əmək münasibətləri olmamış , o, Gəncə şəhər sakini kimi İsa Hüseyinzadə tərəfindən şəxsi münasibətlər zəminində işə cəlb edilmişdir. Həmin hallardan biri də “inzibati xəta tərkibi olmadıqda”dır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, "xxxx" MMC-nin direktoru kimi onun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati məsuliyyətə cəlb oluna bilmir. "xxxx" MMC-nin baş ofisi Bakı şəhərində yerləşir. Gəncə şəhərində fəaliyyət göstərən ona məxsus məlum mağazada nəzarət funksiyalarının operativ həyata keçirilməsi üçün Gəncə şəhər sakini İsa Hüseyinzadə administrator vəzifəsinə təyin edilmişdir. Administratorun digər vəzifə öhdəlikləri ilə yanaşı əsas funksiyalarından biri də nəzarət etdiyi müəssisədə qanuna zidd olan əməllərin qarşısını almaqdan ibarətdir. Bakı- Gəncə arasında uzaq məsafə olduğundan Bakı şəhərindən Gəncədə yerləşən müəssisənin fəaliyyətinə nəzarət etməyin fiziki cəhətdən səmərəsiz olduğunu və ya mümkün olmadığını nəzərə alıb əlverişli variant kimi Gəncə şəhərində yaşayan bir şəxsin həmin ticarət obyektinə rəhbərlik etməsini məqbul sayaraq İsa Htiseyinzadəni bu vəzifəyə təyin etmişdik. Mağazaya dair bu və ya digər məlumatlar onların tərəfindən yalnız onun vasitəsilə əldə edilmişdir. Ancaq İ.Hüseyinzadə ona verilmiş səlahiyyətdən və onların etibarından sui-istifadə edərək şəxsi münasibətlər zəminində "xxxx" MMC ilə əmək müqaviləsi bağlamadan Gəncə şəhər sakini Əmrah Həsənquliyevi mağazada işə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən o, X5 barəsində qərarın qəbul edilməsi qanunları bilməməkdən və onları təcrübədə tətbiq edə bilməməkdən və ya Azərbaycan Respublikası Qanunlarına etinasız yanaşmasından irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.3 maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında 29 sentyabr 2023-cü il tarixli, MN1291877 saylı qərarın ləğv edilməsini və onun barəsində İnzibati Xətalara dair işlər üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin direktoru X2 nümayəndəsi X12 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* nömrəli, 29 sentyabr 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, X5 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, iş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gəncə şəhərində X5 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbi pozularaq Əmrah Hüseynquluyev əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və o, 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə-Daşkəsən regonal şöbəsi faktiki hallara qiymət vermədən, tam araşdırma aparmadan “Ukrayna malları” mağazasının administratoru işləyən İsa Hüseynzadənin qanunazidd əməllərinə görə "xxxx" MMC-nin məsuliyyət daşıdığı qənaətinə gəlinmişdir. İsa Hüseyinzadə işə işçi götürmək səlahiyyəti olmadığı halda X4 "xxxx" MMC-yə təqdim etmədən, özbaşına işə cəlb etmiş və şəxsi mülahizələri əsasında ona aylıq əmək haqqı təyin etmişdir. Bu da onu göstərir ki, onunla Əmrah Həsənquliyev arasında hər hansı mülki və əmək münasibətləri olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin inzibati tənbeh vermə haqqında 29 sentyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunmalı, X5 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2-ci, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin inzibati tənbeh vermə haqqında 29 sentyabr 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv olunsun, X5 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2195/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2195/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver